• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Marketlərdə satılan yeni il hədiyyələri azyaşlılar üçün təhlükəlidir – MÜTƏXƏSSİS RƏYİ

Sosial

17-12-2025, 16:54

Yeni il bayramı ərəfəsində marketlərdə, bazarlarda və “kiosk”larda satılan hədiyyə qutularına maraq xeyli artıb. Parlaq qablaşdırma və ucuz qiymət alıcıların diqqətini cəlb etsə də, bu hədiyyələrin tərkibində olan qida məhsulları hər zaman təhlükəsiz olmaya bilər. Xüsusilə nəzarətsiz satış yerlərində təqdim olunan yeni il hədiyyələri istehlakçılar üçün ciddi risklər yaradır.

Yeni il hədiyyə qutularında əsasən uzun müddət saxlanılan şirniyyatlar və qida məhsulları olur. Bu məhsulların bəzilərinin son istifadə tarixi keçmiş, yaxud bitməyə yaxın ola bilər. Bəzi satıcılar bayram ərəfəsində köhnə və satılmayan məhsulları hədiyyə qutularına yerləşdirərək yenidən satışa çıxarırlar. Bu isə qida zəhərlənməsi, mədə-bağırsaq problemləri və allergik reaksiyalar kimi sağlamlıq risklərinə səbəb ola bilər.

Digər mühüm problem isə saxlanma şəraitidir. Yeni il hədiyyə qutuları çox vaxt açıq havada, günəş şüaları altında və ya uyğun temperatur rejimi olmayan köşklərdə saxlanılır. Şokolad və digər şirniyyatlar istilik və rütubətin təsiri ilə xarab ola, keyfiyyətini və dadını itirə bilər. Bu cür şəraitdə saxlanılan qidalar xüsusilə uşaqlar üçün təhlükəlidir. Bəs istehlakçılar yeni il hədiyyə qutularını alarkən bu cür təhlükələrin qarşısını almaq üçün nələrə diqqət etməlidirlər?



Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov Avtosfer.az-a açıqlamasında deyib ki, valideynlər uşaqlarına bu hədiyyələri alarkən diqqətli olmalı, məhsulların “523 saylı Qida Təhlükəsizliyi haqqında” qanunun 17.2-ci maddəsinin tələblərinə uyğun etiket məlumatlarına malik olub-olmadığını yoxlamalıdırlar:
“Yeni il hədiyyə səbətləri və qutularında müxtəlif qida məhsulları yerləşdirilir. Hədiyyə qutusundakı məhsulların üzərində Azərbaycan dilində aşağıdakı məlumatlar göstərilməlidir. Qidanın enerji dəyəri və tərkibi, istehsalçı şirkətin adı, istehsal və son istifadə tarixi, həmçinin saxlanma şəraiti, rütubət və temperatur göstəriciləri və s. Məhsulları alarkən valideynlər qablaşdırmanın tamlığına, deformasiya və qopuq hissələrin olmamasına diqqət etməlidir. Açıldıqdan sonra məhsulda qırıq, köhnəlmiş və ya qurumuş hissələr görünürsə, xüsusilə şokolad məhsullarında bu məhsulların alınmasından imtina edilməlidir. Belə hallarda qəbzlə birlikdə məhsul marketin kasasında geri qaytarılmalıdır. Hər bir istehsalçı öz məhsullarının keyfiyyətinə cavabdehdir”.

Uşaqların qida qəbulunda balansın qorunması vacibdir. Buna görə də mütəxəssis uşaqlara karbohidrat tərkibli şirniyyatlar hədiyyə paketində olsa da, onların həddindən artıq istehlakı tövsiyə etmir. Daha çox təbii fruktozla zəngin məhsullara, məsələn, təzə və qurudulmuş meyvələr, həmçinin qoz və fındıq kimi məhsulları tövsiyyə edir. Bu, uşaqlar üçün daha təhlükəsiz və faydalı bir qida seçimidir.

Nurcan Babək
avtosfer.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Ölkə

31-10-2024, 14:06

Əcnəbi və vətəndaşlığı olmayanlarla bağlı yeni qayda

Gündəm / Cəmiyyət

24-09-2024, 09:31

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ...

Cəmiyyət

6-07-2024, 11:45

İqlim dəyişikliyi və COP-29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Hadisə

3-10-2024, 17:40

"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Mədəniyyət

16-01-2025, 16:27

Çimnaz Sultanovanın ölüm səbəbi açıqlandı - Rəsmi

Gündəm / Cəmiyyət

27-12-2023, 09:56

“8-ci kilometr” bazarında `DÜNYANN 8-Cİ MÖCÜZƏSİ...` - 8 manatlıq “dana əti”

Cəmiyyət

19-12-2024, 09:46

BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır? VİDEO

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Bu gün, 11:42
Xəzər dənizində zəlzələ olub
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Bu gün, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Bu gün, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Bu gün, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Bu gün, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Bu gün, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Bu gün, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Bu gün, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Bu gün, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Bu gün, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Bu gün, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Bu gün, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Bu gün, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Bu gün, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Bu gün, 12:36
    Türkiyədə zəlzələ olub
  • Bu gün, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Bu gün, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Bu gün, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Bu gün, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Bu gün, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Bu gün, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Bu gün, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Bu gün, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə