• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Şəhər və rayonlar dövlət başçısının diqqət mərkəzindədir

Siyasət

13-08-2022, 21:25

Azərbaycanda regionların inkişafı hər zaman prioritet məsələlərdən biri olub. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır.

Ötən il və cari ildə ölkə başçısının azad edilmiş ərazilərə və digər regionlarımıza ümumilikdə 32 səfəri baş tutub.

İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonların dövlət başçısının diqqət mərkəzində olması, onların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi müşahidə olunur.

Ötən ilin 20 aprel tarixində Prezident İlham Əliyev Hacıqabula səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsinin açılışında, Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində, "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında, "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində, "Azərsun Şamaxı Aqropark"ın açılışında iştirak edib, fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib.

15 may 2021-ci il tarixində ölkə başçısının Qəbələ rayonuna səfəri zamanı Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib. Ölkə başçısı həmçinin Qəbələnin Nic qəsəbəsində Müqəddəs Məryəm Ana Alban kilsəsində, 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub. Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub.

22 iyul 2021-ci il tarixində Daşkəsən, Naftalan, Goranboy və Gəncəyə səfəri çərçivəsində Prezident İlham Əliyev Daşkəsəndə "AzerGold" QSC-nin "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə, Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri üzrə görülən işlərlə tanış olub. Naftalan şəhər hava limanı ilə tanış olub. Naftalan Mərkəzi Sanatoriyasının açılışında, Naftalanda körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi tədbirində, Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında, Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.
Ətraflı

3 oktaybr 2021-ci il tarixində Tərtər və Bərdə rayonlarına səfəri zamanı ölkə başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub, Tərtər rayonunun Talış kəndində, Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib. Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində Tərtər şəhərində dağılmış evin əvəzinə tikilən yeni evdə yaradılan şəraitlə tanış olub. Bərdə Peşə Liseyinin açılışında iştirak edib.

1 noyabr 2021-ci ildə Prezident İlham Əliyev Şamaxı və İsmayıllı rayonlarına səfəri zamanı, Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olub, İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının, İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binasının, Şamaxıda "Azərişıq" ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olub. Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçasının, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin Şamaxı şəhər stadionunun, Şamaxı Üzüm Tingçilik Mərkəzinin, Şamaxıda Çarhan kənd orta məktəbinin, Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurmadan sonra açılışında iştirak edib.

6 dekabr 2021-ci ildə Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub. "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib. Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub.

30 yanvar 2022-ci il tarixində ölkə başçısı Gəncəyə səfəri zamanı Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib. 2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzinin açılışını edib. Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub. "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə lokomotiv deposu istismara verilib. Gəncə Memorial Kompleksinin təməlini qoyub.

20 mart 2022-ci ildə Prezident İlham Əliyev Tərtər rayonuna səfərində Suqovuşanda çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatında iştirak edib. Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olub. Qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında olub. Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyub. Müdafiə Nazirliyinin Suqovuşanda "N" saylı hərbi hissəsinin açılışında iştirak edib. Suqovuşanda turizm kompleksinin təməlini qoyub. Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışında iştirak edib.

Ötən gün 12 avqust 2022-ci ildə Qobustan İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı ölkə başçısı Qobustan rayonunda "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olub. İsmayıllı rayonunda "Basqal Resort & Spa" otelinin açılışında iştirak edib. İsmayıllı rayonunda "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olub. Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. "Ağsu Aqropark" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

13-08-2022, 13:38

İlham Əliyevin bölgələrə səfərləri xalqa qayğının, dövlətin inkişafına önəmin göstəricidir

Siyasət

10-03-2023, 20:17

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır

İqtisadiyyat

11-03-2023, 22:17

Ağdamda İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib - FOTO

Siyasət

20-04-2023, 01:16

Malik Həsənov: Azərbaycanın iqtisadi tərəqqisi regionların dayanıqlı inkişafında özünün aydın ifadəsini tapır

