Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiyaya Ukrayna ordusu barədə məlumat ötürən qadın saxılanıldı

13.08.2022 18:50 469 1 dəq oxunur
Rusiyaya Ukrayna ordusu barədə məlumat ötürən qadın saxılanıldı
Ukraynanın Təhlükəsizlik Xidməti ölkənin hərbi hissələrinin və paytaxtın mühüm infrastrukturunun, strateji əhəmiyyətli obyektlərinin yerləşdiyi yerlər barədə məlumat toplayan və yayan 35 yaşlı Kiyev sakinini saxlayıb.

bakunews.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə SBU-nun mətbuat xidməti məlumat yayıb.

O, xüsusi yaradılmış qapalı "Telegram" kanalı vasitəsilə koordinatları olan müvafiq foto və video materialları yayıb.

Əks-kəşfiyyat əməkdaşları casusu şəhərin hərbi hissələrinin birindən hərbi qulluqçuların çıxarılması barədə məlumat yaymağa cəhd edərkən saxlayıblar.

Adı açıqlanmayan qadına qarşı Ukrayna Cinayət Məcəlləsinin 114-2-ci maddəsinin 3-cü hissəsi ilə (Silah və sursatın Ukraynaya aparılması, Ukrayna Silahlı Qüvvələrinin hərəkəti, yerdəyişməsi və ya yerləşdirilməsi haqqında məlumatın icazəsiz yayılması) maddəsi ilə ittiham irəli sürülüb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az