• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib FOTOLAR

Cəmiyyət

1-04-2024, 04:06

Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Naxçıvan Bölməsi, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransdan öncə təşkilatçı qurumların və elmi-tədqiqat müəssisələrinin rəhbərləri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyaraq Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
AMEA-nın Naxçıvan Bölməsində baş tutan konfransı giriş sözü ilə bölmənin sədri akademik İsmayıl Hacıyev açıb.
Bölmə sədri bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı mühüm tarixi qərar olub, 100 illik tarixə malik muxtar respublikanın Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun daha dərindən öyrənilməsinə xidmət edir. Vurğulanıb ki, Naxçıvan tarixin müxtəlif mərhələlərində üzərinə düşən vəzifələri uğurla yerinə yetirmiş, böyük dövlətlərin bölgə ilə bağlı maraqlarına rəğmən Naxçıvan əhalisi bölgənin müdafiəsini təmin etmişdir. Müasir dövrdə də Naxçıvan mühüm dövlət proqramlarının yerinə yetirilməsində fəal iştirak edir, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli konfransda “Naxçıvan Muxtar Respublikası: ədəbi-tarixi proseslər və müasir dövr” başlıqlı məruzə edib.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamını Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının təzahürü kimi qiymətləndirib. Qeyd olunub ki, həmin Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir. Bu qayğı Naxçıvanın yeni dövr inkişafını istiqamətləndirir, onun sabahını daha aydın təsəvvür etməyə imkan verir.
“Bu gün keçirilən konfrans Naxçıvanın yeni inkişaf mərhələsində tədqiq olunmasına xidmət edir”, - deyən akademik İsa Həbibbəyli özünün yeni dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasının gələcək perspektivlərindən danışıb.
Çıxışının sonunda akademik İsa Həbibbəyli konfrans iştirakçılarını muxtar respublikanın 100 illiyi və yaxın zamanda qeyd olunmuş Elm Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli Sərəncamı ilə Akademiya sistemində çalışan 55 nəfərin “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunduğunu bildirib. AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevə, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlıya, Naxçıvan Bioresurslar İnstitutunun baş elmi işçisi akademik Tariyel Talıbova və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevə medalları təqdim edib.
Konfransda, həmçinin AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov Azərbaycanda elmin və təhsilin inkişafına verdiyi töhfələrə, gənc alimlərin yetişdirilməsində, onlara milli-mənəvi dəyərlərin aşılanmasında xidmətlərinə görə və Elm Günü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub.
Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevə və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevə səmərəli elmi fəaliyyətinə görə və 27 Mart – Elm Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanını, bölmənin 19 əməkdaşına isə Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında fəal iştirakına görə “Təşəkkürnamə” təqdim edib.
Təltif olunanlar adından çıxış edən akademik İsmayıl Hacıyev ölkə başçısına minnətdarlığını bildirib.
Öz işini məruzələrin təqdimatı ilə davam etdirən konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı “Naxçıvan Muxtar Respublikasının 100 illiyi və Milli Azərbaycan Tarixi Muzeyinin qarşısında duran vəzifələr”, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov “Naxçıvan tarixində yeni səhifə: Ehsan xanın Peterburq səfəri haqqında”, Naxçıvan Dövlət Universitetinin rektoru dosent Elbrus İsayev “Naxçıvanda ali təhsil”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru dosent Azad Novruzov “Muxtariyyət dövründə Naxçıvanda ümumi təhsil”, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov “Naxçıvan Muxtar Respublikasının davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin xidməti” və AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu” mövzusunda məruzələr ediblər.




AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi
Tel.: (+994 12) 492 84 13, 070 277 22 78

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Bölgə

13-07-2022, 20:30

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Siyasət

16-07-2022, 19:47

Naxçıvanın yeni Ombudsmanı seçilib

Mədəniyyət

24-07-2023, 17:57

Naxçıvan Filarmoniyasına status verilib - FOTO

Siyasət

28-07-2022, 22:10

AMEA-da prezident seçkiləri keçiriləcək

Gündəm / Siyasət

28-12-2023, 22:21

Naxçıvanın 2024-cü il büdcəsi təsdiq edildi

Bölgə

17-03-2024, 18:31

NAXÇIVAN MUXTAR RESPUBLİKASI – 100

Cəmiyyət

1-08-2023, 19:33

Vasif Talıbov və oğlu bu komitələrin üzvü seçildilər

Cəmiyyət

3-09-2022, 10:25

Azərbaycanın müstəqillik yolunun əsasını qoyan tarixi hadisə

Təhsil

11-01-2024, 10:39

Naxçıvanda müəllimlər vahid formaya keçir? - RƏSMİ

İdman

22-07-2022, 15:44

Rəşad Nəbiyev Naxçıvan Güləş Federasiyasına bir dəst tatami hədiyyə edib

Gündəm / Siyasət

17-11-2023, 13:12

Prezident Naxçıvanda icra başçısını vəzifəsindən azad etdi - FOTO

Ölkə

3-02-2024, 02:00

Yeniləşən Akademiyanın yeni loqotipi - emblemi hazırlanır

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Dünən, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Dünən, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Dünən, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Dünən, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Dünən, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Dünən, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Dünən, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Dünən, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Dünən, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Dünən, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Dünən, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Dünən, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Dünən, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Dünən, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Dünən, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Dünən, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Dünən, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Dünən, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Dünən, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Dünən, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Dünən, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Dünən, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Dünən, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Dünən, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • 13-10-2026, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • 13-10-2026, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • 13-10-2026, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • 13-10-2026, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • 13-10-2026, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə