• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Rusiya Xalqlar Dostluğu Universitetində Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edilib - FOTOLAR

Siyasət

7-12-2022, 16:17

Rusiyanın paytaxtı Moskvada Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilib.

Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Filologiya fakültəsinin Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Auditoriyasında baş tutan yubiley tədbiri “Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının dəstəyi ilə gerçəkləşdirilib.

Tədbirdə yubilyarın nəvələri Fuad Pepinov və Aytən Pepinova, filologiya fakültəsinin dekan müavini Nikolay Bandurin, rus və xarici ədəbiyyat kafedrasının müdiri, professor Aleksandr Kovalenko, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Əhməd bəy Ağaoğlu Fondunun direktoru Nigar Axundova, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Aygün İmanova, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) məsul katibi Ceyhun Hüseynov, Azərbaycan və Ahıska türklərinin diaspor təşkilatları, jurnalistlər və universitetin tələbələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan RXDU Filologiya fakültəsinin dosenti Anar Həsənov bildirib ki, Omər Fair Nemanzadəni haqlı olaraq XX əsrin birinci rübündə Azərbaycan cəmiyyətinin vicdanının təcəssümü olan maraqlarının fərdləşdirilmiş ifadəçisi hesab etmək olar. “Ömər Faiq Nemanzadə öz yaradıcılıq missiyasını əsl vətənpərvər məsuliyyəti ilə yerinə yetirib. Azərbaycan xalqının dəyərlərini öz yaradıcılığında təbliğ edib, bütün müsəlman Şərqində məşhur olan “Molla Nəsrəddin” satirik jurnalının həmtəsisçisi olmaqla milli jurnalistikanın formalaşmasında və inkişafında mühüm xidmətlər göstərib, Vətənə sədaqətin nümunəsi olub”, - deyə A.Həsənov vurğulayıb.

Məruzəçi qismində çıxış edən tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi görkəmli ədibin ictimai-siyasi baxışlarına, geniş maarifləndirici və publisistik fəaliyyətinə diqqəti cəlb edib, onun çoxşaxəli yaradıcılığından parlaq nümunələr gətirib. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibinin doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə əzmlə mübarizə apardığını xatırladıb.

Tədbirdə çıxış edən professor Aleksandr Kovalenko, professor Kamran Rüstəmov və “Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının sədri Elşən İbrahimov Azərbaycan ədibini kifayət qədər təhlükəli bir dövrdə satira janrına üz tutan cəsur şəxsiyyət kimi səciyyələndiriblər. Azərbaycançılıq məfkurəsinin Ömər Faiq Nemanzadənin publisistik irsinin başlıca leytmotivini təşkil etdiyini, bu cür maarifləndirici tədbirlərin həm Azərbaycan diasporunun nümayəndələri, həm də gənc filoloqlar, alimlər və tələbələr üçün əhəmiyyətini nəzərə çatdırıblar.

Babasının xatirəsinə nümayiş etdirilən yüksək ehtirama görə Fuad Pepinov ailələri adından təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib. “Əsas məqsədi Azərbaycan jurnalistikasının banilərindən birinin, xalq ziyalısının nümayəndəsinin xatirəsini yaşatmaq olan gecənin keçirilməsi müasir dövrümüzdə çox aktualdır. Bu, milli jurnalistika tarixi, gənc nəslin vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə o, qeyd edib.

“Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatı adından Bakıdan bu tədbirdə iştirak etmək üçün gəlmiş S.Rüstəmova-Tohidiyə təşəkkür plaketi təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya / Mədəniyyət

5-02-2023, 01:24

Moskvadakı Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasında ədəbi-bədii gecə təşkil edilib - FOTOLAR

Mədəniyyət

9-09-2022, 15:42

Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

Dünya

22-03-2023, 18:09

Moskva vilayətində Novruz bayramı qeyd edilib - FOTO

Mədəniyyət

14-12-2022, 14:28

Antalyada Əhməd Cavadın 130 illik yubileyi qeyd edilib - FOTOLAR

Cəmiyyət

14-12-2022, 17:09

Antalyada Əhməd Cavadın 130 illik yubileyi qeyd edilib

Dünya

1-05-2023, 21:11

Komitə sədri Kazandakı diasporumuzla görüşüb və Tatarıstan Xalqlar Dostluğu Evini ziyarət edib - FOTO

Mədəniyyət

29-07-2022, 14:52

Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 125 illiyi qeyd edilib

Cəmiyyət

7-05-2023, 19:46

Mahaçqalada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib - FOTO

Siyasət

15-12-2022, 13:32

Moskvada Azərbaycan və yəhudi diasporları arasında əməkdaşlıq memorandumu imzalanıb

Təhsil

28-07-2022, 19:40

Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradılıb

Dünya / Video

28-02-2023, 19:35

Yekaterinburqda Xocalı soyqırımına ithaf olunmuş klassik musiqi gecəsi keçirilib - FOTO/VİDEO

Siyasət

14-08-2022, 17:48

Gənclərin örnək ala biləcəyi dövlət quluqçusu Altay Həsənov

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xəbər lenti
  • Dünən, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • Dünən, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • Dünən, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
  • Dünən, 17:54
    İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
  • Dünən, 17:47
    AAYDA-da kütləvi ləğvlər və... - Vüsal Nəsirli 10 aydır nə ilə məşğuldur?
  • Dünən, 17:36
    Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
  • Dünən, 17:30
    Keşlədə 1 ildən çoxdur su xətti deşikdir... - Zaur Mikayılov tonlarla içməli suyu küçəyə axıdır - VİDEO
  • Dünən, 17:07
    Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
  • Dünən, 16:34
    Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
  • Dünən, 16:26
    Sabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır - Sakinlər DAD DEYİR...
  • Dünən, 15:53
    Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil
  • Dünən, 15:33
    Nəsimidə sakinlərin məhkəmə qərarına məhəl qoyulmur – Hasar sökülmür
  • Dünən, 15:07
    Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır
  • Dünən, 14:58
    "İslahat adı altında hüquqlarımız tapdalanır" - ETİRAZ VAR...
  • Dünən, 14:41
    Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
  • Dünən, 13:17
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dünən, 13:04
    Səbinə Əliyeva yenidən Ombudsman seçilib
  • Dünən, 12:54
    “Azenco”da 3,7 milyonluq mənimsəmə işi: Etibar Pirverdiyev özəl şirkətdə nə qədər aylıq maaş alıb? - TƏFƏRRÜAT
  • Dünən, 12:36
    DİN Ukrayna polisiylə keçirdiyi birgə əməliyyat nəticəsində beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirilib
  • Dünən, 11:51
    İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
  • Dünən, 11:38
    Prezident İlham Əliyev Laosa səfərə dəvət edilib
  • Dünən, 11:31
    Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib - FOTOLAR
  • Dünən, 11:08
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Dünən, 10:59
    Gömrükdə elə oyunlar çevrilir ki... - İLGİNC İDDİA
  • Dünən, 10:20
    Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
  • Dünən, 10:04
    Zakir Fərəcov baş mühasibini dəyişdi - BUNDAN SONRA...
  • Dünən, 09:37
    Tramp ABŞ-nin İranla müharibə xərclərini "cüzi məbləğ" adlandırıb
  • Dünən, 09:30
    Qanunsuz tikinti ilə gündəmə gəlmişdi: Nazir işdən çıxardı - ƏMR
  • Dünən, 09:12
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 2-11-2026, 19:00
    Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
  • 2-11-2026, 18:31
    Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
  • 2-11-2026, 18:26
    Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...
  • 2-11-2026, 18:01
    Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
  • 2-11-2026, 17:53
    Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
  • 2-11-2026, 17:39
    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə