Sizin reklam burada 728×90
Son dəqiqə

Vətəndaşın təhsil hüququna və qanuni azadlıqlarına müdaxiləyə son qoyulmalıdır

11.11.2026 13:02 33 1 dəq oxunur
Vətəndaşın təhsil hüququna və qanuni azadlıqlarına müdaxiləyə son qoyulmalıdır
Öz gələcəyinə, eyni zamanda Vətəninə xidmət etməyin ən mühüm yollarından biri təhsil almaqdır. Gənclərin təhsil almasına şərait yaratmaq dövlətin Konstitusiyadan irəli gələn əsas öhdəliklərindəndir.

Təəssüf ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun bu vəzifəyə təyin olunmasından sonra qurumun ayrı-ayrı struktur bölmələrinin fəaliyyəti ilə bağlı ciddi narazılıqlar yaranıb. Qurumun fəaliyyətində rüşvət və korrupsiya iddiaları, vətəndaşların incidilməsi, müraciətlərə etinasız münasibət və qanunvericiliyin tələblərinə zidd qərarlarla bağlı şikayətlərin ardı-arası kəsilmir.

Xüsusilə, Xidmətin Sumqayıt şəhər baş idarəsi tərəfindən bir vətəndaşın ölkədən çıxışına qanunsuz məhdudiyyət qoyulması qanuna və vətəndaşın hüquqlarına açıq hörmətsizlikdir. Vətəndaşların bildirdiyinə görə, qurumun ayrı-ayrı əməkdaşları onlarla ünsiyyətdən yayınır, müraciətlərə aydın cavab vermirlər. Rüşvət və korrupsiya ilə bağlı iddiaların mövcudluğu qurumun fəaliyyətində ciddi araşdırma və yoxlamaların aparılmasını zəruri edir.

Mürsəl İbrahimovun rəhbərliyi altında yaranan idarəçilik problemləri isə onun bu məsuliyyətli vəzifənin öhdəsindən nə dərəcədə gəldiyi barədə ciddi suallar yaradır. Vətəndaşların hüquqlarının pozulması, şikayətlərin cavabsız qalması və qurumun fəaliyyətindəki nöqsanlarla bağlı araşdırmalarımızı davam etdirəcəyik. Ətraflı məlumatları növbəti yazılarımızda təqdim edəcəyik.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az