• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -“Rəfiqə qrantları” seriyasından.../FOTOLAR

Cəmiyyət

25-12-2025, 10:19

Aygün Əliyeva Saatlı rayonunda fəaliyyət göstərən bir QHT-ni satın alıb və öz yaxın rəfiqəsini onun formal sədri edərək, qrant ayırıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən qanunsuzluqlar barədə araşdırmalarımızı davam etdiririk. Heç şübhəsiz ki, araşdırmalarımızda hər zaman olduğu kimi hansısa şəxsi mülahizələrə deyil, konkret faktlara, sənəd və fotolara istinad edirik.

Bu gün təqdim edəcəyimiz araşdırma isə əvvəlki “Rəfiqə qrantları”ndan bir qədər fərqlidir. Belə ki, əvvəlki araşdırmalarımızda təqdim etdiyimiz “Rəfiqə qrantları” QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın əlaqəsi olduğu rəfiqələrinin QHT-lərinə verdiyi qrant yardımlarından bəhs edirdik. Bu dəfə təqdim etdiyimiz araşdırmamızda isə Aygün Əliyevanın Saatlı rayonunda fəaliyyət göstərən bir QHT-ni necə satın alması və öz yaxın rəfiqəsini onun formal sədri edərək, həmin QHT-yə qrant ayırması yer alacaq.

Öncə qeyd etmək istəyirik ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi əvvəlki illərdən fərqli olaraq son illər bütün qrant müsabiqələrində QHT rəhbərlərinin adlarını gizli saxlayır. Bunun əsas səbəblərindən biri də korrupsiya araşdırmalarının qarşısını almaqdır. Konkret faktlar var ki, son 1 ildə 54 satın alınmış QHT qrant müsabiqələrində qalib olub. Bu mövzunun araşdırmasını növbəti ildə geniş formada təqdim edəcəyik.

Lakin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə qrant müsabiqəsinin qaliblərinin siyahısında QHT rəhbərlərinin adlarının göstərilməsi araşdırmalar zamanı yardımçımız oldu. Diqqətimizi “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi” adlı QHT çəkdi. Məlum oldu ki, əvvəlki illərdə Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasından davamlı qrant alan həmin QHT sədri Əlicabbar Əhmədov olub. Lakin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2022-ci il qrant qalibləri siyahısında isə həmin təşkilatın sədri Nahidə Mahmudovadır(?)

Əsaslı şübhələr yarandığı üçün, bu təşkilatla bağlı ciddi araşdırmaya başladıq.

“Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi” 21 iyul 2006-cı ildə dövlət qeydiyyatından keçib. Hüquq ünvanı Saatlı rayonu, H.Zərdabi küçəsi 102-dir. Təşkilatın təsisçiləri Əlicabbar Əhmədov, Mehman Əhmədov və Gülbala Əhmədovdur. Qanuni təmsilçisi isə qeyd etdiyimiz kimi Əlicabbar Əhmədovun özü olub.

Pandemiya səbəbindən bir çox təşkilatlar kimi, “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi” də “ölü təşkilatlar” siyahısına salınıb.

Nəhayət, 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva həmin vəzifəyə təyin edildikdən 3 ay sonra, bir neçə “ölü QHT”ni diriltmək qərarına gəlib. Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, o, QHT sədrlərindən birinin vasitəçiliyi ilə bir neçə QHT-ni 6 min manata alaraq, onlara yenidən nəfəs verib. Beləliklə, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tarixində ilk dəfə yeni mərhələ, “ölü QHT”lərin dirilməsi mərhələsi başlayıb.

Aygün Əliyeva yaxın rəfiqələrindən biri, əvvəllər Binəqədi rayonunda, daha sonra TƏBİB-də birgə çalışdığı rəfiqəsi Nahidə Mahmudovanı aldığı təşkilatlardan birinə, “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi”nə sədr təyin edir. Sözsüz ki, belə bir təyinat qanuni deyil, bunun üçün müvafiq hüquqi prosedurlar həyata keçirilməlidir. Lakin, burada nəinki qanunsuzluq, eləcə də ciddi korrupsiya faktı ortadadır.

Nəhayət, təqdim etdiyimiz fotodan da göründüyü kimi, 2022-ci ilin qrant müsabiqəsində Nahidə Mahmudovanın sədr kimi göstərildiyi “Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi”nə 9500 manat vəsait ayırır.

Fotolarda təqdim etdiyimiz kimi, Nahidə Mahmudova Aygün Əliyevanın dəstəyi ilə əvvəllər Binəqədi rayonunda, daha sonra isə TƏBİB sistemində onunla birgə işləyib.

Araşdırmalar zamanı o da məlum oldu ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant nəticələrindən narazı qalan bir neçə QHT Aygün Əliyevanın yaxın rəfiqəsi Nahidə Mahmudovaya qrant verilməsi faktını bir neçə dəfə işıqlandırsalar da, aidiyyəti şəxslər bu məqama reaksiya verməkdən yayınıblar.

Ortada konkret faktlar olduğu halda, belə bir qanun pozuntusunun gizlədilməsi və ona reaksiya verilməməsi ciddi suallar doğurur.

Artıq bir müddətdir ki, “yenixeber.org” olaraq, kiçik komanda ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən qanun pozuntularını, “rəfiqə qrantlarını”, bir neçə şirkət vasitəsilə dövlət satınalmalarının hansı şərtlər altında qalib olduğunu araşdıra biliriksə, demək ki, hüquq-mühafizə orqanları daha böyük və ciddi faktların üstünü aça bilər...(Yenixeber.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.


Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -“Rəfiqə qrantları” seriyasından.../FOTOLAR

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

24-11-2025, 15:05

QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –SENSASİYALI FAKTLAR

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

14-10-2025, 12:54

QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

17-12-2025, 10:18

Aygün və Sona Əliyevaları birləşdirən dəyər: “rəfiqə qrantları” seriyasından daha bir nümunə…-FOTOLAR

Cəmiyyət

9-12-2025, 12:17

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” -2-3 min manatlıq layihəyə 1000.../FOTOLAR

Cəmiyyət

3-10-2025, 11:25

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Cəmiyyət

14-08-2025, 10:44

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Cəmiyyət

8-12-2025, 10:53

Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -Daha bir rəfiqəbazlıq nümunəsi!/FOTOLAR

Cəmiyyət

29-09-2025, 14:56

QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

Gündəm / Cəmiyyət

7-11-2025, 10:32

QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:Nədən Əli Quluzadə?!

Gündəm / Cəmiyyət

10-12-2025, 15:09

Aygün Əliyevanın “Rəfiqə qrantı” seriyasından...-FOTOLAR

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
Xəbər lenti
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:43
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
  • Dünən, 14:00
    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
  • Dünən, 13:51
    Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur
  • Dünən, 13:12
    Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 13:03
    Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?
  • Dünən, 12:52
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
  • Dünən, 11:47
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Dünən, 10:45
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Dünən, 10:22
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Dünən, 10:12
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Dünən, 09:51
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Dünən, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Dünən, 08:47
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 08:42
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Dünən, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Dünən, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • 22-09-2026, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • 22-09-2026, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • 22-09-2026, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • 22-09-2026, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • 22-09-2026, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • 22-09-2026, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • 22-09-2026, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • 22-09-2026, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə