• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

BİZİM TƏQVİM: 12 iyunda baş vermiş tarixi hadisələr

Sosial

12-06-2025, 09:02

2015-ci ilin bu günündə Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və bir sıra ölkələrin prezidentləri, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak edib. “Bakı-2015” ilk Avropa Oyunlarında 6 min atlet 20 idman növündə 253 dəst medal uğrunda mübarizə aparıb. İyunun 28-dək davam edən yarışların yekunlarına görə, Rusiya ümumi hesabda birinci, Azərbaycan ikinci, Böyük Britaniya idmançıları isə üçüncü yeri tutub.

Bəs, iyunun 12-də dünyada daha hansı hadisələr baş verib?

1. Osmanlı Sultanı Yavuz Səlim Çaldıran döyüşündən sonra 1515-ci ilin 12 iyununda Turnadağ döyüşündə Dulkadiroğlu Bəyliyini da məğlubiyyətə uğratdı.

2. 12 iyun 1665-ci ildə Şimali Amerika şəhəri Yeni Amsterdam Nyu-York adlandırılıb. Nyu-York ABŞ-da əhalinin sayına görə ən böyük şəhərdir. Metropol əhalisinin sayı 21 milyon nəfərə çatır.

3. 1918-ci ilin 12 iyun tarixində Azərbaycan Demokratik Cümhuriyyətinin Batumda olan xarici işlər naziri Məhəmmədhəsən Hacinski Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəyə göndərdiyi məktubda yazırdı: “Rusiya inqilabı nəticəsində Azərbaycan hökuməti böyük çətinliklərə məruz qalır. Ölkənin çox hissəsində üsyan qaldırmış bolşeviklər Bakını ələ keçiriblər. Bununla əlaqədar hərc-mərclik bizi rahat buraxmır.” Məhəmmədhəsən Hacinski bolşeviklərə qarşı mübarizədə Türkiyənin hərbi yardımını vacib hesab edirdi.

4. 1919-cu ildə Qurtuluş Savaşını başlamaq üçün Samsuna gələn Mustafa Kamal Paşa iyunun 12-də Havzadan Amasiyaya keçdi.

5. 12 iyun 1924-cü ildə Atatürkün təlimatı ilə Türkiyənin ilk ekperimental xəstəxanası olan Heybeliada xəstəxanası açıldı.

6. 1940-cı ilin 12 iyununda Türkiyənin o zamankı baş naziri İsmət İnönünün rəhbərliyilə toplanan hökumət Türkiyənin İkinci Dünya Müharibəsində iştirak etməyəcəyi və bitərəf qalacağı ilə bağlı qərarını açıqladı.

7. 12 iyun 1946-cı ildə bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycanın ilk peşəkar sirk kollektivinin premyerası olub. “Azərbaycan toyu” adlı bədii-etnoqrafik tamaşada pəhləvan Sali Süleyman, akrobat Fuad Nəzirov, kəndirbaz Rza Əlixan, atlet Qasım Abdullayev və başqaları çıxış edib.

8. 12 iyun 1967-ci ildə SSRİ "Venera 4" kosmik gəmisini Venera planetinə göndərdi.

9. Rusiya 1990-cı ilin 12 iyun tarixində rəsmi olaraq müstəqilliyini elan etdi.

10. 12 iyun 1994-cü ildə “Boeing” Korporasiyasının “Boeing 777” tipli yeni təyyarəsi ilk uçuşunu həyata keçirib.

11. 12 iyun 2000-ci ildə Türkiyənin ilk kosmos düşərgəsi olan "Uzay Kampı Türkiye" açıldı.

12. Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Təbii Qaz Boru Kəməri – TANAP 2018-ci ilin 12 iyununda açıldı.

12 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Qədim gürcü knyazı nəslindən olan rus generalı Pyotr Baqration 1765-ci ilin bu günü anadan olub. 1812-ci ildə Borodino döyüşündə rus ordusunun sol cinahının komandiri olan Baqration ağır yaralanaraq həlak olub. (1765-1812)

2. 12 iyun 1928-ci ildə Xalq yazıçısı İsa Hüseynov (Muğanna; 1928 – 1.4.2014) Qazax rayonunun Muğanlı kəndində doğulub. Tarixi və fəlsəfi romanları (“Məhşər”, “Yanar ürək”, “İdeal” və s.) yazıçıya böyük şöhrət gətirib. “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

3. 12 iyun 1932-ci ildə Xalq artisti Hacıbaba Bağırov (1932 – 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Çəkildiyi filmlər: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər” və s.

4. 12 iyun 1977-ci ildə Əməkdar artist Məmmədkəbir Kərimov (1906-1977) vəfat edib. Şəki Dövlət Dram Teatrının aktyoru olub.(Bizim.Media)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

7-08-2022, 18:17

Azərbaycan komandasının İslamiadadakı bayraqdarları bəlli olub

Siyasət

4-11-2024, 10:44

Prezident və xanımı Bakı Olimpiya Stadionunda oldu

Sosial

7-06-2024, 08:23

BİZİM TƏQVİM: 7 iyunda baş vermiş tarixi hadisələr

İdman

8-01-2023, 01:10

"Qəbələ" İdman Klubunun 10 yaşı tamam olur

Cəmiyyət

26-04-2025, 08:49

BİZİM TƏQVİM: Aprelin 26-da baş vermiş tarixi hadisələr

İdman

10-08-2024, 10:54

Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş medal mükafatçısını təbrik edib

Cəmiyyət

4-11-2024, 14:51

Mehriban Əliyeva Bakı Olimpiya Stadionundan paylaşım edib

Gündəm / İdman

13-08-2024, 14:23

MOK da Olimpiya medalçılarını mükafatlandırdı - Məbləğ açıqlandı

İdman

14-06-2023, 19:39

Elnur Məmmədov: “Medalla bağlı proqnoz verib idmançıları təzyiqdə saxlamaq istəmirik”

Gündəm / Siyasət

14-08-2024, 15:46

Azərbaycan Prezidenti: Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq

İdman

29-07-2024, 09:25

Beynəlxalq Olimpiya Komitəsi Parisdəki açılış mərasiminə görə ÜZR İSTƏDİ - FOTO

Sosial

4-06-2025, 09:05

BİZİM TƏQVİM: 4 iyunda baş vermiş tarixi hadisələr

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Bu gün, 11:42
Xəzər dənizində zəlzələ olub
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 22:56
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Bu gün, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • Bu gün, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Bu gün, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Bu gün, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Bu gün, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Bu gün, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Bu gün, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Bu gün, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Bu gün, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Bu gün, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Bu gün, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Bu gün, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Bu gün, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Bu gün, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Bu gün, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Bu gün, 12:36
    Türkiyədə zəlzələ olub
  • Bu gün, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Bu gün, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Bu gün, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Bu gün, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Bu gün, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Bu gün, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Bu gün, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Bu gün, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə