• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Hesabat adı altında ümumi sözlər - Elgin Həbibullayev konkret rəqəmləri niyə açıqlamır? -DE-FAKTO

Cəmiyyət

17-01-2026, 16:19

Yanvar ayı ənənəvi olaraq icra hakimiyyətlərinin, xüsusən də icra başçılarının illik “hesabat” yığıncaqları ilə yadda qalır. Əgər buna doğrudan da hesabat demək mümkündürsə…

Yenixeber.org: Nərimanov rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat yığıncağı keçirilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, millət vəkilləri, YAP rayon təşkilatının, bələdiyyənin və digər qurumların rəhbərləri iştirak ediblər. Formal baxımdan hər şey qaydasındadır, zal doludur, videoçarx nümayiş olunur, çıxışlar edilir və sairə.

Elgin Həbibullayev məruzəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ilin ölkə üçün “inkişaf və tərəqqi ili” olduğunu, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində sabitliyin və təhlükəsizliyin təmin edildiyini bildirir. Bu fikirlərlə razılaşmamaq mümkün deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti, ölkə miqyasında icra olunan layihələr və strateji islahatlar göz önündədir. Bunu xalq bilir, görür və qiymətlənidirir... Bəs siz, Elgin Həbibullayev, 2025-ci ildə Nərimanov rayonu üçün nə etmisiz?

Problem də elə burdadır.

Prezidentin gördüyü işləri cəmiyyət bilir. Cəmiyyətin bilmədiyi və bilmək istədiyi icra başçılarının, konkret halda Elgin Həbibullayevin rəhbərlik etdiyi Nərimanov rayonunda bir il ərzində hansı real işlərin görüldüyüdür.

Hesabat yığıncağında nə qədər vəsaitin ayrıldığı, bu vəsaitlərin hansı tenderlərə xərcləndiyi, hansı şirkətlərin qalib gəldiyi, görülən işlərin dəyəri və nəticəsi barədə bir dənə də olsun konkret rəqəm açıqlanmayıb. Ümumi sözlərlə, şablon ifadələrlə hesabat olmur. Hesabat maliyyə şəffaflığı, dəqiq statistika və ictimai məsuliyyətdir.

Əgər hər şey qaydasındadırsa, əgər görülən işlər doğrudan da əhalinin rifahına xidmət edirsə, o zaman rəqəmləri açıqlamaqdan niyə çəkinilir? Nərimanov rayonunda ayrılan milyonlarla vəsaitin fonunda görülən işlərin nəticəsi niyə gözlə görünmür?

Diqqətçəkən məqamlardan biri də odur ki, hesabat yığıncağında iştirak edən Prezident Administrasiyasının nümayəndəsi Tağı Tağıyev də icra başçılarından konkretlik tələb etmir. O da çıxışında Prezident İlham Əliyevin siyasətindən, strateji hədəflərdən danışır. Halbuki bu cür tədbirlərdə əsas diqqət yerli icra strukturlarının fəaliyyəti üzərində olmalıdır.
Nərimanov rayonu bu gün bir çox sosial və infrastruktur problemləri ilə üz-üzədir. Bu fonda icra başçısının dediyi “inkişaf” və “tərəqqi” ifadələri sadəcə kağız üzərində qalır. İllik hesabat isə tərif və təşəkkür yeri deyil, hesab vermək üçündür.

Beləliklə, Bizimesr.az sualı açıq saxlayır - Nərimanov rayonuna ayrılan vəsaitlər hara xərclənib və niyə bu barədə ictimaiyyətə açıq, rəqəmlərlə danışılmır?(bizimesr.az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm

4-01-2023, 22:16

Fərid Şərifov: Prezident İlham Əliyevin güclü siyasəti və rəhbərliyi ilə Azərbaycan respublikası hər zaman zirvələrdə olacaq

Cəmiyyət

13-08-2022, 18:14

Azərbaycan xalqı xoşbəxt xalqdır ki. onların İlham Əliyev kimi iradəli və mərd Prezidenti var

Gündəm / Cəmiyyət

5-05-2025, 08:25

Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Gündəm / Siyasət

8-11-2025, 13:10

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Siyasət

21-05-2025, 18:39

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB

Cəmiyyət / Sosial

12-09-2023, 13:32

Zakir Fərəcov çökdürülür – İcra başçısının cinayət dosyesi

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
Xəbər lenti
  • Bu gün, 10:45
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Bu gün, 10:22
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Bu gün, 10:12
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Bu gün, 09:51
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Bu gün, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Bu gün, 08:47
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Bu gün, 08:42
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Bu gün, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Bu gün, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • Dünən, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • Dünən, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • Dünən, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • Dünən, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Dünən, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • Dünən, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Dünən, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • Dünən, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Dünən, 15:25
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Dünən, 15:03
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Dünən, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Dünən, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Dünən, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Dünən, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Dünən, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Dünən, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Dünən, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Dünən, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Dünən, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Dünən, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Dünən, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 21-09-2026, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə