Sizin reklam burada 728×90
Son dəqiqə

İki mərhələdə qalib gəldik: 3-cü dalğa başlayır

29.08.2022 10:06 588 1 dəq oxunur
İki mərhələdə qalib gəldik: 3-cü dalğa başlayır
Ukrayna və Rusiya arasında müharibənin üçüncü mərhələsi düşmən tərəfindən işğal edilmiş Xerson uğrunda döyüşlə bağlı olacaq. Ukrayna tərəfinin Xersonu öz nəzarətinə qaytarmaq üçün hər cür şansı var.

bakunews.az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı jurnalist Arkadi Babçenko deyib.

"Ukrayna və Rusiya arasında müharibənin yeni mərhələsi qışa yaxın başlaya bilər. Rusiyanın genişmiqyaslı təcavüzünün birinci mərhələsi Kiyevin tutulması ilə ən azı Dnepr kanalına daxil olmaq cəhdi olub.

Düşmən uğursuz oldu. İkinci mərhələ də başa çatdı. Mən bu mərhələni bütün Donbasın və cənubun eyni sürətlə işğalı, üstəlik Odessaya eniş və Donetskin cənubdan Krımdan keçərək Dnestryanıya birləşdirilməsi cəhdi adlandırardım. Bu da bitdi. Ukraynanın qələbəsi ilə bitdi", - o bildirib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az