Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda qeyri-adi səbəbə görə işdən çıxarılma halı qeydə alınıb.

27.11.2026 17:45 75 1 dəq oxunur
Bakıda qeyri-adi səbəbə görə işdən çıxarılma halı qeydə alınıb.
Azərbaycanda fəaliyyət göstərən özəl hazırlıq kurslarının birində çalışan əməkdaş hiperhidroz (həddindən artıq tərləmə) xəstəliyi səbəbindən işini itirib.

Məlumata görə, işçinin əllərinin davamlı və intensiv şəkildə tərləməsi kursda istifadə etdiyi kompüter klaviaturalarının sıradan çıxmasına gətirib çıxarıb. Kurs rəhbərliyi avadanlıqlara dəyən zərəri və iş prosesində yaranan çətinlikləri əsas gətirərək əməkdaşla yollarını ayırıb.

Məsələnin tibbi və sosial tərəfi isə bu xəstəlikdən əziyyət çəkən vətəndaşların müalicə imkanlarını yenidən gündəmə gətirib. Belə ki, əl tərləməsinin cərrahi müalicəsində tətbiq olunan Endoskopik Torakal Simpatektomiya (ETS) və ayaq tərləməsinin aradan qaldırılması üçün icra edilən Endoskopik Lumbar Simpatektomiya (ELS) əməliyyatları Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təqdim etdiyi Xidmətlər Zərfinə daxil deyil.

Bu səbəbdən, gündəlik həyat və iş fəaliyyətinə ciddi maneə yaradan hiperhidrozdan əziyyət çəkən şəxslər sözügedən əməliyyatları yalnız öz şəxsi vəsaitləri hesabına etdirməli olurlar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az