Siyasət

22-07-2022, 17:48

Ermənistanın çarəsizliyi artır - Azərbaycanın YENİ PLANI

Siyasət

11-04-2023, 19:13

Möhkəmlənən mövqeyin nümayişi - Malik Həsənov Milli Məclisin deputatı

Ölkə

8-04-2023, 01:53

Milli Məclisin deputatı Malik Həsənov seçicilərlə görüşüb - FOTO

Siyasət

13-08-2022, 15:32

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə planlı şəkildə görülən işlər Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatır - Sevil Mikayılova

Siyasət

14-07-2022, 11:28

Şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb

Siyasət

23-04-2023, 19:19

Jalə Əhmədova: “Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra aktual məsələlərə toxundu və mühüm mesajlar verdi”

Gündəm / Siyasət

1-07-2022, 13:05

Prezident İlham Əliyevin yeni kitabı çapdan çıxıb - FOTO

Siyasət

20-08-2022, 01:38

Prezident İlham Əliyev bölgələrdə yeni reallığın memarıdır

Araşdırma
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Hadisə
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Xəbər lenti
  • Bu gün, 13:21
    Sabah rayonlarda arabir yağış yağacaq
  • Bu gün, 13:11
    "6 ildir bizi ALDADIRLAR, evsiz-eşiksiz QALMIŞIQ" - Gəncə sakinləri ETİRAZ EDİR
  • Bu gün, 12:20
    Azərbaycan millisinin heyəti açıqlanıb
  • Bu gün, 12:11
    "Burda qiymətlər həddindən artıq yüksəkdir" - XİDMƏTSƏ... SIFIR!
  • Bu gün, 11:39
    Milli Məclisin Aqrar siyasət komitəsi ötən sessiyada 15 məsələyə baxıb
  • Bu gün, 11:27
    Kamera önündə “ŞOU”, əməliyyat masasında təhlükə - “New Med”də ŞƏNLİK VAR!
  • Bu gün, 10:48
    DTX 5 ölkədə antiterror əməliyyatı keçirib, 11 nəfər tutulub
  • Bu gün, 10:31
    “JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - NARAZILIQ VAR...
  • Bu gün, 09:57
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Bu gün, 09:50
    “Əsaslı Tikinti və Təchizat” İdarəsi “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-yə bir gündə 3 tender verdi – NƏ MÜNASİBƏT?
  • Bu gün, 09:18
    Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
  • Bu gün, 09:07
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • Dünən, 18:46
    İrəvan ilə Vaşinqton hərbi kadrların hazırlığını və təlimlərin keçirilməsini müzakirə edib
  • Dünən, 18:39
    Şabran rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov əmək müqaviləsinin şərtlərini pozub müəllimləri istismar edir-İDDİA
  • Dünən, 18:16
    Səudiyyə Ərəbistanında PUA qalıqlarının düşməsi nəticəsində ölən və xəsarət alanlar var
  • Dünən, 17:43
     “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
  • Dünən, 17:17
    Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib
  • Dünən, 16:34
    Burger King-də işləyən 50-yə yaxın şəxs maaşlarını ala bilmədiyini deyir - əmək müqaviləsi ilə çalışsalar da...
  • Dünən, 16:17
    Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
  • Dünən, 15:56
     “Arpa işi”: İcra başçısı 2 sakinin həbsini tələb edir – APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ
  • Dünən, 15:28
    Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
  • Dünən, 13:49
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • Dünən, 13:09
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Dünən, 13:02
    AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir - ETİRAZ VAR...
  • Dünən, 12:48
    Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
  • Dünən, 12:24
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Dünən, 12:16
    Şri-Lankaya apardığı azərbaycanlı turistlrdən Şri-Lanka polisinə ŞİKAYƏT ETDİ - NARAZILIQ VAR...
  • Dünən, 11:54
    Tarixi irsdən beynəlxalq həmrəyliyə - Azərbaycanın İslam dünyasındakı yeri - ŞƏRH
  • Dünən, 11:42
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 10:58
    Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu
  • Dünən, 10:41
    Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
  • Dünən, 10:14
    Bu rəisləri HƏBS GÖZLƏYİR - SƏBƏB AÇIQLANDI
  • Dünən, 09:12
    Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib
  • Dünən, 00:42
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:41
    146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə