• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Cəmiyyət

3-10-2025, 11:25

Dövlətə xidmət edən  QHT-ləri gözdən salmaq niyyətinin arxasında hansı maraqlar durur?

Gözlənilən idi: Beş gün əvvəl QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı “QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomiyası- ŞOK FAKTLAR” sərlövhəli yazımıza müxtəlif sferalardan, demək olar ki, eyni məzmunlu reaksiya müşahidə olundu və olumaqdadır. (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/190988-qht-l%C9%99r%C9%99-d%C3%B6vl%C9%99t-d%C9%99st%C9%99yi-ad%C4%B1-il%C9%99-b%C3%BCdc%C9%99-talan%C3%A7%C4%B1l%C4%B1%C4%9F%C4%B1-korrupsiyan%C4%B1n-anatomoyas%C4%B1-%E2%80%93.html
Sadalanan korrupsiya. özbaşınalıq faktları, kütləvi haqsızlıqlar mövzunu davam etdirməyimizi zərurətə çevirir… 

QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən korrupsiya faktları ilə bağlı mütəmadi paylaşımlar edən, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı Yenixeber.org-un qonağı oldu. Mətanət xanımla söhbətimiz maraqlı detallarla diqqət çəkir…

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Xoş gördük Mətanət xanım. 

-Xoş gördük, Yenixeber.org-a dəvətinizə görə minnətdaram.

-Mətanət xanım, QHT-lərə Dövlət Dəstəyi Agentliyində nələr baş verir? Niyə bu qədər narazılıqlar var? Agentlikdən layihə alanlar da bizə zəng edib, baş verənlərlə bağlı müəyyən ittihamlar səsləndirirlər.

-Düzünü desək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə çevriləndə gözləntilərimiz böyük idi. Lakin az müddət sonra daxildə baş verənlər narahatlıq və narazılıqlara səbəb oldu. Köhnə QHT-lərin sayılmaması. Onlar arasında məqsədli intriqaların başlanması, qrant layihələrində yenicə qeydiyyatdan keçmiş QHT-lərə daha çox məbləğ ayrılması, xanım Aygün Əliyevanın qəbulunda olan şəxslərin səs yazılarının və videolarının digər Vətəndaş Cəmiyyəti (VC) üzvlərinə çatdırılması, hansısa dövlət qurumunun ünvanına deyilən tənqidin videosunun həmin qurumun rəhbərinə göndərilməsi hallarının ortaya çıxması QHT-lər arasında şok effekti yaratdı. Axı insanların arasını vurub, bir-birinə düşmən etməklə onları daha yaxşı idarə edə, yönəldə bilərsən. Bunu da QHT Agentliyində gözəl bacardılar. 

Müəyyən QHT sədrlərinə tapşırıq verilmişdi ki, digərinin səsini yazıb rəhbərliyə təqdim etsinlər. Yaltaq, işini bacarmayan, xislətində əyilmək, trol olmaq kimi məziyyətlər daşıyan bəziləri bu missiyanı həyata keçirərək, Agentliyin sevimlisinə çevrildilər. 

Mən Aygün Əliyevanın qəbulunda bir dəfə olmuşam. İdarəçiliklə bağlı iradlarımı bildirmişəm. Cavabında şəxsən dedi ki, məni bura göndəriblər təmizlik işi aparım.

-Apara bildimi?

-Sözsüz ki, söhbət layihəsini keyfiyyətli icra etməyi  bacarmayan, cəmiyyətdə pis mənada ad çıxaran,  QHT imicinə ziyan vuranlardan getməliydi. Amma əksinə oldu. Beləliklə QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər. Yadinizdadisa 2022-ci ilin dekabrında bir qrup Vətəndaş Cəmiyyəti təmsilçiləri ekoloqlarla birgə Laçın-Xankəndi yolunu tutmuşdu. Əslində bizlər həm həyatımızı təhlükəyə atmışdıq, həm də çox şərəfli missiyanı daşıyırdıq. Məhz günlərlə orada soyuqda keşik çəkərək, bir addım geri çəkilmədik. Dövlətimiz də sonrakı müddətdə addımlar ataraq digər torpaqlarımızı xalqımızın, ordumuzun köməyi ilə azad etdi. Bu faktlar tarixdə qalacaq, kiminsə bizlərin fəaliyyətini heçə saymaqla deyil! Orada da qəribə, ikrah doğuracaq bir faktın şahidi oldum. Aksiyanın yeddinci günü olardı. Növbəti QHT qrupu oradakıları əvəz etmək üçün gəldi. Avtobusun qapısı açılır, bir qrup qadın düşür, sanki toya gəliblər, makiyaj, saçlar salonda düzəlmiş, deyəcəksiz insan baxımlı olmalıdır, burada nə var ki? Qəribəsi avtobusdan düşənlər xüsusi videoya çəkməyə başlandı, müsahibələr götürülürdü. Soruşdum ki, bu hansı məqsədlə olunur, deyildi ki, cənab Prezidentə video-çarx təqdim olunacaq, çəkiliş bunun üçündür. İnanın, bir daha əmin oldum ki, dövlət maraqlarını heçə sayıb, günlərlə burada olanların haqqını yeyib, Prezidenti aldadanlarla çətin olacaq, sonrakı müddətdə də bunların şahidi olduq. Ola bilər bu fakt əhəmiyyətsiz görünsün, amma bütün yalanlar sonrakı cinayətlərə yol aça bilər. Özü də cənab Prezidenti aldatmaq...

- Təsadüfən rast gəlmişdik, sosial şəbəkədə paylaşım etmişdiz, Şuşa ilə bağlıydı...

-Yəqin “ Heydər Əliyevin Şuşa sevgisi” Respublika  Konfransı adlı layihəni deyirsiz. Təsadüfən bu layihə barədə məlumatlar əlimə keçdi. Həmin layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi. Sənəd hesabatlara hansısa tədbirin fotosunu qoymuşdular. Özü də arxa fona sonradan Heydər Əliyevin fotosunu əlavə etmişdilər. 

Dəhşətə baxın, Heydər Əliyevin Azərbaycan üçün etdiklərini heçə saymaq, Prezident İlham Əliyev bunları vəzifəyə qoyub, ona hörmətsizlik etməyin adına nə deyirsiz? Yəni başqa layihə tapmadılar pulunu icra etmədən silsinlər? Bu ali rəhbərliyə böyük hörmətsizlik idi. 

Onsuz da faktlarla sübut etdik ki, tender oyunlarında çoxlu saxtakarlıqlar var, sənədlərlə korrupsiya faktları sübut kimi hüquq-mühafizə orqanlarına təqdim olundu. Sonradan öyrəndim ki, həmin 35230 manat civarında vəsait geri ödənilib. Burada axı həm də mənəvi tərəf var. Qurd ürəyi yeyiblər ki, onları vəzifəyə təyin edən şəxsin atasının adıyla bağlı layihəni icra etmirlər? Başqa layihə tapmadılar pul silməyə. Əslində bu, adama sataşmaqdır... Görünür onları himayə edənlərə  çox arxayındırlar. Gözləyirdim ki, hər işə müdaxilə edən PA- dan bir minnətdarlıq edərlər ki, vaxtında belə faktların üstü açılıb. Amma görünən odur ki, Agentlik elə bu havadarlara güvənir. 

-Yeni layihə elanları gedir…

- Hazırda QHT Agentliyinin  Müşahidə Şurasının səlahiyyət müddəti aprel ayından bitib. Maraqlısı odur ki, yeni Müşahidə Şurası təsdiq olunmayıb. Sual olunur, Müşahidə Şurası olmadan qərarları kim qəbul edir? Yeni layihə elanını necə verirlər ki, Müşahidə Şurası yoxdur. Yəni bu qədərmi dərəbəylikdir??? Müşahidə Şurasına  gətirilə biləcək bəzi şəxslərin adları çəkilir. Həmin adamlar yalnız 3 aylıq layihənin müsafirləridirlər. Bunların fəaliyyəti haqda axtarış versək heç nə tapmarıq. Nazirlər Kabinetinin qərarları dönə-dönə pozulur. Gah o qərarları rəhbər tuturlar ki, hər QHT öz sahəsi üzrə layihə təklifi təqdim etməlidir, bu dəfə də elan edirlər ki, kim hansı mövzuda istəsə müraciət edə bilər.

Çox heyif ki, xanım  Aygün Əliyeva, PA-nın sektor müdiri Tural Əliyev bu sahəni bilmirlər. Vətəndaş Cəmiyyəti nümayəndələri ilə rəftar yüksək səviyyədə olmalıdır. 

Aygün Əliyeva bəzi QHT-lərə təbii ki, öz adamlarına yüksək  maaş 800-1000 manat  yazmağa icazə verir. Digərlərinə  yalnız 500 manata icazə verilir. Sual olunur, müəyyən təşkilatlar var ki, bütün ili işləyir. İldə bir dəfə layihə alır, 3 aylıq maaş, hər ayına  500 manat, amma öz adamları yalnız ildə bir dəfə layihədən-layihəyə görünürlər, heç bəzən mətbuatda o layihələr barədə məlumatlara da rast gəlmirik, onlara 800-1000 manat.

 Bu böyük ayrıseçkilik, ədalətsizlikdir.  Ən gülməli məsələ iki ildir qalib olunan layihələrdə təşkilat sədrlərinin adlarının yazılmamasıdır. Guya ağıllarıyca həmin adamları himayə etdiklərini bu yolla gizlədirlər. 

-Kimlərə verilir layihələr?

- Artıq əsasən özlərinin, yaxınlarının adlarına olan yeni yaranan təşkilatlara, bəzi nazirlərin, komitə sədrlərinin, icra başçılarının , deputatların, PA və  Milli Məclisdə təmsil olunan şəxslərin həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır qrantlar. Yəni ciddi QHT fəaliyyəti ilə məşğul olanlar sıxışdırılır, yox olurlar, o qədər layihə icra edəndə incidilirlər ki, artıq bir çoxu layihə üçün müraciət etmirlər. QHT Agentliyinə də bu lazımdır.

- Bayaqdan bir neçə dəfə PA-nın adını çəkirsiniz...

-Deyəcəksiz ki, bəs onlar baş verənləri görmürlər? Görürlər və himayə edirlər. 

Vəziyyət görün nə həddə çatıb ki, PA-nın sektor müdiri Tural Əliyev QHT-lərlə görüşlərdən birində deyib ki, mən getdim Ədliyyə Nazirliyində oturdum, siyahı verdim ki, bu QHT-ləri ələyin. Bunlar QHT sektorunu mafiya qanunları idarə edirlər. 

Kim tənqid edir, trol qruplarını həmin şəxsin üstünə salıb, təhqir etdirməkdən çəkinmirlər. Mətbuatda özlərinə, ailələrinə yaraşan yazılar verdirməklə, ağıllarıyca həmin şəxsi çəkindirmək, biabır etmək yolunu tuturlar. Ailə üzvləri, yaxınları ilə təhdid edirlər. Hansı şəxs bunların korrupsiya faktlarını ictimailəşdiri, həmin şəxslə danışmağı, ünsiyyət yaratmağı qadanğan edirlər. 

-Son günlər medal satan QHT-lərlə bağlı məsələ gündəmdədir…

- Ağrılı məsələdir. O şəxslərə yüksək səviyyələrdən icazə verilməsəydi, medal təsis etməzdilər. Hər şeyə müdaxilə edən PA nə əcəb illərlə seyirçi olub. Sadəcə QHT-ləri gözdən salmaq , guya bu sahədə yeniliklər etmək üçün addımlar atılır fonu yaratmaq meyillərindən başqa bir şey deyil. Bunların arxasında öz cib maraqları durur. QHT Şurasının dövründə də QHT-lərlə bağlı neqativ məsələlər baş verirdi. Heç görün mətbuata bir informasiya ötürülürdü? Azay Quliyev, Fərasət Qurbanov çağırar, həmin şəxsi məzəmmət, xəbərdarlıq edərdilər. İndi niyə bu təcrübədən istifadə olunmur? Çünki yenə qeyd edirəm, köhnə QHT-ləri sıradan çıxarmaq lazımdır ki, öz  təşkilatlarına qol-qanad verilsin. Ona görə də bir qrup QHT-nin maliyyə sənədləri hüquq-mühafizə orqanlarına göndərilib. O qədər özlərinə, himayədarlarına arxayındırlar ki, düşünmürlər. Layihə bitəndən sonra Akt imzalanır. Vaxtı ilə bu təşkilat hansısa yeyinti, səhvə yol veribsə axı Agentlik nəzarət edir, son qəbul Aktına da İcraçı direktor tərəfindən imza atılır. Yəni bu qədərmi özünə arxayançılıq var, nəzarət etməmişəm, məsuliyyətsizlik etmişəm, yoxlayın, QHT-ləri məsuliyyətə cəlb edin. Maşallah, gözəl yanaşmadır!

Yazılarınızdan birində belə bir ifadəniz var, “Agentliyin başında oturanlar hələ də, QHT-lərə Dövlət babanın dəstəyini dədə-babalarının yardımı ilə səhv salırlar”. Çox doğru fikirdir. Dövlət, Prezident layihələr üçün ayrılan vəsaiti işlək QHT-lərin ayaqda qalması, təşkilatların möhkəmləndirilməsi, həvəsləndirmə üçün ayırır. Yoxsa QHT ilə  gestapo kimi rəftar et. Bir zamanlar QHT-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, texniki avadanlıqların alınması üçün vəsaitlər ayrılırdı. O avadanlıqlar QHT-nin balansında qalırdı. İndi avadanlıqların alaınmasına qadağa qoyulub. Bəs QHT necə möhkəmlənsin? Layihə bitdikdən sonra bəhanə ilə vəsait kəs, verilən vəsaitin müəyyən hissəsini geri qaytar. O qaytarılan vəsaitlərin taleyi məlum olmasın. Çox əcaib idarəçilikdir.

Ardı var...

Redaksiyadan: Ötən yazımızda qeyd etdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin də, səslənən iddiarla bağlı mövqeyini dərc etməyə hazırıq.

Məlum aktuallığını nəzərə alıb, aşağıdakı suallara da cavab tapmaqla mövzunu davam etdirəcəyik..  

QHT-lərin aldadılması- 26 may 2023-cü il çevrilişinə cəhd nəyə hesablanmışdı?

Yeni yaradılan QHT-lərə böyük məbləğdə qrantlar verilməsi hansı səbəblərdən qaynaqlanır?

 Holland sürücü necə və niyə mina mütəxəssisi oldu? Və s…

Yenixeber.org

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-09-2025, 14:56

QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

Cəmiyyət

14-08-2025, 10:44

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Gündəm / Cəmiyyət

1-10-2025, 19:38

Biləsuvarın icra başçısına “DUR” deyən olcaqmı?! –Dövlətin pulun "öz qanunları" ilə xərcləyir

Olay

21-08-2023, 13:16

QHT Şurası getdi, Agentlik gəldi, nə dəyişdi?

Dünya

17-07-2024, 16:50

Pezeşkianın rəqibinin korrupsiya faktları üzə çıxdı

Gündəm

13-09-2023, 17:04

QHT rəhbərləri niyə Prokurorluğa çağırılır? - AYGÜN ƏLİYEVADAN ŞİKAYƏTLƏR ÇOXALIB

Gündəm / Cəmiyyət

1-05-2025, 09:17

Hökumət yanında “gözükölgəli” qeyri-hökumət təşkilatları -DE-FAKTO

İqtisadiyyat

15-11-2023, 20:07

Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu çərçivəsində sessiyalar təşkil edilib - FOTOLAR

Cəmiyyət / Olay

29-08-2023, 18:39

Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR - VİDEO

Cəmiyyət

27-05-2025, 16:47

Saleh Məmmədovla Abdin Fərzəliyev Prezidenti aldatmağa çalışırlar -YOL ƏMƏLİYYATI!

Cəmiyyət

1-02-2023, 16:47

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi layihənin icrasına başladı

Cəmiyyət

9-03-2023, 21:16

"Biganəliyin qurbanları" sənədli filmi İmişlidə nümayiş olundu - FOTO

Araşdırma
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
Xırdalan məktəbi ilə bağlı iddialara aydınlıq: əvvəl yayılan məlumatlar təsdiqini tapmadı
Hadisə
7-05-2026, 17:34
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
7-05-2026, 15:40
Türkiyədə 77 tələbə qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib
6-05-2026, 11:48
Mövlud Çavuşoğlunun qardaşı güllələnib
30-04-2026, 15:44
Bakıda Milli Onkologiya Mərkəzində partlayış: ziddiyyətli məlumatlar yayılır
29-04-2026, 10:57
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
27-04-2026, 11:08
Bakıda maşın piyada qadını vurdu
Xəbər lenti
  • Bu gün, 17:46
    Prezident və birinci xanım Cəbrayılın Şükürbəyli kəndinin açılışında - YENİLƏNİB
  • Bu gün, 17:26
    Peter Madyar Macarıstanın yeni Baş naziri olub
  • Bu gün, 16:50
    SEPAH-la əlaqəsi olan 41 nəfər həbs edildi
  • Bu gün, 16:22
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər
  • Bu gün, 16:04
    Maştağada Faiqin Tikinti Özbaşınalığı Adil Vəliyev niyə göz yumur ?
  • Bu gün, 15:28
    Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
  • Bu gün, 14:11
    BTQ Fransadan BMT Komitəsinin Yeni Kaledoniyaya dair çağırışlarına dərhal əməl etməyi tələb edir
  • Bu gün, 12:31
    İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Bu gün, 09:57
    Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib
  • Bu gün, 08:45
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • Bu gün, 08:26
    9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
  • Dünən, 19:40
    Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
  • Dünən, 19:11
    Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb
  • Dünən, 18:34
    Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
  • Dünən, 18:22
    Vüqar Qurbanovun daha bir adamı vuruldu - Güllü İbadova vəzifədən çıxarıldı
  • Dünən, 17:36
    İndoneziya səfiri Sumqayıtda əməkdaşlıq məsələlərini müzakirə edib
  • Dünən, 17:12
    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -Səyyar xidmət, yoxsa səyyar reklam?!+FOTOLAR
  • Dünən, 16:56
    Ərdoğan: Türkiyə müdafiə sənayesi sahəsində etibarlı ölkəyə çevrilib
  • Dünən, 16:44
    Xəlil Göyüşov camış əti aşkarlanan “Ramin-Nur”un adını dəyişdi
  • Dünən, 15:58
    “Marketdən alınan qidalar niyə yuyucu toz iyi verir?”
  • Dünən, 15:48
    Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb
  • Dünən, 15:44
    Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
  • Dünən, 15:30
    Bir dosentin qərəz macərası: BDU-dan xaricə uzanan yollar
  • Dünən, 15:04
    Milli Məclisin növbəti iclası mayın 12-də keçiriləcək, 8 məsələ müzakirə olunacaq
  • Dünən, 14:54
    Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
  • Dünən, 14:40
    Allahşükür Paşazadə İstanbulda Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək
  • Dünən, 13:40
    Bolqarıstanda yeni hökumət formalaşıb, Rumen Radev Baş nazir seçilib
  • Dünən, 13:24
    FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
  • Dünən, 13:17
    Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
  • Dünən, 12:10
    Nikahın etibarlı hesab olunması ilə bağlı vahid təcrübə müəyyən edilib
  • Dünən, 09:42
    Mayın 17-i 9 illik təhsil səviyyəsi üzrə 6 imtahan keçiriləcək
  • Dünən, 09:28
    ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi
  • Dünən, 09:04
    Kubanın XİN başçısı: ABŞ ilə danışıqlarda irəliləyiş yoxdur
  • Dünən, 08:54
    “Alp Delux“ şadlıq evində toyda qonaqlara at əti verilib
  • Dünən, 08:25
    Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə