• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Pulsuz qalmışdım, evdən çıxmırdım, indi isə... ” - Oksanadan ETİRAF - FOTO

Şou-biznes

9-08-2022, 20:20

Hind rəqslərinin mahir ifaçısı kimi məşhurlaşan Oksana Rəsulova əvvəlcə kino və serial sektorunda özünü sınadı, sonra isə özünü aparıcı kimi tamaşaçıları sevdirdi. M Teatrında işə başlayan ulduzun görünür hələ üzə çıxarmadığı çox "cəvahiratı" var.

Aylarla gecə-gündüz demədən "İnstinkt" tamaşası üzərində çalışan Oksana Rəsulova bu barədə Publika.az-ın suallarını cavablandırıb.

bakunews.az publika.az-a istinadən xOksana Rəsulova ilə müsahibəni təqdim edirik:

- Səhv etmiriksə, bu yaxınlarda M Teatrında Ziya Ağa ilə yeni tamaşanızın qapalı nümayişi oldu. Sosial mediada paylaşımlarınızdan görürdük ki, bu tamaşaya çox ciddi hazırlaşırdınız. Nümayiş necə keçdi?

- Bəli, bu yaxınlarda qapalı baxış oldu. Üç ay "İnstikt" tamaşası üzərində məşqlər aparılıb. Xalq artisti və M Teatrının rəhbəri Vidadi Həsənov tamaşaya quruluş verib. Ustadım Vidadi müəllim sayəsində tamaşanı ərsəyə gətirdik, qısa müddətdə mənimçün doğma bir insana çevrildi. Vidadi müəllim bu əsəri Frans Kafkanın və Pərviz Seyidlinin "Maraqlı fiqur və Siçan qadın" hekayələri əsasında səhnələşdirib. Sonradan pyesin adını "İnstinkt" qoymağa qərar verdik. Həm qadınların, həm də kişilərin bəyənəcəyi fəlsəfi və psixoloji tamaşadır, həqiqətən gözəl alınıb. Düşünürəm ki, hər kəsin ruhuna toxunacaq.

İzləyicilərin münasibəti çox isti oldu, gözlədiyimdən də yaxşı qarşılandı. Gözəl rəylər eşitdik, həqiqətən çox sevindim. Bu, həyatımda oynadığım ilk tamaşa idi, mənə inandığı üçün Vidadi müəllimə təşəkkür edirəm, onun inamını yerə salmayacam. Ziya Ağa, Etibar İbadullayev, Günay Əhməd və başqaları çox dəstək oldular, mənimlə teatr arasında platforma yaratdılar. Bəlkə də inanmayacaqsınız, teatrda özümü tapdım. Ümumiyyətlə teatrı həmişə çox sevmişəm, valideynlərim kiçik yaşlarımdan məndə ona qarşı məhəbbət aşılayıblar. Əslində Hindistanda 2014-cü ildə Rac Kapur Film Studiyasında 6 ay ərzində mono, ya da ikinəfərlik tamaşalar qururduq. Amma bu, tamamilə fərqli sənət təcrübəsi idi. Üzərimdə böyük məsuliyyət var idi, Ziya sağ olsun, onun mükəmməl oyunu adama ruh verirdi.

- Ssenari sizi nə ilə cəlb etdi?

- Qadın taleyi ilə bağlı heç bir ssenariyə laqeyd qala bilmərəm. Onu xoşbəxtliyə və ya bədbəxtliyə aparan yol, fədakar olmağa sövq edən səbəblər həmişə məni düşündürüb. Vidadi bəy bu mövzuda elə bir mükəmməl əsər səhnələşdirib ki, oynamaya bilməzdim.



- Teatra gəlməklə həyatınızda nəyi dəyişdirmək istəyirsiniz və ya nəyin dəyişəcəyini gözləyirsiniz?

- Teatr çoxdankı arzum idi. Əfsuslar olsun ki, yaradıcılığa teatrdan başlamamışam. İncəsənətə münasibətim dəyişdi, artıq kino, seriallar bir qədər ikinci plana keçdi. Teatrın sehrli bir aləm olduğunu bilirdim, amma dadmamışdım. Onu dadmağın xoşbəxtliyini yaşadım, sanki o yer mənə aid idi, sakitcə gəlişimi gözləyirdi... Məni bura cəlb edən digər əsas səbəb Vidadi müəllimin insanlarla, aktyorlarla ünsiyyəti, onlardakı istedadı tapıb üzə çıxarmaq bacarığıdır. Vidadi müəllim şəraitdən asılı olmayaraq, insanın içindəki istedadı görə bilir və çalışır ki, onun üzərində işləyib cilalasın. Özümü şanslı insan hesab edirəm ki, Vidadi müəllim kimi ustadla yolumuz kəsişib. Onunla ilk dəfə 2017-ci ildə bir serialda çəkilmişik. Mən onun qızı rolunda idim. Amma "M Teatr"da onu daha yaxından tanıdım. Nə yaxşı ki, müstəqil teatrdayam, "Mənim Teatrım"dayam. Bununla qürur duyuram. Vidadi müəllim mənə inandı və çağırdı. "İnstinkt" tamaşası və ordakı rolumla bir-birimizi tamamladıq. Gəlin sualı öz tamaşamdan kiçik bir monoloq ilə bitirim: "Bu sehrli və sirli bir aləmdir, bəlkə də gözəgörünməz ruhun duyğular və hisslər vasitəsiylə ifadəsidir".

- Sizcə, bu tamaşadakı rolunuz sizin üçün digər teatr səhnələrinə yol açacaqmı?

- Cavab verə bilmərəm, ola da, olmaya da bilər. Əslində bu barədə düşünmürəm, əsas odur ki, səhnəyə gedən yolum M Teatrından başladı.

- Filmlərdə yeni çəkilməyə başladığınız ərəfədə bir çoxu istedadınıza şübhə ilə yanaşırdı. İndi vəziyyət necədir?

- Əsas odur ki, incəsənətdə ağır çəkisi olan insanlar xoş qarşıladı. Xüsusilə mərhum Xalq artisti Fuad Poladovun, həmçinin Xalq artistləri Firəngiz Mütəllimova ilə Həmidə Ömərovanın adını qeyd etməsəm olmaz. Həm dəstək oldular, həm inandılar, həm də motivasiya etdilər, odur ki, başqalarının fikri mənə maraqlı olmadı.

- Uzun müddətdir rəqsdən uzaqlaşmısınız. Səbəblərindən biri ayaq oynaqlarında yaranan problem idi. Hazırda durumunuz necədir?

- Rəqsdən tamamilə uzaqlaşdığımı deməzdim, teatrda məşqlər davam edir. Yeri gəlmişkən, yeni tamaşamızda da bir neçə rəqs var, çox gözəl sürprizlərlə qarşılaşacaqsınız.

- Oğlunuza verə biləcəyiniz ən dəyərli miras nədir?

- Gözəl tərbiyə və Allah sevgisi.

- Aktyorların çox gözəl manipulyator olduğu doğrudurmu?

- Təbii ki, tamaşaçı səhnədəki aktyorun yaşadıqlarını hiss edir, xüsusilə müstəqil teatrlar tamaşaçı ilə sıx ünsiyyət qurmağa imkan verir. Manipulyasiya deməzdim, lakin tamaşaçıya gözəl duyğular yaşatmaq və mesajlar ötürmək aktyorun peşəkarlığından xəbər verir. Aktyor səhnədə inandırıcı oynamalıdır ki, insanlar ondan təsirlənsinlər, duyğulansınlar və ya hardasa özlərini görə bilsinlər, yaxud da dünyaya başqa baxış bucağından baxa bilsinlər.

- Bəlkə də ən qapalı aktrisalardan birisiniz. Sosial mediada başqalarından fərqli olaraq şəxsi həyatınızı gizli saxlamağı necə bacarırsınız?

- Nə qədər ictimai fiqur olsam da, şəxsi həyat mənə aiddir, cəmiyyətə ancaq yaradıcılığımla faydalı olmağa çalışıram. Odur ki, öz adımla ön planda olmaq istəyirəm.

- Gözəllik rutininizdə mütləq olmalıdır?

- Gözəl sima yetərli deyil, həm də gözəl ürək və ruh sahibi olmalısan. İnsanın ən böyük dəyəri gördüyü yaxşı əməlləridir. Ruhun çirkindirsə, siman heç bir işə yaramayacaq. Baxım sirlərinə gəldikdə, sağlam qidalanmaqdan başqa xüsusi nəsə etmirəm.



- Fikirlərimizi təmizləməyin ən yaxşı yolu nədir?

- Özüm-özümlə danışıram, Allahıma sığınıram, ona inanır və təveqqə edirəm. Bəzən elə səhv addımlar atırıq ki, nə edəcəyimizi bilmirik, dostların məsləhətlərinə önəm verən insanam. Əvvəllər bütün qərarları təkbaşına verirdim, indi atamın da, anamın da sözünə qulaq asıram. Artıq özümə başqasının gözündən baxa bilirəm və bir yerdə daha yaxşı nəticəyə gələ bilirik.

- Bəs istirahət üçün ən yaxşı yer haradır?

- Əlbəttə ki, Azərbaycan! Ölkəmizdə dincəlmək üçün çox gözəl yerlər var, turizm sahəsi günü-gündən inkişaf edir. Amma hər yer o qədər bahalıdır ki, Azərbaycanda yetərincə istirahət edə bilmirik. Son vaxtlar istirahət edə bildiyim ən gözəl yer teatrdır. Teatrda həm işləyirəm, həm də istirahət edirəm, ruhum dincəlir. Xarici nəzərdə tutursunuzsa, Bodrumun həm havasını, həm də mənzərəsini çox sevirəm.

- Bu yaxınlarda ən çox bəyəndiyiniz film hansı olub?

- Yerli filmlər arasında "Zəhər Tuluğu"nu, həmçinin Türkiyə istehsalı olan "Bergen" filmində aktyor işini çox bəyəndim, amma operator və rejissor işi haqqında eyni sözü deyə bilməyəcəm.

- Pis əhval-ruhiyyənin öhdəsindən necə gəlirsiniz? Başınızı dik tutub özünüzü irəli getməyə məcbur edirsiniz, ya bir kənara çəkilib depressiyaya düşürsünüz?

- Osmandan sonra ümumiyyətlə depressiya haqqında fikirləşməmişəm. Buna nə vaxtım, nə də haqqım yoxdur. Heç kimə depressiyaya düşməyi arzulamıram. Ana olmazdan əvvəl tək yaşayanda təbii ki, çətinliklər olurdu, o stressi də işimlə doldururdum. İşim bütün gərginliklərin xilas yolu idi. Elə günlər olub ki, 15 gün evdən çıxmamışam, həm pulsuz qalmışam, həm də şəxsi həyatımda problemlər olub. Çox şükür ki, gözəl ailəm və dostlarım yanımdadır, maraqlanır və dəstək olublar.

- Sizin üçün daha vacib olan nədir: qonorar, ekran işinin kommersiya uğuru və ya tənqidçilərin müsbət rəyi?

- Üçündən birini seçməli olsam, ekran işinin kommersiya uğuru deyərdim. Lakin istər kinoda, istərsə də serialda mənim üçün mühüm olan ssenaridir. Heç vaxt qonorarı birinci soruşmamışam, deyirəm ki, ssenarini göndərin. Əgər orda özümü görə bilsəm, ondan sonra digər məsələlər müzakirəyə açıq olur.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Şou-biznes

11-08-2022, 13:30

Azərbaycanlı rəqqasəyə 19 milyon dollarlıq hədiyyə veriblər

Şou-biznes

13-08-2022, 11:15

"Onun dərdindən 18 yaşımda ərə getdim"

Cəmiyyət

20-08-2022, 19:35

Firəngiz Rəhimbəylinin ölümündə müəmma: "Adətən, qadınlar..." - Xalq artisti ilə müsahibə

Şou-biznes

21-08-2022, 18:17

Əməkdar artistin atası məşhur qanuni oğru imiş

Təhsil

19-07-2022, 17:09

Övladını bağçaya göndərəcək valideynlərin nəzərinə - 14 sentyabradək...

Maraqlı

16-07-2022, 18:43

Pulla oynayan 15 yaşlı qız: Bu yolla milyonçu oldu

Dünya

21-08-2022, 12:25

Qətlə yetirilən Darya Duqina bu yaxınlarda işğalda olan Mariupoldan qayıdıb

Şou-biznes

3-08-2022, 15:16

"Qadın kitab kimi bağlı olmalıdır"

Dünya

16-08-2022, 12:54

Jurnalist Zemfira Süleymanova Donetskdə öldü

Şou-biznes

1-08-2022, 14:31

Özünü Kamal Sunalın əmisi kimi təqdim edən şəxs məhkəməlik oldu - FOTO

İqtisadiyyat

16-03-2023, 20:16

İqtisadiyyat Nazirliyində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş etdirilib - FOTO

Siyasət

20-01-2023, 00:06

Niderlandda növbəti erməni təxribatının qarşısı alınıb - FOTO

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 14:42
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
Bu gün, 10:24
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Dünən, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Dünən, 10:52
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
3-08-2026, 11:37
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
3-08-2026, 11:22
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
Xəbər lenti
  • Bu gün, 16:05
    Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu: Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti
  • Bu gün, 15:53
    Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib
  • Bu gün, 14:42
    Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
  • Bu gün, 14:16
    Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib
  • Bu gün, 14:03
    Coratda absurd mənzərə: Boş qaz boruları sakinlərin yolunu kəsdi - FOTOLAR
  • Bu gün, 13:31
    Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
  • Bu gün, 13:17
    “Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
  • Bu gün, 12:46
    Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək
  • Bu gün, 12:36
    Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir - DTX-nın həbs etdiyi icra başçısı ilə... -FOTOLAR
  • Bu gün, 12:07
    Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib
  • Bu gün, 11:51
    Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
  • Bu gün, 11:07
    Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib
  • Bu gün, 10:49
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Bu gün, 10:24
    Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Bu gün, 10:15
    Biləcəri qəsəbəsində tikinti, yoxsa təhlükə? - Piyadalar narazılıq edir - VİDEO
  • Bu gün, 10:00
    Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
  • Bu gün, 09:38
    İcra başçısı niyə yalan danışır? – Fotolar
  • Bu gün, 09:19
    UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq
  • Dünən, 19:00
    ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək
  • Dünən, 18:30
    Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
  • Dünən, 18:23
    Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
  • Dünən, 18:02
    TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
  • Dünən, 17:37
    Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH
  • Dünən, 17:21
    İspaniyaya 72 min qanunsuz miqrant keçib
  • Dünən, 17:08
    Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
  • Dünən, 16:54
    11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
  • Dünən, 16:34
    Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib
  • Dünən, 16:18
    ”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR
  • Dünən, 15:40
    Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Dünən, 15:22
    TƏBİB “Avromed”dən 37 milyonluq dərman alacaq
  • Dünən, 15:03
    Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH
  • Dünən, 14:56
    Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər
  • Dünən, 14:29
    Culfaya yeni icra başçısı təyin edilib
  • Dünən, 14:10
    "Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
  • Dünən, 13:51
    Sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə