• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AMEA-da “Yaşıl dünya naminə həmrəylik - COP-29-un çağırışları və humanitar elmin vəzifələri” mövzusunda elmi konfrans keçirilib

Cəmiyyət

4-11-2024, 19:26

Noyabrın 4-də AMEA-nın Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik - COP-29-un çağırışları və humanitar elmin vəzifələri” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Yaşıl dünya naminə həmrəylik ili”nin ölkəmizdə uğurla davam etdiyini və Azərbaycanın dünyamiqyaslı beynəlxalq COP29 konfransına yüksək səviyyədə hazırlaşdığını bildirib. Qeyd edib ki, AMEA-da həm “Yaşıl dünya naminə həmrəylik ili”, həm də onunla səsləşən COP29-la bağlı Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi və Yer Elmləri Bölməsinin təşkilatçılığı ilə çoxsaylı tədbirlər keçirilir, kitablar çap olunur, məqalələr işıq üzü görür, alimlərimiz televiziya verilişlərində çıxışlar edirlər.

“Bu gün isə Humanitar və İctimai Elmlər bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş elmi konfransı keçirməklə, Akademiyada bu istiqamətdə tədbirlərə yekun vurulur. COP29-dan sonra isə beynəlxalq tədbirin çağırışları və akademik elmi vəzifələri mövzusunda geniş ümumiləşdirici tədbir keçirməyi planlaşdırırıq. COP29-da iştirak üçün 80 minə yaxın qonağın gəlməyi gözlənilir. Bu konfrans beynəlxalq səviyyəli tədbirlərin zirvəsində dayanır və Prezident İlham Əliyevin böyük nüfuzunu göstərir. Azərbaycan xalqı əmindir ki, cənab Prezidentin rəhbərliyi ilə onun apardığı məqsədyönlü iş sayəsində COP29 yüksək səviyyədə keçiriləcək, Azərbaycana böyük nüfuz gətirəcəkdir. COP29 vasitəsilə elmə dair çağırışları birləşdirəcəyik. Bu, bizim gələcək istiqamətlərimizin prioritetləri sırasında olacaqdır”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

COP29 çərçivəsində elmi məsələlərə dair də geniş müzakirələrin aparılacağını bildirən akademik İsa Həbibbəyli AMEA-nın konfransda yüksək səviyyədə təmsil olunacağını, eləcə də ölkəmizə gələn xarici alimlərlə, elmi təşkilatlarla Akademiyada bir sıra görüşlərin keçiriləcəyini diqqətə çatdırıb. COP29-un eyni zamanda elmimizin gələcək inkişafına da istiqamət verəcəyini vurğulayan AMEA rəhbəri bugünkü elmi konfransın humanitar və ictimai elmlərin COP29-a tətbiq imkanlarını, görülən və görünməyən tərəflərini aşkarlamağa imkan verəcəyini bildirib.

Sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova AMEA-nın Elmi bölmələrinin, həmçinin elmi müəssisə və təşkilatlarının “Yaşıl dünya naminə həmrəylik ili” və COP-29 çərçivəsində keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Qeyd edib ki, ötən müddət ərzində AMEA-nın birbaşa təşkilatçılığı və iştirakı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin təqdimat mərasimi, “Prezident İlham Əliyevin Dövlət idarəçiliyi: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir”, “Yaşıl artım və dayanıqlı inkişaf”, “COP29 – Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr”, “Yaşıl dünyamızı qoruyaq”, “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri”, “Qlobal iqlim dəyişiklikləri, fotosintez və dayanıqlı həyat”, “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi”, “Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərinin təsiri”, “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında”, “Yaşıl enerji və süni intellekt”, “İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər”, “Klassik Divan ədəbiyyatında bitki obrazı”, “Azərbaycan ədəbiyyatında təbiət kultu”, “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi”, “Etnoekologiya – xalqın təbiətə münasibət mədəniyyəti” mövzusunda ümumilikdə 50-yə yaxın beynəlxalq və respublika elmi konfransı, dəyirmi masa və seminarlar keçirilib. Mərkəzi Elmi Kitabxana tərəfindən isə “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual və ənənəvi illik kitab sərgisi daimi fəaliyyət göstərir.

Akademik İradə Hüseynova, həmçinin AMEA-nın Naxçıvan və Gəncə bölmələrində, eləcə də Şəki və Lənkəran Regional Elmi mərkəzlərində “Yaşıl dünya naminə həmrəylik ili” və COP-29 çərçivəsində keçirilmiş tədbirləri diqqətə çatdırıb.

Daha sonra Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyevanın “Heydər Əliyevin ekologiya təlimi fikirləri və Azərbaycan uşaq ədəbiyyatında təbiətə münasibət”, Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqivistika və psixolinqivistika şöbəsinin böyük elmi işçisi filologiya elmləri doktoru Elnurə Hüseynovanın “Heydər Əliyevin təbiətə qayğısı və klassiklərin əsərlərində təbiət mövzusu”, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Ulu Öndər Heydər Əliyevin ekoloji siyasəti”, Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadənin “Prezident İlham Əliyev Türk dünyasından Avropaya yaşıl enerji ixracı ideyasının baş müəllifidir”, Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevin “Arxeoloji mədəniyyətlərin dinamikasının iqlim dəyişikliyi ilə bağlılığı” mövzusunda məruzələri dinlənilib.

Həmçinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, dosent Aygül Hacıyeva “Məhəmməd Füzuli qəzəllərində təbiət və məhəbbət fəlsəfəsi”, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nəzakət Məmmədli “Təsəvvüf ədəbiyyatında insan və ekosistem”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri vəzifəsini icra edən fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “İqlim dəyişməsində neoimperializmin rolu və yaşıl enerji siyasəti”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbəsi müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva “Bədii təsvir sistemində peyzaj”, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Azərbaycan folklorunda insan-təbiət münasibətləri” və Memarlıq və İncəsənət İnstitutunun şöbəsi müdiri memarlıq üzrə fəlsəfə doktoru, dosent Samirə Abdullayeva “Şəhər ekosisteminin təşkilində landşaft-rekreasiya mühitinin rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
AMEA-nın müşaviri akademik Adil Qəribov isə çıxışında qeyd edib ki, elmi-texniki tərəqqi nəticəsində bəşəriyyətin enerjiyə olan tələbatı artıb və əlavə enerji mənbələrinin axtarışı, onlardan hədsiz dərəcədə istifadə qlobal istiləşməyə, iqlim dəyişikliyinə səbəb olub, atmosferdə karbon emissiyasının həcmi artıb. Azərbaycanın belə bir şəraitdə COP29 kimi nüfuzlu bir tədbirə ev sahibliyi etməsinin rəmzi məna daşıdığını söyləyən akademik Adil Qəribov ölkəmizdə Prezident İlham Əliyevin liderliyində ekologiyaya yüksək həssaslıqla yanaşıldığını, yaşıl dünyamızın qorunduğunu, karbon emissiyasının həcminin əhəmiyyətli dərəcədə azaldılmasının planlaşdırıldığını vurğulayıb.

Akademik Adil Qəribov “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində AMEA-da keçirilən tədbirləri yüksək qiymətləndirib, alimlərimizin iqlim dəyişmələrinə yüksək həssaslıqla yanaşdığını bildirib.

Sonda çıxış edən akademik İsa Həbibbəyli elmi konfransda dinlənilən məruzələri yüksək qiymətləndirib, çıxışçıların yeni yanaşmalar ortaya qoyduğunu söyləyib. Konfransın humanitar və ictimai elmlərin iqlim dəyişmələrinə təsiri ilə bağlı mövcud potensialının müəyyənləşdirilməsində mühüm rol oynayacağını vurğulayıb. Qeyd edib ki, dəqiq və təbiət elmlərindən fərqli olaraq, humanitar və ictimai elmlər iqlim dəyişmələri probleminin cəmiyyətə çatdırılmasında, insanların maarifləndirilməsində və təbliğində mühüm rola malikdir və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

16-07-2023, 20:53

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ

Cəmiyyət

10-01-2024, 10:50

Rəsulzadə ilə bağlı tapşırıq verildi: plan hazırlanacaq

Ölkə

3-02-2024, 02:00

Yeniləşən Akademiyanın yeni loqotipi - emblemi hazırlanır

Təhsil

29-07-2022, 12:50

PA rəsmisi AMEA-da: təcili iclas keçirildi

Cəmiyyət

1-04-2024, 04:06

“Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib FOTOLAR

Siyasət

28-07-2022, 20:30

AMEA-nın fəaliyyəti ilə bağlı - Açıqlama

Təhsil

7-07-2023, 21:43

AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib

Siyasət

23-04-2024, 11:26

AMEA-nın bir sıra elmi müəssisələrinin YAP ərazi partiya təşkilatlarının sədri vəzifəsinə seçkilər keçirilib FOTOLAR

Cəmiyyət

29-07-2022, 13:20

Təcili iclasda nələr müzakirə olunub?

Cəmiyyət

17-01-2024, 15:41

Akademik Rasim Əliquliyev: “Ölkəmizdə yaşıl siyasətin formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür”

Cəmiyyət

3-12-2023, 19:11

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Gündəm / Olay

1-09-2023, 15:17

AMEA robot-tozsoran, əl qurudan alır

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Bu gün, 10:52
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
Dünən, 11:37
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
Dünən, 11:22
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
2-08-2026, 12:00
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
1-08-2026, 16:36
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Xəbər lenti
  • Bu gün, 19:00
    ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək
  • Bu gün, 18:30
    Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
  • Bu gün, 18:23
    Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
  • Bu gün, 18:02
    TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
  • Bu gün, 17:37
    Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH
  • Bu gün, 17:21
    İspaniyaya 72 min qanunsuz miqrant keçib
  • Bu gün, 17:08
    Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
  • Bu gün, 16:54
    11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
  • Bu gün, 16:34
    Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib
  • Bu gün, 16:18
    ”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR
  • Bu gün, 15:40
    Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Bu gün, 15:22
    TƏBİB “Avromed”dən 37 milyonluq dərman alacaq
  • Bu gün, 15:03
    Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH
  • Bu gün, 14:56
    Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər
  • Bu gün, 14:29
    Culfaya yeni icra başçısı təyin edilib
  • Bu gün, 14:10
    "Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
  • Bu gün, 13:51
    Sabah 39 dərəcə isti olacaq
  • Bu gün, 13:29
    Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub
  • Bu gün, 13:13
    Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub
  • Bu gün, 13:05
    1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
  • Bu gün, 12:54
    Şahbuzda zəlzələ olub
  • Bu gün, 12:19
    Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
  • Bu gün, 12:10
    UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək
  • Bu gün, 11:59
    Masallıda məmur özbaşınalığı: Yol olan ərazi necə özəl mülkiyyətə çevrildi?
  • Bu gün, 11:42
    Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
  • Bu gün, 11:30
    ​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
  • Bu gün, 10:52
    Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
  • Bu gün, 10:44
    Xətaidə daha bir mübahisəli TİKİNTİ: Nəsrəddin Tusi küçəsində nə baş verir? - VİDEO
  • Bu gün, 10:06
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Bu gün, 09:57
    117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO
  • Bu gün, 09:41
    Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
  • Bu gün, 09:32
    Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
  • Bu gün, 09:07
    Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
  • Bu gün, 09:01
    İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…
  • Bu gün, 08:47
    Bakının bir sıra yollarında tıxac yaranıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə