Sizin reklam burada 728×90
Son dəqiqə

"Qarabağ" komandası Bakıya qayıtdı

28.07.2022 19:30 666 1 dəq oxunur
"Qarabağ" komandası Bakıya qayıtdı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin İsveçrədəki cavab oyununda "Sürix"lə əlavə vaxtda 2:2 hesablı heç-heçə edən "Qarabağ" Bakıya qayıdıb.

bakunews.az axar.az-a isdinaden xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, Bakıda "Sürix"i 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.


bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az