• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İstefa verməyən Paşinyan – keşiş və havadarlarının ələ saldığı cəmiyyət - ANALİZ

Siyasət

11-06-2024, 15:50

Keşiş Baqrat Qalstanyan “Vətən uğrunda Tavuş!” şüarı altında fəaliyyəti ilə Ermənistan cəmiyyətini ələ salır. Mayın 5-dən bir qrup insanı arxasınca salıb, ölkə boyu dolandırır. Əvvəlcə, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan kəndlərinin qaytarılması etiraz edirdisə, bir müddət sonra bəyan etdi ki, siyasi tələbi və hədəfi yoxdur, sadəcə hökumətin fəaliyyətinə qarşıdır.Aradan bir az keçəndən sonra baş nazir olmaq istəmədiyini bildirsə də, bu səhnəcik başa çatandan sonra öz namizədliyini irəli sürdü.

Bundan başqa hökumətin istefası tələbi ilə “ultimatumları” da sabit deyildi. O bildirirdi ki, baş nazir Nikol Paşinyana istefa üçün aylarla vaxt verməyəcək. Keşiş hökumət başçısına bu addımı atmaq üçün 7 saat vaxt da verdi. Ancaq həmin “ultimatumdan” 15 gün keçib.

Keşişlərin erməni icmalarını aldadaraq türklərə qarşı terrorlar törətməsi, yaxud türk dövlətlərinə qarşı fəaliyyət göstərmələrinə dair hadisələr yada düşür. Din adı altında erməniləri türklərə qarşı körükləyən kilsə hələ də köhnə üsulla fəaliyyət göstərir. Erməni kilsələri uzun illər, bəlkə indi də xaric ölkələrin casus yuvası kimi fəaliyyət göstərib.

Keşiş Baqrat sələflərinin bu yanlışlıqlarını təkrarlayaraq Ermənistan cəmiyyətini qeyr-müəyyən istiqamətə aparır. Ötən gün o vətəndaşları itaətsizliyə çağırıb. Ancaq nəticə yenə onun və patronlarının arzuladığı kimi olmayıb.

İstefa verməyən Paşinyan –  keşiş və havadarlarının ələ saldığı cəmiyyət - ANALİZ

İyunun 11-də yenə İrəvanın bəzi küçələri bağlanıb. Yürüş təşkilatçıları iyunun 12-nin daha vacib olacağını bildiriblər. Bir qrup aksiya iştirakçıları iyunun 11-də parlamentin binası qarşısında gecələyib. Ancaq onların arasında keşiş Qalstanyan olmayıb. O əraziyə yaxın binalardan birində kirayələnmiş evdə gecələyib.

Baqrat iyunun 11-də növbədənkənar iclasın keçiriləcəyini bildirib. İclasda baş naziri istefa verməyə, parlamenti isə özünü buraxmağa çağırıb. Keşişin bu məsələdə tərəfdarlarına yalan dediyi təsdiqlənib. Məlumata görə, bu gündən parlamentin dörd günlük növbəti iclası keçirilir. Məclisin gündəliyində 31 məsələ var. Onlardan 12-si ikinci, qalanı isə birinci oxunuşdadır.

Gündəliyə isə keşişin iddia etdiyi məsələlər deyil, “Kitabxana işi və kitabxana fəaliyyəti haqqında”, “Dövlət rüsumu haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələri paketi, “Asiya İnfrastruktur İnvestisiya Bankı haqqında” Sazişin ratifikasiyası, “Ailə Məcəlləsinə” dəyişikliklər, “Energetika haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında və s. sənədlər çıxarılacaq.

Parlamentin sədri Alen Simonyan isə iyunun 17-də parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında qərar imzalayıb. Həmin iclasda hökumətin istefası haqqına müxalifətin təqdim etdiyi layihəyə baxılacaq.

Etiraz aksiyası iştirakçıları bu məsələni tələblərinin qəbul olunması və Nikol Paşinyanın istefa verəcəyi kimi təqdim etməyə səy göstərirlər. Ermənistan KİV Qalstanyanın bundan sonra tərəfdarlarını daha 96 saat küçələrdə qalmağa çağıracaq.

Ancaq keşişin aksiyası Nikol Paşinyan hökumətinin fəaliyyətinə mənfi təsir göstərmir. Bu gün ABŞ-Ermənistan Strateji dialoqunun yekun toplantısı keçirilib. Hökumət təbi fəlakətin vurduğu ziyanın nəticələrinin aradan qaldırılması ilə də məşğuldur.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın iştirakı ilə ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclasında deyib ki, Azərbaycanla regionda uzunmüddətli sülhü bərqərar edə biləcək sülh sazişinin imzalaması üçün real imkan var.

O, həmçinin qeyd edib ki, Ermənistan ölkələrin suverenliyinə, səlahiyyətlərinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.

Hökumət proqram və layihələri həyata keçirməkdə, keşiş isə İrəvan küçələrində “Paşinyana istefa!” şüarını səsləndirməkdədir.

Polis aksiyaların keçirilməsinin təhlükəsizliyini təmin edir, asayişi pozanları isə ərazidən uzaqlaşdırıb sonra sərbəst buraxır.

İrəvanın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryan və Ermənistanın diplomatik missiyasının rəhbəri Vladimir Karapetyan Ukraynanın Buça şəhərinə səfər edib. Rusiya hücumunun ilk ayları zamanı bu şəhər böyük dağıntıya məruz qalıb və onun çoxlu sayda dinc sakini ölüb. Heyətin səfəri Rusiya Xarici İşlər Nazirliyinin etirazına səbəb olub və s.

Hökumət keşişin, onun havadarlarının, arxasında duran keçmiş prezidentlərin, məmurların və dini lider II Qaregenin fəaliyyətinə, etiraz aksiyalarına səbirlə yanaşır. Halbuki Baqrat başda olmaqla bütün təşkilatçıların cinayət məsuliyyətinə cəlb edilmələri üçün dosyelər var. Görünür, hökumət keşişin arxasından boylanıb, etiraz notaları verənlərin də tam üzə çıxmasını gözləyir. Yaxud Baqrat bu “yürüşçüləri İrəvanın bütün küçələrində gəzdirdikdən sonra nə edəcək” məsələsinin sonunu təmkinlə gözləməyə üstünlük verirlər.

Başqa sözlə, Ermənistanda Nikol Paşinyan komandası ilə keşişin və onun dəstəsi arasında əsəblərin davamı mübarizəsi gedir. Bu aksiya ilə Paşinyanın istefasına nail olacaqlar? Belə ehtimal etmək olar ki, bu qüvvə və təkliflərlə hökumət istefa verməyəcək. Keşişin mövqeyini gücləndirmək üçün əlavə dəstəyə ehtiyac olacaq. Çünki Qalstanyanın arxasınca gedənlərin az qala hamısını Ermənistanın hüquq-mühafizə orqanları tanıyır. Onların səbri uzun müddət tab gətirməyə bilər. Bir də insanlar heç bir maliyyə dəstəyi olmadan (hər halda keşişin tərəfdarları belə deyir) küçələrdə nə qədər aksiya adı altında gəzəcək? Əlavə yardım olmazsa bir müddət sonra onlar da yorulacaq. Yürüşçülər keşişdən bezib dağılışacaq. Kilsə, keşiş və himayədarlarının 200 illik metodu artıq nəticə vermir.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

30-05-2024, 14:11

Həbsxanada görüşərik - Baqrat Qalstanyan Paşinyanı HƏDƏLƏDİ

Gündəm / Dünya

2-05-2024, 15:49

İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

Dünya

10-06-2024, 16:47

Tələbimizə məhəl qoyulmasa, parlamentə girişi bağlayacağıq - Keşiş

Gündəm / Dünya

11-05-2024, 10:41

Birdən Paşinyan UDUZARSA... - GƏLİŞMƏ

Gündəm / Siyasət

5-06-2024, 15:44

Mirzə Cəlilə rəhmət oxutduran Baqrat - yada düşən Şeyx Nəsrullah - ŞƏRH

Dünya

5-08-2022, 12:37

Lavrovdan Paşinyana cavab

Gündəm / Dünya

10-04-2024, 11:51

Tarixi və real Ermənistan bir-birinə ciddi təhlükələr yaradır! - Paşinyan

Dünya

10-08-2022, 13:55

Pedofil keşiş həbs edildi

Gündəm / Sosial

22-04-2024, 10:00

Erməni bloger: “Kəndlər üçün etiraz edən ermənilər bir-iki gün də hay-küy salıb qaçacaqlar” – ÖZƏL

Dünya

14-07-2022, 22:16

İtaliyanın Baş naziri İSTEFA VERDİ

Gündəm / Siyasət

21-03-2024, 11:24

Paşinyan kəndlərin Azərbaycana məxsus olduğunu parlamentdə də TƏSDİQLƏDİ

Cəmiyyət

29-01-2024, 17:37

Qaribaşvili baş nazir postundan İSTEFA VERDİ

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Dünən, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Dünən, 22:56
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Dünən, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • Dünən, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Dünən, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Dünən, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Dünən, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Dünən, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Dünən, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Dünən, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Dünən, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Dünən, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Dünən, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Dünən, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Dünən, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Dünən, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Dünən, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Dünən, 12:36
    Türkiyədə zəlzələ olub
  • Dünən, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Dünən, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Dünən, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Dünən, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Dünən, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Dünən, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Dünən, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Dünən, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Dünən, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 23-09-2026, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • 23-09-2026, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • 23-09-2026, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • 23-09-2026, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • 23-09-2026, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • 23-09-2026, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə