Sizin reklam burada 728×90
Son dəqiqə

MEK tərəfindən informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər üçün biblioqrafik göstərici tərtib olunub

29.08.2022 10:37 717 1 dəq oxunur
MEK tərəfindən informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər üçün biblioqrafik göstərici tərtib olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən professor, müxbir üzv Məsumə Hüseyn qızı Məmmədovanın həyatı, elmi-pedaqoji fəaliyyəti və əsərləri, kitab, elmi məqalə, dərc olunmuş məruzə, rəhbərlik və opponentlik etdiyi dissertasiyalar və s. məlumatları özündə əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.

Göstəricinin elmi redaktoru MEK-in baş direktoru professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi isə Könül Məmmədəlilidir.

Biblioqrafik göstəricisi geniş oxucu kütləsi, xüsusilə informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər, bakalavr və magistrlar, gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az