• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Maskın davam edən şousu - müxalif partiya yaratmaq cəhdi - ŞƏRH

Siyasət

7-06-2025, 16:00

ABŞ Prezidenti Donald Trampın özünün yaxın adamı, dünyanın ən varlı insanı İlon Maskı altı ay sonra Ağ Evdən uzaqlaşdırmasından sonra milyarderin yeni partiya yaratması barədə bəyanatı bir sıra sualların yaranmasına səbəb olub: Donald Trampla Maskın yolları niyə ayrıldı? İlon Mask bir layihə idimi? ABŞ-də yeni müxalifətin yaradılmasına cəhd göstərilir? Bu istefada Maskın Rusiyaya münasibətinin rolu varmı?

Bir çoxları İlon Maskın bir layihə olduğunu düşünür. Yəni “yarım trilyon pulu olan şəxsin yeni ideyaları ola bilər və onu hakimiyyətin nüfuzu, dövlətin güclənməsi üçün sərf etmək mümkündür” düşüncəsi də özünü doğrultmadı.

Tramp Maskın irəli sürdüyü ideyaları dəstəkləsə də, bir müddət sonra onun təkliflərindən də imtina edib. İlon bildirib ki, dövlət qulluqçusu kimi onun işi “sona çatır” və o, Ağ Ev rəhbərinə “səmərəsiz xərcləri azaltmaq imkanı” ideyasını reallaşdırmağa şərait yaratdığı üçün təşəkkür edib.

İlon Maskın istefasının şərtləri hələ ki tam aydın olmasa da, o, seçki kampaniyası zamanı Trampın vəd etdiyi əhəmiyyətli vergi güzəştlərini nəzərdə tutan qanun layihəsini tənqid etdikdən bir gün sonra vəzifədən gedib. Belə çıxır sənəd DOGE-nin işini zəiflədəcək.

Maskın davam edən şousu  - müxalif partiya yaratmaq cəhdi -

Mütəxəssislər hesab edirlər ki, Ağ Ev administrasiyası rəhbərinin müavini Stiven Miller də daxil olmaqla, bəzi yüksək vəzifəli məmurlar Maskın şərhlərinə qıcıqlanırdılar. Bəziləri isə sahibkarın istefasını reytinqinin düşməsi ilə əlaqələndirir.

DOGE-nin başçısı kimi atdığı addımlar, o cümlədən dövlət qulluqçularının kütləvi işdən çıxarılması çox tənqidə səbəb olub. ABŞ və bütün dünyada onun fəaliyyətinə görə "Tesla"ya qarşı genişmiqyaslı etirazlar keçirilib. DOGE federal qulluqçuların 2,3 milyonundan təxminən 12 faiz və ya 260 min nəfəri əsasən işdən çıxarılma təhdidləri, satınalmalar və erkən təqaüdə çıxma təklifləri hesabına azaldıb.

Bildirilib ki, Maskın dövlət katibi Marko Rubio, nəqliyyat naziri Şon Daffi və maliyyə naziri Skott Bessent ilə münaqişələri də olub. Belə ehtimal olunur ki, onun vəzifədən getmə səbəblərindən biri də budur.

Mask büdcə kəsirinin azaldılması ilə bağlı elan olunmuş siyasətdən imtina etdiyinə görə Respublikaçılar Partiyasının üzvlərini və prezidenti tənqid edib. Tramp isə buna cavab olaraq bildirib ki, "büdcəni azaltmağın ən sadə yolu" dövlət subsidiyalarını və Maskın şirkətləri ilə bağlanmış müqavilələri dayandırmaqdır: “Mən həmişə təəccüblənirdim ki, Bayden bunu niyə etməyib”.

Ona cavab olaraq İ.Mask bildirib ki, onun "SpaceX" şirkəti astronavtları Beynəlxalq Kosmik Stansiyaya daşıyan “Dragon” kosmik gəmi layihəsini dayandıracaq.

Yeri gəlmişkən, o, 2022-ci ilin oktyabrında sosial şəbəkədəki səhifəsində Moskva və Kiyev üçün “sülh planı” dərc etmişdi. Rusiyanın nəzarət etdiyi Ukrayna ərazilərində BMT-nin nəzarəti altında referendumlar keçirməyi və Krımı RF-nin tərkibində saxlamağı təklif edirdi. O bildirmişdi ki, yarımadanın Ukraynaya verilməsi “Xruşşovun səhvi” idi.

"Sülh planı"nın dərc edilməsindən qısa müddət sonra Mask Pentaqona məlumat vermişdi ki, artıq Ukrayna üçün “Starlink”i maliyyələşdirə bilməyəcək.

Keçmiş dövlət katibi Reks Tillersonun da bu postda fəaliyyətinin uzun sürməməsi səbəblərindən biri Rusiyaya meyillilik sayılırdı.

Mask "Tesla" səhmlərinin düşməsi fonunda şirkətin idarə edilməsinə diqqət yetirəcəyini və gələcəkdə siyasətə "daha az" vaxt sərf edəcəyini deyib, çünki onun fikrincə, artıq kifayət qədər iş görüb. Mask 2008-ci ildən bəri "Tesla"nın baş direktoru və 13 faiz payla ən böyük səhmdardır.

