Sizin reklam burada 728×90
Son dəqiqə

İzmirdə zavodda baş verən partlayışla bağlı 11 nəfər saxlanılıb

10.11.2026 15:54 49 1 dəq oxunur
İzmirdə zavodda baş verən partlayışla bağlı 11 nəfər saxlanılıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb.

Bunu Türkiyə ədliyyə nazirinin müavini Can Tuncay deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı 11 şübhəli haqqında həbs qərarı verilib.

Qeyd edək ki, 17 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı ötən gün aparılan ilkin araşdırmalar nəticəsində təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılmışdı.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az