• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ukraynanın müharibə üsulunu başa düşmək istəyirsinizsə… - Maks But

Dünya

29-08-2022, 12:43

Amerikalı hərbi tarixçi Maks But Ukraynanın Rusiyaya qarşı hərbi strategiyasının əsas üstünlüyü haqqında yazır.

bakunews.az qaynarinfo-ya istinadən "Min arı sancması” adlı yazını təqdim edir.

Amerikalı hərbi tarixçi Maks But "The Washington Post” qəzetindəki köşə yazısında ukraynalıların ruslar üzərində necə üstünlük əldə edə bildiyini müzakirə edir.

Əgər Ukraynanın müharibə üsulunu başa düşmək istəyirsinizsə, edə biləcəyiniz ən yaxşı şey İngiltərənin nüfuzlu hərbi mütəfəkkiri Bezil Liddell Hartın 1954-cü ildə çap edilmiş "Strategiya” adlı kitabını oxumaqdır. 1916-cı ildə Somme döyüşü zamanı taborunun əksəriyyəti qazdan zənərləndikdən sonra, kapitan Liddell Hart mənasız hücumlarda adamlarını qırğına aparan kobud generallara nifrət etməyə başladı. O, bunu "birbaşa yanaşma" adlandırdı və "yalnız böyük döyüşün mühüm qərara səbəb ola biləcəyinə" inanan XIX əsrin böyük Prussiya strateqi Karl fon Klauzevitslə əlaqələndirirdi.

Klauzevitsdən imtina edən Liddell Hart "ən yüksək kamillik döyüşmədən düşmənin müqavimətini qırmaqdadır” deyən qədim Çinli strateq Sun Tzını qəbul etdi. 1920-ci illərin sonlarında nəşr etdirməyə başladığı traktatlarında Liddell Hart minilliklərin hərbi tarixinə nəzər salaraq, qələbənin açarının ən az gözlənilən yerə zərbə endirmək, düşməni psixoloji və maddi cəhətdən çaşdırmaq və nisbətən qansız qələbəyə nail olmaq olduğunu bildirirdi. O, Hannibalın Alp dağları boyunca yürüşündən tutmuş Şermanın Gürcüstan üzərindən yürüşünə qədər "dolayı yanaşmanın birbaşa yanaşmadan üstünlüyünü" nümayiş etdirmək üçün nümunələr gətirirdi.

Liddell Hart hər bir münaqişəni öz arqumentlərinə uyğunlaşdırmaq üçün tarixi təhrif etdiyinə görə bir çox tarixçilər tərəfindən tənqid edilib. Doğrudur, heç bir nəzəriyyə min illər ərzində bütün hərbi nəticələri izah edə bilməz. Bununla belə, Liddell Hartın fikirləri, deyəsən, Ukraynadakı müharibəyə aiddir. Ruslar Birinci Dünya müharibəsindən qalma qəddar, düşüncəsiz birbaşa yanaşmadan istifadə etdilər, ukraynalılar isə Liddell Hartın "böyük kapitanlara" xas olduğunu iddia etdiyi dolayı yanaşma ilə onlardan üstün oldular.

Müharibə fevralın 24-də rusların zirehli texnika və təyyarələrlə Kiyevə hücumu ilə başladı. Ukrayna paytaxtına doğru gedən 40 kilometrlik rus kolonunu xatırlayırsınızmı? Ukraynalılar öz tankları ilə əks-hücum etmək əvəzinə, əsasən də təchizat maşınlarına qarşı hədəfli zərbələr endirmək üçün "Javelin” kimi mobil raketlərindən istifadə etdilər. Tezliklə kolonun yanacağı və ehtiyatı tükəndi və ruslar geri çəkilməyə məcbur oldular. Kiyev xilas edildi. Öz-özlüyündə bu, dolayı yol yanaşması idi.

Birinci dünya müharibəsi generallarının etdiyi kimi, aprelin ortalarında ruslar Luqansk bölgəsinə yollarını təmizləmək üçün dağıdıcı artilleriya atəşindən istifadə edərək yenidən qruplaşdılar. Bu hücum ukraynalıları iyulun əvvəlində Luqansk vilayətində əldə saxladıqları sonuncu böyük şəhər olan Lisiçanskdan döyüşərək geri çəkilməyə məcbur etdi. Lakin onlar hücum edənlərə o qədər ağır itkilər verdilər ki, rusların hücumu dayandı və onlar Donbas bölgəsini bütünlüklə ələ keçirə bilmədilər.

O vaxtdan bəri Ukrayna ABŞ istehsalı olan yüksək mobil artilleriya raket sistemlərindən (HİMARS) istifadə edərək, cəbhə xəttinin arxasındakı Rusiya komanda məntəqələrini və sursat anbarlarını məhv edir. Bu strategiya Rusiya batareyalarına mərmi çatdırılmasını çətinləşdirdi və Ukrayna mövqelərinin atəşə tutulmasını xeyli ləngitdi.

Avqustun 9-da Rusiyanın işğal olunmuş Krımdakı aviabazasında ən azı altı partlayış baş verib, ən azı səkkiz döyüş təyyarəsi məhv edilib və ya ciddi zədələnib. Daha sonra Krımda Rusiyanın böyük silah-sursat anbarında daha bir partlayış baş verib. Ukrayna rəsmiləri ictimaiyyətə açıqlama verməsələr də, özəl olaraq jurnalistlərə bildiriblər ki, hər iki partlayış onların kəşfiyyat orqanlarının işidir.

İndi ukraynalılar Ukraynanın düşmən tərəfindən işğal olunmuş ən böyük şəhəri olan Xersondakı rus qarnizonunu dolayı yolla sıxışdırırlar. Ağır itkilərlə nəticələnəcək birbaşa hücum əvəzinə ukraynalılar Xersonda rus qoşunları üçün təchizat daşıyan Dnepr üzərindən körpüləri bombalamaq üçün HIMARS və digər sistemlərdən istifadə edirlər. Ukraynalılar bütün dörd körpünü zədələdiklərini iddia edirlər, bu da Rusiya qüvvələrini çıxılmaz vəziyyətdə qoya bilər.

Ukrayna rəsmiləri bildiriblər ki, rus komandirləri artıq Dnepr çayının şərq sahilinə təxliyə edilib və bəzi analitiklər təchizatın olmaması və ya əsir düşmə riski səbəbindən bütün qüvvələrin Xersondan geri çəkilmək məcburiyyətində qala biləcəyini proqnozlaşdırırlar. Ukraynanın oxşar logistik ələ keçirmə strategiyası əvvəllər rusları Qara dənizdə strateji mövqe olan İlanlı adasından təxliyə etməyə məcbur etmişdi.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib ki, "bizim, əraziləri Rusiya kimi meyit və mərmilərlə zibilləmək üçün resurslarımız yoxdur. Ona görə də biz taktikanı dəyişməli, fərqli şəkildə mübarizə aparmalıyıq”. Başqa bir Ukrayna rəsmisi "Wall Street Journal”a deyib ki, onlar "min arı sancması”nı həyata keçirirlər.

Avstraliyanın istefada olan general-mayoru Mik Rayan yazıb ki, ukraynalılar "rusların fiziki, mənəvi və intellektual döyüş qabiliyyətini” sarsıtmaq məqsədi daşıyan "korroziya” strategiyası həyata keçirirlər. Rayan qeyd edir ki, bu strategiyanın başqa adı Bezil Liddell Hartın müdafiə etdiyi "dolayı yanaşma”dır.

Problem ondadır ki, dolayı hücumlarla həlledici nəticə əldə etmək çətin ola bilər. Gec-tez ukraynalılar torpaqlarını azad etmək istəsələr, hücum edib rusları sıxışdırmalı olacaqlar. Lakin onlar ağıllıdırlar və bu baş verməmişdən əvvəl işğalçıları zəiflətmək üçün əllərindən gələni edirlər.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

29-06-2022, 12:58

"Müharibə Ukraynanın qələbəsi ilə başa çatacaq" - Zelenski

Siyasət

31-08-2022, 17:05

İran ona baha başa gələcək HƏRBİ SƏHV ETDİ - Rusiyaya verdiyi PUA-lara görə ...

Şou-biznes

15-08-2022, 16:45

Hollivudun ukraynalı gözəli 39 yaşını qeyd edir

---

6-08-2022, 21:50

Aİ Rusiyanın Zaporojye AES ətrafında əməliyyatlarını pislədi

Dünya

28-06-2022, 20:34

Putin ELAN ETDİ?- Ukraynanın bu şəhərinə atom bombası ATILACAQ: Piontkovskidən TƏCİLİ AÇIQLAMA

Gündəm / Siyasət

30-06-2022, 09:01

Putin hələ də Ukraynanın böyük hissəsini almaq istəyir - ABŞ

Dünya

13-07-2022, 21:12

Stoltenberq: "NATO Ukraynanın alyansa daxil olmasına deyil, hərbi yardıma diqqət yetirir"

Dünya

27-07-2022, 12:00

ABŞ ukraynalı pilotlara “F-16” idarə etməyi öyrədəcək

Dünya

13-08-2022, 18:50

Rusiyaya Ukrayna ordusu barədə məlumat ötürən qadın saxılanıldı

Dünya

27-08-2022, 15:22

Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas səbəbi nədir? - Jdanov açıqladı

Dünya

29-08-2022, 16:06

Rusiya-Ukrayna savaşının yeni mərhələsi başlayır – Politoloq

Dünya

29-08-2022, 14:41

Ukraynanın Putinin Rusiyası ilə sülh danışıqları üçün altı əsas şərti

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Dünən, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Dünən, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Dünən, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Dünən, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Dünən, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Dünən, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Dünən, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Dünən, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Dünən, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Dünən, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Dünən, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Dünən, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Dünən, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Dünən, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Dünən, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Dünən, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Dünən, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Dünən, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Dünən, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Dünən, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Dünən, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Dünən, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Dünən, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Dünən, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Dünən, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Dünən, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Dünən, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Dünən, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • Dünən, 09:45
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Dünən, 09:35
    SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
  • Dünən, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • 3-11-2026, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • 3-11-2026, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • 3-11-2026, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə