Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda yumurta çörək qiymətinə satılır - VİDEO

27.11.2026 13:48 72 1 dəq oxunur
Bakıda yumurta çörək qiymətinə satılır - VİDEO
Paytaxt bazarlarında kənd yumurtasının qiyməti kəskin artıb. Hazırda bir ədəd kənd yumurtası 45-50 qəpiyə satılır.

Bu barədə “Xəzər Xəbər”in hazırladığı süjetdə bildirilib.

Satıcıların sözlərinə görə, yay aylarında 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti son bir-iki ay ərzində xeyli bahalaşıb. Qiymət artımının əsas səbəbi bölgələrdə yumurta istehsalının azalmasıdır. Fermerlər isə bahalaşmanı yem xərcləri, quşlar arasında yayılan xəstəliklər və təsərrüfatlarda toyuqların sayının azalması ilə əlaqələndirirlər. Bildirilir ki, kəndlərdə belə yumurtanın bir ədədi 35-40 qəpiyə satılır.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli qiymət artımının mövsümi xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, qış aylarında gündüz saatlarının qısalması, havaların soyuması və toyuqların qidalanma imkanlarının məhdudlaşması yumurta istehsalının azalmasına səbəb olur.

Assosiasiya sədrinin açıqladığı rəqəmlərə əsasən, yay aylarında gündəlik kənd yumurtası istehsalı 380-400 min ədəd təşkil etdiyi halda, qışda bu göstərici 80-120 min ədədə qədər azalır.

Kənd yumurtasının mart ayından sonra ucuzlaşacağı proqnozlaşdırılır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az