• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Yeniləşən Akademiyanın yeni loqotipi - emblemi hazırlanır

Ölkə

3-02-2024, 02:00

Yeniləşən Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması ilə bağlı müşavirə keçirilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması məqsədilə elan olunmuş müsabiqə ilə bağlı müşavirə keçirib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlətin elm siyasətinə uyğun olaraq son illərdə bu elm ocağında yeni islahatlara başlanıldığını və bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini bildirib. O, yeniləşən Akademiyada həyata keçirilən islahatlar içərisində elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin yeni əsaslar üzərində qurulması, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, AMEA-nın cəmiyyətdə korporativ imicinin formalaşdırılması və onun təbliği kimi məsələlərin əsas istiqamətlərdən olduğunu vurğulayıb.

AMEA-nın inkişafının hazırkı yeniləşmə mərhələsində görülən işlərdən danışan akademik İsa Həbibbəyli Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, tarixinin müasir çağırışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəlmiş islahatlar çərçivəsində AMEA-nın yeni Nizamnaməsinin təsdiq edildiyini, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında müvafiq olaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, eləcə də Arxeologiya və Antropologiya İnstitutunun yaradıldığını diqqətə çatdırıb. Alim, həmçinin dövrün çağırışlarını nəzərə alaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin, həmçinin institutlarda Kadrlar şöbələrinin bazası əsasında İnsan resursları şöbələrinin, eləcə də digər şöbələrin yaradıldığını söyləyib.

Akademik İsa Həbibbəyli müasir elmin çağırışlarına, informasiya cəmiyyətinin tələblərinə, həmçinin son dövrlərdə Akademiyanın fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə uyğun olaraq AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması zərurətinin meydana çıxdığını bildirib. O, bu məqsədlə AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli iclasında Akademiyanın loqotipinin - embleminin hazırlanması üçün müsabiqə elan olunması ilə bağlı qərar qəbul edildiyini deyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın yeni loqotipi - emblemi müasir dünyanın elmi çağırışları və dövlətçilik ənənələrini, Milli Elmlər Akademiyasının əsas məqsədləri, inkişafı, vəzifələri, hədəfləri ilə bağlı simvol və təsvirlərin elementlərini əks etdirməli və yaradıcı təfəkkürün məhsulu olmalıdır.

Daha sonra müsabiqənin şərtləri barədə məlumat verən akademik İsa Həbibəyli bildirib ki, AMEA-nın yeni loqotipinin – embleminin layihəsi dairəvi formada yağlı boya ilə və ya rəngli qrafika ilə işlənilməlidir. Onun sözlərinə görə, müsabiqədə yalnız Akademiyada çalışıb, təsviri sənətlə məşğul olan və digər əməkdaşlar iştirak edə bilərlər.

Akademiyada təsviri sənətlə bağlı 20-dən çox sərginin təşkil olunduğunu deyən AMEA rəhbəri yeni loqotipin - emblemin hazırlanması üçün elan olunmuş müsabiqənin də Akademiyada təsviri sənətlə məşğul olan əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacağını bildirib.

O, əməkdaşlar tərəfindən təqdim olunacaq AMEA-nın emblemi layihələrinin Müsabiqə Komissiyası tərəfindən qiymətləndiriləcəyini, qalib işin müəllifinin pul mükafatı ilə təltif ediləcəyini və ona müvafiq sertifikatın veriləcəyini qeyd edib.

Müzakirələrdə AMEA-nın vitse-prezienti v.i.e. akademik Gövhər Baxşəliyeva, AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Zülfiyyə Vəliyeva-Önlən, həmin institutun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova, “Zirvə” Ziyalılar Təşkilatının rəhbəri, AMEA-nın baş rəssam konstruktor - dizayneri Minayə Dəyanət Feyzullayeva, Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Hüseynova, həmin institutun aparıcı elmi işçisi memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Babaşov və kiçik elmi işçi Oksana Məmmədova, eləcə də AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı Cəmaləddin İsmayılov çıxış edərək Akademiyanın yeni loqotipinin - embleminin hazırlanması istiqamətində təklif və tövsiyələrini səsləndiriblər.

Bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-01-2024, 10:50

Rəsulzadə ilə bağlı tapşırıq verildi: plan hazırlanacaq

Təhsil

7-07-2023, 21:43

AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib

Cəmiyyət

29-07-2022, 13:20

Təcili iclasda nələr müzakirə olunub?

Siyasət

28-07-2022, 22:10

AMEA-da prezident seçkiləri keçiriləcək

Siyasət

28-07-2022, 20:30

AMEA-nın fəaliyyəti ilə bağlı - Açıqlama

Cəmiyyət

3-12-2023, 19:11

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Gündəm / Olay

1-09-2023, 15:17

AMEA robot-tozsoran, əl qurudan alır

Ölkə

25-12-2023, 23:41

“Milli istiqlal marşının və müstəqil dövlətçiliyin böyük carçısı” mövzusunda konfrans keçirilib FOTOLAR

Cəmiyyət

28-07-2022, 23:00

AMEA-da çalışan işçilər ixtisar ediləcək?

Cəmiyyət

17-01-2024, 15:41

Akademik Rasim Əliquliyev: “Ölkəmizdə yaşıl siyasətin formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür”

Siyasət

29-07-2022, 14:40

İsa Həbibbəyli: “Nobel komitəsinin bizə borcu var”

Cəmiyyət

13-12-2023, 05:25

AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın 60 yaşı tamam olur

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Bu gün, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Bu gün, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Bu gün, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Bu gün, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Bu gün, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Bu gün, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Bu gün, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Bu gün, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Bu gün, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Bu gün, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Bu gün, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Bu gün, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Bu gün, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Bu gün, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Bu gün, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Bu gün, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Bu gün, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə