• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gürcüstanın Azərbaycandakı sabiq səfiri: “Heydər Əliyev öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”

Siyasət

28-03-2023, 19:17

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” (Gürcüstan Respublikası) qəzetində “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi əbədilik qazanıb” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidzenin fikirlərinə geniş yer verilib.

Səfir müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyini dost ölkələr olan Azərbaycan və Gürcüstan üçün əlamətdar tarixi hadisə adlandırıb: “Çox xoşbəxtəm ki, Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda səfir işləmək mənə nəsib olub. Heydər Əliyevlə işləmək çox böyük məsuliyyət tələb edirdi, həm də qürurverici idi. Biz istər dövlətçilik, istərsə də qonşuluq, dostluq sahələrində ondan çox şey öyrəndik. Bu gün mən Heydər Əliyevin dahi, təcrübəli siyasətçi və şəxsiyyət olmasından bir səfir kimi yüksək ehtiram hissi və iftixarla danışa bilərəm”.

Diplomatın sözlərinə görə, Heydər Əliyev hər zaman Azərbaycanla Gürcüstan arasında siyasi-iqtisadi məsələlərin həllinə xüsusi diqqət yetirirdi. Həmin illərdə Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları Heydər Əliyev, Süleyman Dəmirəl və Eduard Şevardnadze ortaq iqtisadi problemlərin həllində müstəsna rol oynayıblar. Xəzər dənizindən Qara dənizədək qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin bilavasitə təşəbbüskarı olan Heydər Əliyev Azərbaycanın Avropada etibarlı tərəfdaşa və regionun lider dövlətinə çevrilməsi naminə misilsiz xidmətlər gösərib.

“O, sülhün və sabitliyin bərqərar olunmasında daim Gürcüstana dəstək olub. Gürcüstanı tarixən Azərbaycanın qonşu və dost ölkəsi hesab edirdi. Buna görə də qədirbilən gürcü xalqı tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevi çox sevirdi və indi də hörmətlə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. O, ölkəsinin maraqları naminə bütün problemləri tez bir zaman kəsiyində həll etməyə qadir şəxsiyyət kimi ünsiyyət zamanı öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”.

Z.Qumberidze nəzərə çatdırıb ki, dünya siyasətçiləri arasında özünəməxus yer tutan Heydər Əliyevin vaxtilə Gürcüstan haqqında söylədiyi çox səmimi sözlərin şahidi olub: “Yadımdadır, 1998-ci il fevral ayının 25-də Eduard Şevardnadzenin 70 illik yubileyinin keçirilməsi nəzərdə tutulurdu. Yubiley ərəfəsində Heydər Əliyevin Gürcüstana səfər edəcəyi barədə söz-söhbət gəzirdi. Tədbirlərin birində cürət edib bu barədə onun planlarını öyrənməyə çalışdım. Heydər Əliyev mənə zarafatla dedi: “Mən dostumun yanına gedirəm, bunun heç kimə aidiyyəti yoxdur, xüsusilə səfirliyə”. Heydər Əliyev nümayəndə heyəti ilə Gürcüstana səfər etdi və E.Şevardnadzenin yubiley tədbirinə qatıldı. Onlar uzun müddət keçmiş xatirələrini bölüşdülər. Bu hadisə Heydər Əliyevin dostlara və həmkarlarına olan həssas münsibətinin bariz nümunəsi idi”.

Diplomat bildirib ki, Gürcüstan daim Azərbaycanın ən etibarlı dostu olaraq qalacaq. “Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Mən deyərdim ki, Prezident İlham Əliyev ümummilli liderin yaratdığı dövlətin daha da qüdrətlənməsində böyük rol oynayan dövlət başçısıdır”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

17-02-2023, 02:26

Gürcüstan mətbuatı “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə başlayıb

Siyasət

13-03-2023, 23:36

Levan Mamaladze: “Çox xoşbəxtəm ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnmişəm”

Dünya

31-03-2023, 21:50

Gürcüstan parlamentinin sabiq deputatı: “Gürcüstan azərbaycanlıları Heydər Əliyevi heç vaxt unutmayacaq”

Dünya

26-04-2023, 20:39

Roin Metreveli: “Heydər Əliyev bütün dünya üçün tarixi şəxsiyyət, unudulmaz siyasət nəhəngidir” - FOTOLAR

Siyasət / Dünya

10-03-2023, 20:08

Gürcü siyasətçisi Heydər Əliyevi tarixi İpək Yolunun bərpasının banisi adlandırıb

Mədəniyyət

10-01-2023, 21:30

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Video

16-05-2023, 00:01

Londonda Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlanıb - VİDEO

Video / Bölgə

9-05-2023, 18:57

Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıldı - FOTO/VİDEO

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Dünya / Video

10-05-2023, 20:18

“100 il”in diaspor siyasəti “Heydər Əliyev” sənədli filmində - VİDEO

Dünya

10-05-2023, 20:28

Niderlandda Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

Mədəniyyət

23-02-2023, 00:35

Salonikidə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil edilib

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Dünən, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Dünən, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Dünən, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Dünən, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Dünən, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Dünən, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Dünən, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Dünən, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Dünən, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Dünən, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Dünən, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Dünən, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Dünən, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Dünən, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Dünən, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Dünən, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Dünən, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Dünən, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Dünən, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Dünən, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Dünən, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Dünən, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Dünən, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Dünən, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Dünən, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Dünən, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Dünən, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Dünən, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • Dünən, 09:45
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Dünən, 09:35
    SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
  • Dünən, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • 3-11-2026, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • 3-11-2026, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • 3-11-2026, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə