• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -Daha bir rəfiqəbazlıq nümunəsi!/FOTOLAR

Cəmiyyət

8-12-2025, 10:53



QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı qaranlıq məqamları araşdırdıqca, maraqlı faktlarla qarşılaşır, onların hər birinə cavab tapmağa çalışırıq. Tam məsuliyyəti ilə qeyd edirik ki, qrant müsabiqələrində şəxsi əlaqələrin dərəcələrinə görə bir sıra QHT-lərə xüsusi diqqət və qayğı göstərilir.

Səkinə Babayeva adı sahibkarlıq sahəsində fəaliyyət göstərənlərə yaxşı tanışdır. O, “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi, bir sözlə iş xanımıdır. Özü fabrikin baş direktoru, oğlu Elçin isə direktordur. Həmin Fabrik yarandığı vaxtdan Binəqədi rayonu ərazisində ("Baksol yolu") fəaliyyət göstərir. (Bu fabrikin fəaliyyəti bir zamanlarməktəbli formaları ilə gündəm olub.)

Səkinə Babayeva biznes fəaliyyəti ilə yanaşı, 2017-ci ildə bir sıra dövlət qurumlarının təşəbbüsü ilə təsis edilən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədridir. Diqqətimizi Səkinə Babayevanın rəhbərlik etdiyi Assosiasiyanın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müsabiqələri tarixində ən yüksək qrant alan təşkilat kimi düşməsi çəkdi.

Belə ki, Assosiasiya 2022-ci ildə QHT Agentliyinin “Şuşa ili”nə həsr olunmuş böyük qrant müsabiqəsində “Qarabağ İncilərinin Avropa Sədası” adlı layihəsi üçün 40100 manat vəsait əldə etmişdir.

Bugünə qədər QHT-lərə Dövlət Dəstəyi Agentliyi bir təşkilata müsabiqə çərçivəsində 40100 manat verməyib.Təbii ki, səbəblərinə gələcəyik.

Araşdırmalarımız zamanı məlum oldu ki, Səkinə Babayevanın rəhbərlik etdiyi

Assosiasiya QHT Agentliyindən aldığı qrant vəsaiti çərçivəsində Fransada kiçik bir geyim sərgisi təşkil etməklə işini yekunlaşdırıb. Hətta Yenixeber.org-a daxil olan məlumata görə, layihəyə əlavə olaraq 3 tanınmış şirkətdən vəsait də cəlb edib. İddia olunur ki, təşkilat sözügedən

layihəyə ümumilikdə 18 min manat real vəsait xərcləyib. Yerdə qalan vəsaitin isə layihənin qalib olmasına kömək edən şəxslərlə birgə bölündüyü söylənilir.Səslənən iddiaların nə dərəcədə əsaslı olması üçün bəzi məsələləri araşdırdıq.Araşdırmamız nəticəsində məlum oldu ki, Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının xarici ölkələrdə tədbir keçirməktəcrübəsi olmadığı halda, QHT-lərə Dövlət Dəstəyi

Agentliyi ona ilk dəfədə yüksəkməbləğdə qrant verib. Lakin, müsabiqə şərtlərində göstərilir ki, təşkilatın bu istiqamətdə müvafiqtəcrübəsi olmalıdır. Digər maraqlı məqam isə, Assosiasiyanın adından göründüyü kimi, məqsədinin ölkəmizdə qadın sahibkarlığını inkşafına dəstək verməkdir. Lakin,

QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu məsələdə də loyallıq nümayiş etdirərək, Assosiasiyanın məqsədinə uyğun olmayan bir təşəbbüsə maliyyə dəstəyi göstərib(?)

Sual doğuracaq məsələlər həddindən artıq çoxdur. Daha maraqlı sual isə, Səkinə Babayevaya bu cür böyük qayğı göstərilməsinin səbəbidir.

Məlum oldu ki, Səkinə Babayeva 2013-cü ildən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ilə tanışlıqları başlayıb və daha sonra rəfiqə olublar.Binəqədi Rayon İcra Hakimiyyətində işlədiyi zaman qadın sahibkarlardan vəsaitlərin yığımınanəzarət edən

Aygün Əliyeva Səkinə Babayevanın fabrikində olub və sıx əlaqələri yaranıb...

Bəzi faktlara diqqət yetirin. Səkinə Babayeva 1997-ci ildən YAP Nərimanov rayon təşkilatında Qadınlar Şurasının sədr müavini olub. Lakin, Aygün Əliyeva ilə tanışlıqdan birmüddət sonra, o, Binəqədi rayon YAP Qadınlar Şurasının sədr müavini vəzifəsini icra etməyə başlayır(?)

Aygün Əliyeva elə bir rayon tədbiri və səfəri olmur ki, Səkinə Babayevanı yanından ayırmasın. Səkinə Babayeva hətta bələdiyyə nümayəndəsi olmasa da, Aygün Əliyeva ilə birgə Binəqədi rayon bələdiyyələrinin nümayəndələrinin Milli Məclisə ekskursiyasında da iştirak edir. (http://binegedi-ih.gov.az/az/news/998.html).

Səkinə Babayeva ardıcıl olaraq həm Binəqədi Rayon İcra Hakimiyyəti başçısından, həm də Binəqədi YAP sədri tərəfindən müxtəlif əlamətdar günlərdə tez-tez təltif olunur.

Səkinə Babayeva da öz növbəsində bu xəcalətin altından qalmır və Aygün Əliyevaya öz qayğısını davam etdirir.

Nəhayət, Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru olduqdan 6-7 ay sonra Səkinə Babayeva Agentliyin ən yüksək qrant məbləğinə layiq görülür.

Təqdim etdiyimiz fotodan göründüyü kimi, Aygün Əliyeva Assosiasiyanın sahibkar xanımlar üçün təşkil etdiyi digər tədbirlərdə də yaxından iştirak edir, onlardan diqqət və qayğısını əsirgəmir. Maraqlıdır, Aygün Əliyeva digər sahibkarların yaratdığı QHT-lərin də tədbirlərində belə yaxından iştirak edirmi? Hələlik bu qədər, digər maraq doğuran məsələlərin ardınca gedək.

Bir şeyi unutmamalıyıq ki, Şuşa uğrunda gedən döyüşlərdə yüzlərlə qəhrəman oğullarımız öz canından keçərək şəhid və qazi olublar. Biz onların canı və qanı bahasına qovuşduğumuz Şuşanı müqəddəs varlıq kimi qorumalıyıq.

Şuşa hər hansı layihə və ya tədbir edib pul qazanmaq , silmək üçün istinad olmamalıdır!(Yenixeber.org)


Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -Daha bir rəfiqəbazlıq nümunəsi!/FOTOLAR

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

14-10-2025, 12:54

QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm

24-11-2025, 15:05

QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –SENSASİYALI FAKTLAR

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Cəmiyyət

3-10-2025, 11:25

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Cəmiyyət

14-08-2025, 10:44

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Gündəm / Səhiyyə

1-08-2023, 12:18

Səkinə Sadıqova deyir ki, arxamda TƏBİB dayanıb, Sumqayıtda YAP-ın sədr müaviniyəm, mənə toxuna bilməzlər… – Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovanın həbsi qaçılmazdır…

Cəmiyyət

29-09-2025, 14:56

QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
Xəbər lenti
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:43
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
  • Dünən, 14:00
    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
  • Dünən, 13:51
    Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur
  • Dünən, 13:12
    Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 13:03
    Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?
  • Dünən, 12:52
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
  • Dünən, 11:47
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Dünən, 10:45
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Dünən, 10:22
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Dünən, 10:12
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Dünən, 09:51
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Dünən, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Dünən, 08:47
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 08:42
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Dünən, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Dünən, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • 22-09-2026, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • 22-09-2026, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • 22-09-2026, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • 22-09-2026, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • 22-09-2026, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • 22-09-2026, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • 22-09-2026, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • 22-09-2026, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə