• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib

Təhsil

7-07-2023, 21:43

İyulun 7-də AMEA Rəyasət Heyətinin binasında 2022/2023-cü tədris ilində AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, AMEA-nın tabeliyində olan və əhatə etdiyi bir sıra müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, Təhsil şöbələrinin müdirləri, gənc alim və mütəxəssisləri, məzunlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan Milli Elmlər Akademiyasında magistratura təhsilinin ölkə başçısının müvafiq Fərmanı ilə 2015-ci ildə yaradıldığını deyən akademik İsa Həbibbəyli bu günədək Akademiya üçün ümumilikdə 749 plan yerinin ayrıldığını və bu plan yerlərinə 649 nəfərin qəbul olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ötən illər ərzində Akademiyada gəncləşmə siyasətinin həyata keçirilməsində magistraturanın çox boyük rolu olub.

AMEA rəhbəri bildirib ki, məzunların təxminən yarısı fəaliyyətlərini bu elm məbədində davam etdirir, bu da öz növbəsində magistraturanın elmin gəncləşməsi prosesinə böyük töhfə verdiyinin göstəricisidir.

Akademiyanın magistraturasının özünəməxsus cəhətləri haqqında söz açan akademik İsa Həbibbəyli buradakı elmi-texniki baza, laboratoriyalar, təşkil olunan çoxsaylı elmi konfrans, seminar və digər tədbirlər, magistrantlarla elmi rəhbərlər arasında qurulan münasibətlər, gənclərin elmi məqalələrinin AMEA-nın jurnallarında nəşri, nüfuzlu alimlərdən ibarət komissiyaların qarşısında dissertasiyaların müdafiəsi və s. kimi amillərin magistrlərin akademik mühitdə formalaşmasına kömək etdiyini, bütün bunların gənclər üçün ilkin elmi məktəb olduğunu qeyd edərək Akademiyanın magistraturasında yalnız AMEA üçün deyil, bütün ölkə üçün gənc kadrların hazırlandığını vurğulayıb.

Ölkə başçısı tərəfindən hər il verilən Gənclər üçün Prezident mükafatı, habelə Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülənlər sırasında Akademiya əməkdaşlarının olduğunu, AMEA Rəyasət Heyəti tərəfindən də il ərzində fərqlənən gənclər üçün “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın təsis edildiyini deyən akademik İsa Həbibbəyli həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən hazırlanan “Gənc tədqiqatçı” elmi jurnalının bu ildən il ərzində 4 dəfə çap olunacağını, onlardan 1 sayının isə ingilis dilində nəşr ediləcəyini bildirib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən gənclər siyasətinə uyğun çoxsaylı tədbirlərin AMEA-da da geniş şəkildə həyata keçirildiyini bildirən akademik İsa Həbibbəyli məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra AMEA-da hazırlanmış “Elm məbədi” filmi nümayiş etdirilib.

Tədbirdə, həmçinin çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, tex.e.ü.f.d., dosent Hüseyn Hüseynov Akademiyada bu günədək ümumilikdə 479 nəfərin məzun olduğunu, onlardan 216 nəfərin AMEA-da qalaraq öz elmi fəaliyyətlərini davam etdirdiklərini söyləyib. 2015-2023-cü illərdə məzunların bölmələr üzrə statistikasını təqdim edən Hüseyn Hüseynov 2023-cü il üzrə 102 məzundan 74-nün fərqlənmə diplomuna layiq görüldüyünü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölmələri üzrə 15 nəfər məzundan 6-nın təhsilini davam etdirmək üçün Akademiyanın doktoranturasına sənədlərini təqdim etdiyini söyləyib: “2015-2023-cü illərdə AMEA-nın magistraturasını bitirmiş 479 nəfərdən 103-ü hazırda fəlsəfə doktoru hazırlığı üzrə təhsilini davam etdirir. Artıq 3 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmiş, onlardan 1 nəfər isə elmlər doktoru hazırlığı üzrə təhsil alır. Məzunlardan 14 nəfəri hazırda təhsilini xaricdə davam etdirir”.

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov isə bildirib ki, bu gün qloballaşan dünyada milli kimliyimizin qorunmasında və milli dəyərlərimizin təbliğində, elmin, eləcə də gənclərin və gənc alimlərin üzərinə böyük məsuliyyət düşür. Qeyd edib ki, respublikada daim gənclərə xüsusi diqqət yetirilib, Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb, “Gənclər günü” təsis edilib, gənclərin forumları keçirilib və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə, həmçinin çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva və akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik akademik Vaqif Fərzəliyev gənclərə öz tövsiyələrini çatdırıb, gələcək həyatlarında uğurlar arzulayıblar.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun məzunu Nəzrin Əliyeva, A.A.Bakıxanov adına Tarix İnstitutunun məzunu Fatimə Rüstəmova, Riyaziyyat və Mexanika İnstitutunun məzunu İlkin Feyzullayev və valideynlərdən Təranə Cəfərova isə çıxışlarında Akademiya rəhbərliyinə və müəllimlərinə təhsil aldıqları müddətdə yaradılan şəraitə və göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra Akademiyanın Marşı səsləndirilib.

Sonda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yüksək intellekti ilə seçilən, milli mənəvi dəyərlərimizin qoruyucusu olan gənclərimizə daim Azərbaycançılıq ideologiyasına sadiq qalmağı, onu uca tutmağı və gələcək həyatlarında uğur qazanmaq naminə qətiyyətli addımlar atmağı tövsiyə edərək tədbirə yekun vurub.












Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

29-07-2022, 12:50

PA rəsmisi AMEA-da: təcili iclas keçirildi

Cəmiyyət

29-07-2022, 13:20

Təcili iclasda nələr müzakirə olunub?

Siyasət

28-07-2022, 22:10

AMEA-da prezident seçkiləri keçiriləcək

Siyasət

28-07-2022, 20:30

AMEA-nın fəaliyyəti ilə bağlı - Açıqlama

Mədəniyyət

9-09-2022, 15:42

Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

Mədəniyyət

29-08-2022, 10:37

MEK tərəfindən informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər üçün biblioqrafik göstərici tərtib olunub

Təhsil

1-08-2022, 21:55

"AMEA-nın institutları boş-boş işlərlə məşğuldur" - Mircəfər Bağırovun məqaləsi üzə çıxdı

Siyasət

29-07-2022, 14:40

İsa Həbibbəyli: “Nobel komitəsinin bizə borcu var”

Cəmiyyət

28-07-2022, 23:00

AMEA-da çalışan işçilər ixtisar ediləcək?

Təhsil

8-03-2023, 20:20

MEK-də 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTO

Təhsil

23-08-2022, 13:13

Nazir: "AMEA-nın tabeliyindəki müəssisələrdə ixtisar nəzərdə tutulmur"

Cəmiyyət

4-07-2023, 09:13

Afterşoklar davam edəcək - Qurban Yetirmişli

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
30-07-2026, 19:00
Qarabağ suvarma kanalında bir nəfər batıb
30-07-2026, 10:00
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
29-07-2026, 13:20
Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
29-07-2026, 08:56
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:59
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
27-07-2026, 10:00
33 yaşlı kişi Qarabağ kanalında batıb
Xəbər lenti
  • Dünən, 19:00
    Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
  • Dünən, 18:34
    Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib
  • Dünən, 18:28
    Yenə “İdeal TM” - “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu
  • Dünən, 17:57
    Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır
  • Dünən, 17:49
    Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO
  • Dünən, 17:13
    Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH
  • Dünən, 16:59
    Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb
  • Dünən, 16:40
    Qazini cərəyan vurub öldürdü - Foto
  • Dünən, 16:26
    Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
  • Dünən, 16:12
    Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb
  • Dünən, 16:02
    Mehdiyevin bacanağı məhkəmədə: Pulun yalnız 20 minini ödəyib
  • Dünən, 15:48
    Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib
  • Dünən, 15:21
    İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
  • Dünən, 15:03
    Devin Media türk seriallarının adından necə istifadə edir? - Bu cür reklamlar vətəndaşları aldatmaqla məşğuldur?
  • Dünən, 14:40
    Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
  • Dünən, 13:22
    Sabah 39 dərəcə isti olacaq
  • Dünən, 13:11
    Sabah 39 dərəcə isti olacaq
  • Dünən, 13:01
    Peşə Mərkəzi çilingər emalatxanasını "POLİNOM" MMC-yə həvalə etdi: 25 minlik tender tamamlandı
  • Dünən, 12:24
    Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
  • Dünən, 12:05
    Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı - Millionluq borcu var
  • Dünən, 11:40
    Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb
  • Dünən, 11:30
    Novxanıda dənizkənarı ərazidə qanunsuz tikinti aparılır? - VİDEO
  • Dünən, 11:11
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • Dünən, 11:00
    “İllik inflyasiya hədəf daxilindədir”
  • Dünən, 10:35
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb
  • Dünən, 10:09
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Dünən, 09:54
    “AXS” yoxsa, “YUNEST” MMC – Satınalmalarda belə gizli işlərə şəraiti kimlər yaradır – Antinhisar Agentliyi, yoxsa…
  • Dünən, 09:47
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Dünən, 09:37
    Vüsal Nəsirli hələ "təmizlik işi" görür - Əsas işlər hələ gözləyir
  • Dünən, 09:10
    Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir
  • 30-07-2026, 20:08
    İlham Əliyev Çolpon-Atada üç dövlət başçısı ilə birlikdə Qolf Klubun açılışında iştirak edib
  • 30-07-2026, 19:00
    Qarabağ suvarma kanalında bir nəfər batıb
  • 30-07-2026, 18:30
    Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb
  • 30-07-2026, 18:06
    Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir
  • 30-07-2026, 17:46
    Kənan Basqala hökm oxundu
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə