Sizin reklam burada 728×90
Son dəqiqə

"Qarabağ"ın rəqibi ilə oyunda qanunazidd hərəkətlərə yol vermiş klub cəzalandırılıb

29.07.2022 21:20 612 1 dəq oxunur
"Qarabağ"ın rəqibi ilə oyunda qanunazidd hərəkətlərə yol vermiş klub cəzalandırılıb
UEFA İntizam Komitəsi "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş"la oyunda qanunazidd hərəkətlər etmiş "Slovan" klubunu cəzalandırıb.

bakunews.az report-a istinadən bildirir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş tərəflərin ilk oyununda qonaq komandanın azarkeşləri irqçi hərəkətlərə yol verdiyinə görə Bratislava klubu 40 min avro məbləğində cərimələnib. Bunun 25 min avrosu meydana yad əşyalar atmağa, 15 min avrosu pirotexniki vasitələrdən istifadəyə görədir.

Bundan başqa, "Slovan" 11 avqustda "Olimpiakos"la (Yunanıstan) keçirəcəyi ev matçında C tribunasına azarkeş buraxa bilməyəcək. Həmin sektorda UEFA-nın emblemi və
 #NoToRacism sözü yazılmış şüar yer alacaq.

Həmçinin, Afinadakı matçda da qonaq sektoruna slovakiyalı azarkeşlər buraxılmayacaq. Bu hal bir daha təkrarlanacağı halda, "Slovan" azarkeşləri 2 il müddətinə heç bir səfər görüşlərinə buraxılmayacaq.

Qeyd edək ki, sözügedən görüşdə qonaq komanda 2:1 qalib gəlsə də, "Ferentsvaroş" Bratislavada "Slovan"ı 4:1 məğlub etməklə "Qarabağ"a rəqib olub.


bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az