• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Rusiya-Ukrayna müharibəsinin görünməyən tərəfləri - Amerikalı ekspertin MÜSAHİBƏSİ

Cəmiyyət

13-07-2022, 14:32

Rusiyanın hərbi müdaxiləsi ilə başlayan və qısa müddətdə onun qələbəsi ilə bitəcəyi proqnozlaşdırılan Rusiya-Ukrayna müharibəsi artıq beşinci aydır ki, davam edir. Bu müddətdə bir tərəfdən dünyanın ən qüdrətli silahlı qüvvələrindən hesab edilən Rusiya ordusunun deyildiyi qədər güclü olmadığı ortaya çıxdısa, digər tərəfdən isə Qərbin savaş bitənədək Ukraynanın mövqeyini həm mənəvi, həm də hərbi olaraq dəstəkləyəcəyi göründü. Lakin müharibənin hələ də nə vaxt sonlacağı və qalibin kim olacağı bilinmir.

Mövzu ətrafında Moskvada yaşayan amerikalı mütəxəssis Endryu Koribko Oxu.Az-ın əməkdaşının suallarını cavablandırıb:

- Bildiyiniz kimi, artıq beş aydır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Sizin Rusiyanın mövqeyini dəstəklədiyinizi bilirəm. Lakin bir ekspert olaraq hadisələrə obyektiv baxdıqda müharibənin sonunu necə görürsünüz?

- Müharibənin hər iki iştirakçısı köklü şəkildə fərqli məqsədlər güdür. Rusiya öz addımlarını milli təhlükəsizliyini qorumağa yönəlmiş xüsusi hərbi əməliyyat kimi qiymətləndirir, Ukraynanın məqsədi isə Rusiya qüvvələrini ərazilərindən çıxarmaqdan ibarətdir (Krım, Donbas və Rusiya Silahlı Qüvvələrinin fevralın 24-dən sonra daxil olduğu bölgələr).

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç martın sonunda bildirib ki, Rusiya ölkəsinin, demək olar ki, bütün hərbi-sənaye kompleksini məhv edib, ona görə də Moskva potensial olaraq bunu qələbə kimi təqdim edə bilər, lakin xarici silahların mövcudluğu hələlik buna mane olur.

ABŞ-ın bu ssenaridə tutacağı mövqe də hadisələrə ciddi təsir göstərəcək. Burada ABŞ-da aralıq seçkilərinin noyabrın əvvəlində keçiriləcəyini və hakim Demokratların çox zəif çıxış edəcəyini diqqətə almaq da vacibdir. Onlar ya “vətənpərvər anti-Rusiya platforması” adlandırılan proksi-müharibəni davam etdirərək, ya da danışıqları canlandıraraq “praqmatik sülh tərəfdarı” platformasında çıxış etməyə cəhd göstərə bilərlər.

Ümumilikdə isə onu demək mümkündür ki, hər iki iştirakçı - həm Ukrayna, həm də Rusiya maksimalist məqsədlər güdməyə davam edir.

- Yəni müharibənin bu qədər uzanmasının səbəbi tərəflərin maksimalist məqsədlərdən çıxış etməsindən qaynaqlanır?

- Hər iki iştirakçı başda bir-birini o qədər də ciddiyə almadı, güclərini qarşılıqlı olaraq aşağı qiymətləndirdilər. Moskva Kiyevin yaşayış massivlərini hərbiləşdirməsini gözləmirdi, bu addım Putinin işini çətinləşdirdi. Kiyev və onun NATO tərəfdaşları isə gözləmirdilər ki, Rusiya iqtisadiyyatı – həm faktiki, həm də hərbi ilə bağlı – ABŞ-ın rəhbərlik etdiyi Qərbin misli görünməmiş sanksiyaları qarşısında dayanıqlılığını göstərəcək.

Tərəflər NATO-nun münaqişədə iştirakını da lazımi səviyyədə qiymətləndirə bilmədi. Rusiya onların silah tədarükünü uzunmüddətli müharibəni yarada biləcək qədər artıracaqlarını gözləmirdi. Eləcə də Kiyev aylardır tələb etdiyi ağır silahların nə qədər vaxta gəlib çıxacağını təxmin etmirdi. NATO-ya gəldikdə isə, görünür, blok daxilində ciddi parçalanmalar yarandığı üçün o, Ukraynaya qarşı birliyini həddindən artıq gücləndirib.

- Rusiya ilk vaxtlar müharibənin ən geci bir aya öz xeyrinə bitəcəyi imicini yaratmışdı. Lakin Ukraynanı hələ də məğlub edə bilməyib. Rusiya ordusunun əvvəlki qədər güc sahibi olmadığını deyə bilərikmi?

- Görünən odur ki, bir çoxları arzuladıqları ssenaridən çıxış edirlər. Əsas tendensiya ondan ibarətdir ki, həm Rusiyada, həm də Qərbdə insanların əksəriyyəti Putinin fevralın 24-dəki hadisəyə icazə verəcəyini ciddi şəkildə düşünmürdülər.

ABŞ kəşfiyyatı bu ssenari barədə məlumat vermiş olsa da, onun xəbərdarlığını çox az adam ciddi qəbul etdi. Lakin son illər Ukrayna tam şəkildə silahlanmışdı və onun qüvvələri təxminən on il ərzində gözləniləndən daha yaxşı təlim keçmişdi. Rusiyanın orada davamlı irəliləyiş əldə edə bilməməsinin səbəbi təkcə rəsmi Kiyevə göstərilən dəstəyin miqyası ilə əlaqədar deyil, Ukraynanın yaşayış massivlərini hərbiləşdirməsi ilə də bağlıdır.

- Bəs Ukraynanın ordusu, hərbi texnikası barədə nə düşünürsünüz? Avropa İttifaqı ölkələri Ukraynanı silahla dəstəkləyir. Ukraynaya kifayət qədər hərbi yardım göstərilib. Onun qələbə çala bilməməsinin arxasında nə dayanır? Düşünürsünüzmü ki, Ukrayna ordusu müasir texnikalardan istifadədə çətinlik çəkir?

- Əvvəl də bildirdiyim kimi, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Arestoviç martın sonunda iddia etdi ki, Rusiya ölkəsinin bütün hərbi sənaye kompleksini məhv edib. Bu o deməkdir ki, Ukrayna qüvvələri o vaxtdan indiyədək sırf xarici hərbi yardım hesabına sağ qalıb. Onların aldığı yardım yüksək səviyyədə olmasına baxmayaraq, hələ də onlar maksimalist məqsədlərinə çata bilmir.

Onu da qeyd etmək yerinə düşər ki, Kiyev Almaniya kimi bəzi dövlətlərin vəd etdikləri hərbi yardımı çatdırmaqdan çəkindiyini deyir və bundan narazı olduğunu bildirir. Lakin Ukraynaya göstərilən dəstəklərin hamısı az və ya çox müharibədə rol oynayıb. İndiyə qədər münaqişə ilə bağlı ən böyük yanlış təsəvvürlərdən biri odur ki, bu və ya digər Qərb silahı oyunu dəyişdirəcək. Ukrayna tərəfdarlarını həvəsləndirəcək bu iddialar Qərb hərbi-sənaye kompleksinin üzvləri və onların lobbilərini gücləndirmək üçün ortaya atılır.

Proqnozlaşdırılan nəticə ondan ibarətdir ki, münaqişə daha da genişlənəcək və bu da öz növbəsində daha çox dağıntıya və bəlkə də, mülki əhali arasında itkilərə səbəb olacaq, baxmayaraq ki, bu “qüvvələr balansının” hərbi tendensiyanı dəyişib-dəyişdirməyəcəyi bəlli deyil. Diqqət yetirilməsi lazım olan başqa bir məqam ondan ibarətdir ki, ağır silahlar lazımi təlim tələb edir, lakin Ukrayna qüvvələrinin bu prosesdən tələsik keçdiyi deyilir, buna görə də onların mürəkkəb texnikanı o qədər də yaxşı idarə edəcəyini gözləmək olmaz.

Kiyev üçün başqa bir problem, Rusiyanın mənəviyyatının onların tərəfdarlarının iddia etdiyi kimi aşağı olmamasıdır. Moskva silahlı qüvvələrinin sıravi üzvləri əməliyyat başladığı zaman irəli sürülən böyük strateji məqsədləri tam dərk edə bilməyiblər.//oxu.az

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

29-08-2022, 16:06

Rusiya-Ukrayna savaşının yeni mərhələsi başlayır – Politoloq

Dünya

27-08-2022, 12:42

Rusiya daha raket zərbəsi endirə bilməyəcək

Dünya

27-08-2022, 15:22

Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas səbəbi nədir? - Jdanov açıqladı

Dünya

9-09-2022, 16:19

Ukraynanın hücum planını bu ölkə cızıb - Başbuğ

Dünya

29-08-2022, 10:06

İki mərhələdə qalib gəldik: 3-cü dalğa başlayır

Siyasət

4-02-2023, 16:48

ƏBÜLFƏZ MƏMMƏDOV: "Blinkenin səfəri İsrailin Ukraynadakı müharibə siyasətinə təsir etməyəcək"

Dünya

22-08-2022, 17:04

Ukrayna müharibədəki itkilərini açıqladı

Dünya

23-08-2022, 12:54

Bundan heç kimin XƏBƏRİ YOXDUR - Putindən və generalından başqa ...

Dünya

26-08-2022, 14:57

Putin ümumi səfərbərlikdən qaçmağa çalışır, onun yeni fərmanı bunu göstərir - ISW

Dünya

13-08-2022, 16:40

ABŞ Rusiyanın canlı qüvvə itkisini açıqladı - Şok rəqəm

Dünya

6-08-2022, 11:47

“Öldürməkdən həzz alıram” deyən qadın polkovnik məhv edildi

Dünya

16-08-2022, 17:08

Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"

Araşdırma
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
Hadisə
Dünən, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Xəbər lenti
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Dünən, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Dünən, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Dünən, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Dünən, 13:08
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Dünən, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Dünən, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • 3-10-2026, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • 3-10-2026, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • 3-10-2026, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • 3-10-2026, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • 3-10-2026, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 3-10-2026, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • 3-10-2026, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • 3-10-2026, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • 3-10-2026, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • 3-10-2026, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • 3-10-2026, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • 3-10-2026, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • 3-10-2026, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • 3-10-2026, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • 3-10-2026, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • 3-10-2026, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • 3-10-2026, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • 3-10-2026, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • 3-10-2026, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • 3-10-2026, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • 3-10-2026, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • 3-10-2026, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə