Sizin reklam burada 728×90
Son dəqiqə

Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"

16.08.2022 17:08 419 1 dəq oxunur
Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"
“Düşmən cəbhədə fəlakətlə üzləşib. Lakin dayanmaq fikrində deyil”.

bakunews.az
ukrinform-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müavini Vadim Denisenko deyib.

“Rusiya ordusu 3 günə Kiyevə girməyi planlaşdırırdı. Amma onlar hələ də Donetsk vilayətinin inzibati sərhədlərinə çata bilmirlər. Onların döyüşmək imkanlarının olmadığı aydındır. Amma hələ dayanmaq fikirləri yoxdur. Təəssüf ki, biz proseslərin sabah bitəcəyini düşünə bilmərik”.

Denisenkonun fikrincə, müharibənin sonu hələ çox uzaqdadır.

O, hazırda bir çox ərazilərdə şiddətli döyüşlərin getdiyini söyləyib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az