Sizin reklam burada 728×90
Son dəqiqə

"Sürix"in futbolçusu ilə Qurban Qurbanov arasında insident - FOTO

28.07.2022 13:17 577 1 dəq oxunur
"Sürix"in futbolçusu ilə Qurban Qurbanov arasında insident - FOTO
İsveçrədə "Sürix" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında (2:2, ümumi hesab - 4:5) insident baş verib.

bakunews.az Offsideplus.az-a istinadən xəbər verir ki, 101-ci dəqiqədə Ramil Şeydayevə etdiyi kobud hərəkətə görə "atlılar"ın çalışdırıcısı Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib.

Təcrübəli mütəxəssisin bu etirazı meydan sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib. O, Qurbanovun etirazına sərt reaksiya verib. 50 yaşlı çalışdırıcı futbolçunu sakitləşdirərək, ona barmağı ilə "əla" işarəsi göstərib.

Xatırladaq ki, "Qarabağ" "Sürix" səddini aşmaqla Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib. "Köhlən atlar" bu mərhələdə Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az