Belə çıxır Mask bir neçə səbəbdən istefa verib. Hər bir halda bu müddət ərzində milyarder dövlətin idarə olunması, onun təhlükəsizlik məsələləri ilə də tanış ola bilib. Bu baxımdan, indi o, özünü başqa bir sahədə də sınaqdan keçirə bilər.

Mask müxalifətə keçir, yaxud ABŞ-də br-birini əvəz edən iki partiyaya – Demokratlar və Respublikaçılara alternativ yaradılır. Başqa sözlə, Mask üçüncü partiya yaratmaq istəyir. O, bununla da ştatlardakı iki partiyanın ənənəvi hakimiyyət yarışına üçüncünü qatmaq istəyir. Bu da o biri cəhdlər kimi layihə ola bilər. Ancaq istisna edilmir ki, ştatlarda siyasi partiyaların hakimiyyətə gəlişi üsulu artıq köhnəlib.

Ola bilsin ki, İlon Mask ABŞ-də yeni siyasi partiya yaratmaq istəyini öz ideyalarını reallaşdırmaq məqsədi ilə elan edib. “The Hill” bildirib ki, iyunun 5-də Mask "X" səhifəsində istifadəçilərindən “ölkəyə yeni partiyanın lazım olub-olmadığını” soruşub. Onların 80 faizi ABŞ-də yeni partiyaya ehtiyac olduğunu bildiriblər. Məlumata görə, Mask syasi təşkilatına “Amerika Partyası” adını verib. Ancaq onun bu ideyanı reallaşdıracağına şübhə edənlər də az deyil. ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Cimmi Patronis Maskın bəyanatını şərhində “iki nəfərin tezliklə (Trampla Maskı nəzərdə tutur-red.) yenidən bir yerdə gəzəcəyini" ehtimal etdiyini bildirib.

“Guardian” isə bildirib ki, Tramp və Mask sülh sazişi bağlaya bilməsələr, bir-birinə ciddi zərər verə bilərlər.

Trampın keçmiş müşaviri və İlon Maskın tənqidçisi Stiv Bennon isə milyarderi “qanunsuz miqrant” adlandıraraq onu deportasiya etməyə çağırıb. O, həmçinin Maskın narkotik istifadəsinin araşdırılmasını tələb, “SpaceX” şirkətinin müsadirə olunmasını təklif edib.

Mask hadisəsi Birləşmiş Ştatların ənənəvi siyasi sisteminin, maşınının yenilənməyə ehtiyacı olduğunun göstəricisi sayıla bilər. Ancaq konservativ ABŞ elitası buna şərait yaradacaqmı?!

ABŞ-də növbəti prezident seçkisi 2028-ci ildə keçiriləcək. Odur ki, bu siyasi kampaniyada yeni partiya, yeni siyasi fiqur namizədliyini irəli sürə bilər. Maskın indiki Prezident Trampa, yaxud dövlət katibi Mark Rubioya alternativ olması da mümkündür. Bu baxımdan, ehtimal etmək olar ki, milyarder İlonun ulduzu hələ sönməyib. Ştatlar həm də siyasi tamaşalar ölkəsidir. Odur ki, İlon Mask şousu davam edir...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Şou-biznes

2-08-2022, 18:10

İlon Maskın atası oğlu barədə danışdı: "Xoşbəxt deyil"

Cəmiyyət

12-11-2024, 12:55

Bir ipdə iki kəndirbaz: - Tramp və Maskın arası dəyəcəkmi?

Dünya

20-07-2022, 17:04

İlon Maskın çimərlik görüntüləri müzakirələrə səbəb oldu

Dünya

29-05-2025, 08:44

AP: Mask Tramp administrasiyasından gedir

Gündəm / Dünya

12-08-2024, 17:58

Trampın Maska müsahibəsi bu gecə olacaq - YENİLƏNİB

Dünya

10-08-2022, 14:41

İlon Mask “Tesla”nın səhmlərini rekord məbləğə satdı

Dünya

30-07-2022, 10:00

İlon Mask Tvitteri məhkəməyə verdi

Dünya

14-07-2022, 21:52

"Starlink" Gürcüstanda peyk interneti üçün icazə alıb

Dünya

27-11-2023, 22:20

Mask və Netanyahu Qəzza sərhədində - VIDEO

Cəmiyyət

3-04-2025, 15:04

KİV: DOGE USAID-in əməkdaşlarına işdən çıxarılma ilə bağlı səhv sənədlər göndərib

Cəmiyyət

17-06-2024, 12:06

İlon Mask: Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək

Dünya

7-11-2024, 14:28

Trampın qələbəsi onlara 64 milyard qazandırdı - Siyahı

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Bu gün, 11:42
Xəzər dənizində zəlzələ olub
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Bu gün, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Bu gün, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Bu gün, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Bu gün, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Bu gün, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Bu gün, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Bu gün, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Bu gün, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Bu gün, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Bu gün, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Bu gün, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Bu gün, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Bu gün, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Bu gün, 12:36
    Türkiyədə zəlzələ olub
  • Bu gün, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Bu gün, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Bu gün, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Bu gün, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Bu gün, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Bu gün, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Bu gün, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Bu gün, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə