Sizin reklam burada 728×90
Son dəqiqə

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

11.11.2026 17:04 48 1 dəq oxunur
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib.

Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər.

Müraciətlər aşağıdakı istiqamətləri əhatə edəcək:

· Ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələlər;

· Elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinliklər;

· Ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələlər.

Yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına xidmət edir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az