• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

ABŞ-Çin savaşına real səbəb yaranır: Dünya dağıdıcı qlobal fəlakətə yaxınlaşır

Dünya

9-08-2022, 13:21

Tayvan "ABŞ-ın əsas müttəfiqi" statusunu qazanarsa, Ağ Ev bu ada-dövlətini Çinin hərbi aqressiyasından müdafiə etmək məcburiyyətində qalacaq... ABŞ və Çin arasında hərbi toqquşma baş verərsə, bu savaşın NATO-nu da öz içərisinə çəkə biləcəyi qətiyyən şübhə doğurmur...

bakunews.az yeni müsavat-a istinadən bildirir ki, ABŞ-Çin münasibətləri gərginləşməkdə davam edir. İndi bu iki ölkə arasındakı hərbi-siyasi qarşıdurma hətta Ukrayna savaşı ətrafında yaranmış təhlükəli situasiyanın belə, önünə keçməyə başlayıb. Ona görə də, hazırda bütün dünya "Tayvan böhranı" ətrafında cərəyan edən hərbi-siyasi qarşıdurma prosesini xüsusi həssaslıqla izləyir.

Məsələ ondadır ki, "Tayvan böhranı" silahlı toqquşmalara yol açarsa, bəşəriyyət yeni qlobal savaşla üzləşə bilər. Üstəlik, belə savaş bütün dünya üçün daha dağıdıcı və faciəvi nəticələr vəd edir. Və ehtimal olunan ABŞ-Çin müharibəsinin doğura biləcəyi nəticələr ümumiyyətlə, Ukrayna savaşı ilə müqayisəedilməz sayılır.

Halbuki, Ukrayna savaşı da hazırda bütün dünyanı bütün sahələr üzrə silkələməkdə davam edir. Ukraynadakı savaş meydanında çoxlu sayda insan həyatını itirir, dünyada enerji böhranı yaşanır, ərzaq çatışmazlığı öz təsirini getdikcə daha sərt şəkildə göstərir, aclıq və səfalət təhlükəsi ciddi görüntülər almaqdadır. Yəni, Ukrayna müharibəsi yalnız savaşan iki ölkəyə sarsıdıcı zərbə vurmur. Və bu savaş ümumiyyətlə, dünyanın əksər dövlətlərinə qarşı davam edən real fəlakət qaynağı hesab olunur.

Ancaq ABŞ-Çin savaş ehtimalını Ukrayna müharibəsi ilə müqayisə etmək sadəlövhlük olardı. Çünki, bu iki superdövlətin hər ikisi nüvə ölkəsidir. Üstəlik, dağıdıcı savaş üçün kifayət qədər müasir hərbi və iqtisadi resurslara sahibdirlər. Eyni zamanda, ABŞ və Çin iqtisadiyyatları da dünya iqtisadiyyatında həlledici pay sahibidir. Və bu iki ölkənin iqtisadiyyatları əsasən savaş ehtiyaclarının ödənməsinə indeksləşərsə, nəticələri dünyada qlobal aclıq, hətta dərin xaos kimi təzahür edə bilər.

Digər tərəfdən, bu superdövlətlərin savaşacağı təqdirdə, nüvə silahından istifadə etmək niyyətinə düşə biləcəkləri də qətiyyən gözardı edilməməlidir. Çünki, həm ABŞ-ın, həm də Çinin nüvə potensialı bütün dünya üçün faciəvi dağıdıcılıq təhlükəsi vəd edir. Üstəlik, hər iki ölkənin, xüsusilə də Çinin nüvə silahından istifadə etməyəcəyinə təminat vermək qətiyyən mümkün deyil.

Maraqlıdır ki, ABŞ-da Çin ilə hərbi-siaysi qarşıdurmaya münasibət qətiyyən birmənalı deyil. Bəzi siyasi dairələr ABŞ-Çin gərginliyinə görə, ilk növbədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosini suçlayırlar. Onların fikrincə, N.Pelosi Tayvana səfər inadkarlığı ilə həm ABŞ-ı, həm də bütün dünyanı böyük təhlükə ilə üzələşdirib. Və hazırda ABŞ-Çin hərbi-siyasi qarşıdurmasının əsas məsuliyyəti məhz N.Pelosinin üzərinə düşür.

Düzdür, 82 yaşlı qoca siyasətçi qadının "Tayvan böhranı"nı törətməsindən sonra Ağ Ev müəyyən açıqlamalarla vəziyyəti nizamlamağa çalışdı. Bu səfərin Çinə qarşı yönəlmədiyini, ABŞ-ın "Tayvan məsələsi"nə münasibətinin dəyişmədiyi ilə arqumentləşdirməyə cəhd göstərdi. Və bütün bunlara rəsmi Pekinin anlayışla yanaşacağına ümid bəslənirdi.
Ətraflı

Ancaq ümidlər qətiyyən özünü doğrultmadı. Çünki, rəsmi Pekin öz mövqeyini sərtləşdirdi, addığı hərbi addımları aqressivləşdirdi. Hazırda Çin Tayvan ilə bütün əlaqələri kəsməkdədir, üstəlik, müstəqilliyi qismən tanınmış bu ada-dövləti (Tayvan cəmisi 13 ölkə ilə diplomatik münasibətlər qurub) ətrafına hərbi qüvvə cəmləşdirməklə, blokada səddi qurur. Və rəsmi Pekin Ağ Evə xəbərdarlıq edir ki, bundan sonra ABŞ Çinin daxili məsələsi olan "Tayvan böhranı"na münasibətdə yeni qlobal savaşa səbəb ola biləcək addımlardan çəkinməlidir.

Bu, Çinin dolayısı ilə ABŞ-ı qlobal savaşla təhdid etməsi anlamına gəlir. Belə bir situasiyada Ağ Evin "Tayvan böhranı" ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasında hökm sürən əhval-ruhiyyədən də ciddi şəkildə narahatdır. Çünki, bəzi konqresmenler Çini ciddi şəkildə qıcıqlandıra və vəziyyətin nəzarətdən çıxmasına səbəb ola biləcək qanun layihəsi hazırlayıblar. Bu sənəd parlamentdə təsdiqlənərsə, onda NATO üzvü olmayan Tayvana "ABŞ-ın əsas müttəfiqi" statusu qazandıra bilər.

Təbii ki, ABŞ Konqresində belə bir sənədin təsdiqlənməsi hazırda həm Ağ Evin planlarına, həm də NATO ölkələrinin maraqlarına qətiyyən uyğun deyil. Çünki, NATO ABŞ-ın səhnəarxası patronajlığı altında fəaliyyət göstərir. Əgər, Tayvan "ABŞ-ın əsas müttəfiqi" statusunu qazanarsa, Ağ Ev bu ada-dövlətini Çinin hərbi aqressiyasından müdafiə etmək məcburiyyətində qala bilər. ABŞ-ın belə bir məcburiyyəti isə istər-istəməz bütün NATO ölkələri üçün ciddi problemdir.

Məsələ ondadır ki, Ağ Evin Tayvanı müdafiə etməsi ücbatından ABŞ və Çin arasında hərbi toqquşma baş verərsə, bu savaşın NATO-nu da öz içərisinə çəkə biləcəyi qətiyyən şübhə doğurmur. Çünki NATO-nun qüvvədə olan nizamnaməsinə görə, üzv dövlətlərdən hər hansı biri alyansdan kənar ölkə ilə savaşa başlayarsa, bu hərbi-siyasi blokun digər təmsilçiləri də öz müttəfiqlərini müdafiə etməlidir. Yəni, ABŞ Konqresində sözügedən sənədin qəbul edilməsi Tayvanı dolayısı ilə NATO-nun "təhlükəsizlik çətiri" altına çəkir.

Ancaq NATO-da təmsil olunan əksər ölkələr hadisələrin belə inkişaf istiqamətləri almasından qətiyyən məmnun görünmürlər. Çünki həmin ölkələr həm rəsmi Pekinlə ciddi iqtisadi əlaqələrə malikdirlər, həm də Tayvan ucbatından Çinlə hərbi toqquşma təhlükəsində maraqlı deyillər. Yəni, "Tayvan böhranı"nın yaxın gələcəkdə həqiqətən də qlobal savaşa çevrilmə ehtimalı tamamilə realdır.

Ona görə də hazırda Ağ Ev ABŞ Konqresində "Tayvan qanunu"nun təsdiqlənməsinin qarşısını almağa çalışır. Bu, mümkün olmayacağı təqdirdə, heç olmasa, onun məzmununu dəyişdirərək, Tayvana görə ABŞ-ın üzərinə hərbi öhdəlik yüklənməsindən yayınmağa cəhd göstərir. Və bu məsələdə Bayden administarasiyasına ABŞ-ın NATO üzrə müttəfiqlərindən də ciddi təzyiqlərin olduğu bildirilir.

Belə anlaşılır ki, ABŞ-Çin qarşıdurması dünyanı qlobal savaş təhlükəsi vəd edir. İndi beynəlxalq siyasi iradə mərkəzlərinin əsas hədəfi dünyanı hər ötən gün daha da yaxınlaşmaqda olan qlobal fəlakətdən yayındırmağa yönəlib. Bu baxımdan, yaxın günlərdə ABŞ Konqresinin və Bayden administrasiyasının yekun mövqeyi bütün dünya üçün taleyüklü əhəmiyyət daşıyır.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

4-08-2022, 17:38

Çin düyməyə basdı: dünya fəlakətə sürüklənir - YENİ GÖRÜNTÜLƏR

Dünya

9-08-2022, 15:57

Dünya faciə ilə üz-üzədir: ABŞ savaşa girə bilər!

Siyasət

18-08-2022, 10:15

Ukrayna savaşı bloklanır, ABŞ narazıdır: Ərdoğan Putindən Zelenskiyə mesaj aparır

Dünya

7-08-2022, 16:02

Tayvandan Çinin hərbi təlimlərinə cavab

Siyasət

20-08-2022, 20:05

ABŞ Rusiyanı G-20 sıralarından çıxartdırır: Bayden Putindən niyə qaçır?

Dünya

8-08-2022, 15:10

Tayvan ordusu sabahdan hərbi təlimlərə başlayır

Dünya

13-08-2022, 21:57

13 Çin təyyarəsi Tayvan boğazını keçib

Dünya

28-08-2022, 13:02

Reuters: Amerikanın hərbi gəmiləri Tayvan boğazına doğru irəliləyir

Dünya

1-09-2022, 11:20

Tayvan Çinə məxsus olduğu ehtimal olunan PUA-nı vurub

Dünya

2-08-2022, 20:20

Çin Tayvanın ətrafında hərbi təlimlər keçirəcək

Siyasət

25-08-2022, 20:31

Əliyev diqtə, Paşinyan icra edəcək: Putin İrəvana “Brüssel zərbəsi”ni bağışlamaz

Dünya

2-08-2022, 19:00

Çin qırıcılarını Tayvan boğazına yönəltdi

Araşdırma
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Hadisə
Bu gün, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
Xəbər lenti
  • Bu gün, 15:40
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • Bu gün, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • Bu gün, 14:37
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • Bu gün, 13:25
    17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
  • Bu gün, 13:24
    Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi
  • Bu gün, 13:22
    Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
  • Bu gün, 13:22
    Türkiyə İran Bankı Mellatın lisenziyasını ləğv edib
  • Bu gün, 13:20
    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı
  • Bu gün, 13:18
    Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
  • Bu gün, 13:14
    Attestasiya işində hüquqşünasın mühüm uğuru
  • Bu gün, 12:47
    Bazar günü arabir yağış yağacaq
  • Bu gün, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • Bu gün, 11:55
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 10:19
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • Bu gün, 09:47
    Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:22
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • Bu gün, 09:01
    "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • Bu gün, 08:47
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • Dünən, 19:00
    Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
  • Dünən, 18:30
    Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
  • Dünən, 18:00
    Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
  • Dünən, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • Dünən, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • Dünən, 17:38
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • Dünən, 17:26
    Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:26
    Şəki Apellyasiya Məhkəməsinin hakimi Elman İsayevdən şikayət: “Məhkəməyə teleqram vurdum, amma iştirakım təmin edilmədi”
  • Dünən, 17:01
    FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin də ÖZ MEHDİYEVİ VAR... - İTTİHAM VAR...
  • Dünən, 16:31
    Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH
  • Dünən, 16:22
    "Range Rover"imi satıb pulunu götürdü - Könül Həmzəyevanın MƏHKƏMƏSİ
  • Dünən, 16:08
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • Dünən, 15:52
    Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib
  • Dünən, 15:42
    Novxanıda Ramiz Mehdiyevə məxsus 5 hektar torpaq sahəsi iş adamına satılıb – Əcaba necə?
  • Dünən, 15:36
    Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
  • Dünən, 15:09
    “Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib FOTOLAR
  • Dünən, 15:00
    Binəqədidə TİKİNTİ XAOSU... - ETİRAZ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə