"Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" Publik Hüquqi Şəxsi çilingər emalatxanası üçün avadanlıqların satın alınması üzrə keçirdiyi tenderə yekun vurub.
32gun.az yazır ki, Satınalma müsabiqəsinin qalibi "POLİNOM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Şirkətlə 25 min 830 manatlıq müqavilənin bağlanması nəzərdə tutulur.
Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatda olan və Elman Xankişiyevin rəhbərlik etdiyi bu MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.