• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Vəzifə başında ölən dövlət başçıları - İbrahim Rəisidən İndira Qandiyədək...

Siyasət

20-05-2024, 11:33

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin bazar günü helikopter qəzasında həlak olması dünya mediasında şərh olunan əsas xəbəridir.

Rəsinin uçduğu helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Seyid Mehdi Musəvi və daha 4 nəfər olub.

İbrahim Rəisi vəzifə başında ölən ilk dövlət başçısı deyil. Daha əvvəllər də səlahiyyətlərinin icra edən dövlət rəhbərlərinin öldüyü hadisələr baş verib.

Vəzifə başında həyatını itirən dövlət başçıları ilə bağlı yazını təqdim ediri:

14 il ərzində Venesuelanın prezidenti kürsüsündə əyləşmiş Uqo Çaves yoğun bağırsaq xərçənginin qurbanı olub. 1999-cu ildə hərbi çevrilişlə hakimiyyəti ələ alan Uqo Çaves 2011-ci ilin iyununda sağlamlığında problemlər yarandığını anlayıb. O, uzun müddət Kubada müalicə alıb. Lakin yoğun bağırsağında aşkar olunan şiş orqanizmin dərinliyinə nüfuz etdiyindən 2013-cü il martın 5-də vəfat edib. 58 yaşlı Uqo Çaves xəstəliyin doğurduğu ürək tutmasından dünyasını dəyişib.

Kosovo prezidenti İbrahim Ruqova ağciyər xərçəngindən ölüb. İbrahim Ruqova 2002-ci ildə Kosovo prezidenti seçilmişdi. 2005-ci ildə onda ağciyər xərçəngi aşkar olunmuşdu. 2006-cı il yanvarın 21-də 62 yaşlı Kosovo prezident xəstəlikdən dünyasını dəyişib.

1841-ci il martın 4-də andiçmə mərasimi keçirilən yeni prezident Uilyam Harrison cəmi 32 gün ABŞ prezidenti səlahiyyətlərini icra edə bilib. Amerika tarixinin ən qısamüddətli prezidenti inauqurasiya mərasimi zamanı 2 saatlıq nitq söyləyərkən bərk soyuqlayıb. Soyuqdəymə sətəlcəm və plevritə çevrilib. Nəticədə, həkimlərin səyinə baxmayaraq sətəlcəm, sarılıq və qan zəhərlənməsindən eyni vaxtda əziyyət çəkən prezident aprelin 4-də dünyasını dəyişib. O, vəzifə başında ölən ilk amerikalı prezidentdir.

ABŞ-ın 29-cu prezidenti Uorren Hardinq də vəzifə başında xəstəlikdən dünyasını dəyişən dövlət başçılarındandır. Seçkilərdə qalib gələrək 1921-ci ilin martından prezident səlahiyyətlərini icra edən Hardinq bütün ştatlar boyu yorucu səfərlər təşkil edirmiş. Daim stress və hərəkətdə olan prezidentin sağlamlığı getdikcə zəifləməyə başlayıb. 1923-cü il avqustun 2-də San-Fransiskoya səfəri zamanı 58 yaşlı Uorren kəskin infarkt keçirib və yerindəcə dünyasını dəyişib.

1933-cü ilin mart ayında ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başlayan Franklin Ruzvelt Amerika tarixinin ən məşhur prezidentlərindəndir. Gəncliyində polimelitdən əziyyət çəkən prezident ömrünün sona qədər əlil arabasından ayılmayıb. 3 dəfə ölkə prezidenti seçilən, ABŞ-ın İkinci Dünya Müharibəsi zamanı qalibiyyətli siyasət yürütməsində böyük rolu olan Ruzvelt 1945-ci il aprelin 12-də Corciya ştatının Uorm-Sprinqs şəhərində beyninə qan sızması nəticəsində 63 yaşında vəfat edir. O, vəzifə başında xəstəlikdən vəfat edən sayca 3-cü ABŞ prezidentidir.

Hindistanın 2-ci baş naziri Lal Bahadur Şastri 1964-cü il iyunun 9-da bu vəzifəyə təyin olunmuşdu. 1965-ci ildə Kəşmir uğrunda baş verən 2-ci Pakistan-Hindistan müharibəsini sülh yolu ilə həll etmək üçün baş nazir pakistanlı həmkarı ilə danışıqlar aparmaq məqsədilə Sovet İttifaqına gəlmişdi. 1966-cı il yanvarın 10-da Hindistan və Pakistan arasında müharibəni dayandıran “Daşkənd bəyannaməsi” imzalanıb. Bundan bir gün sonra isə Hindistanın 61 yaşlı baş naziri Şastri 4-cü dəfə keçirdiyi infarktdan dünyasını dəyişib.

1924-cü ilin yanvarında Vladimir Leninin vəfat etməsindən sonra uzun illər Sovet İttifaqına rəhbərlik edən İosif Stalin də vəzifə başında vəfat edib. 1953-cü il martın 1-də sovet diktatorunun mühafizəçiləri onu Moskvadakı malikanələrindən birində huşsuz vəziyyətdə aşkar ediblər. Həkimlər keçirdikləri müayinədən sonra onun bədəninin sağ tərəfinin iflic olması ilə bağlı diaqnoz qoyublar. Bir neçə gün ərzində nəfəs alma problemləri, insult və yaddaş itmələrindən əziyyət çəkən 74 yaşlı Stalin 1953-cü il martın 5-i axşam saatlarında beyinə qan sızması nəticəsində dünyasını dəyişib. Lakin onun öz əcəli ilə deyil, yaxın çevrəsi tərəfindən zəhərləndiyilə bağlı fərziyyələr də səsləndirilməkdədir.

Hindistanın baş naziri İndira Qandi də vəzifə başında güllələnən dövlət rəhbəri olub. 1966-cı ildə Hindistanın baş naziri postuna seçilən İndira Qandi ilk dönəmdə 6 il ölkəni idarə edib.
1977-ci ildə keçirilən parlament seçkiləri zamanı İndira Qandi məğlub olub. Bundan sonra iki dəfə korrupsiya ittihamı ilə həbsə salınıb.
Buna baxmayaraq, İndira Qandi yenidən siyasi arenaya dönüb və 1978-ci ildə parlament üzvü, 1980-ci il seçkilərində isə qalib gələrək yenidən baş nazir olub.
1980-ci ildə Hindistanın Pəncab vilayətində kompakt yaşayan sinkhlərlə yerli hindlilər arasında etnik zəmində gərginlik yaranır.
1981-də özlərini müstəqil icma elan edən sinkhlər müqəddəs Sarmandir-Sahib məbədini ələ keçirirlər. İndira Qandinin göstərişi ilə məbədin azad olunması əməliyyatı başlayır. Nəticədə 500-dən artıq sinkh öldürülür və məbədə ciddi zərər dəyir. Sinqh lideri Jarnail Sinqh məhv edilir.
Bu əməliyyatlar zamanı İndira Qandiyə nifrət edənlər arasında onun iki mühafizəçisi - əslən Pəncabdan olan Satvant Sinqh və Beant Sinqh də vardı...
Onda sinkhlər qisas alacaqları ilə bağlı bəyanat yayırlar. Yaxınları İndira Qandiyə əslən Pəncabdan olan mühafizəçilərini qovmağı məsləhət görürlər, lakin o, bunu ciddiyə almır.
1984-cü il oktyabrın 31-də britaniyalı aktyor və yazıçı Piter Ustinovla planlaşdırılan müsahibə zaman İndira Qandini öz mühafizəçiləri güllələyirlər. Milliyətcə sinkh olan mühafizəçilər Beant Sinqh və Satvant Sinqh xanım baş nazirə çoxlu atəş açırlar. Yaxınlıqdakı digər mühafizəçilər qəsdçiləri öldürsələr də, 33 güllə yarası alan Qandinin həyatını xilas etmək mümkün olmur.

Haiti Prezidenti Jovenel Moiz şəxsi iqamətgahında güllənərək öldürülüb. Prezidentin iqamətgahı 7 iyul 2021-ci il tarixində yerli vaxtla gecə saat 01:00-də naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz də yaralanıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

20-05-2024, 08:52

İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub

Dünya

20-05-2024, 11:01

Ərdoğan Rəsinin ölümünə kədərləndi - AÇIQLAMA

Siyasət

20-05-2024, 10:31

Prezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

Dünya

20-05-2024, 07:54

İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib - YENİLƏNİB

Siyasət

29-06-2022, 20:56

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb

Dünya

20-05-2024, 09:34

KİV: İranda helikopterin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərinin tanınması prosesinə başlanılıb

Gündəm / Dünya

17-01-2024, 21:19

SEPAH zabiti Pakistanla sərhəddə öldürüldü

Dünya

25-07-2022, 09:20

İranda SEPAH-ın raket mühəndisi öldürüldü

Dünya

19-07-2022, 10:53

İran və Türkiyə prezidentləri Tehranda görüşüb

Dünya

20-05-2024, 09:59

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Siyasət

9-06-2023, 13:17

Ceyhun Bayramov iranlı həmkarı ilə bəzi mövcud problemləri müzakirə edib - VİDEO

Hadisə

9-08-2022, 12:24

Bu il Azərbaycanda yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Dünən, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Dünən, 22:56
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Dünən, 19:00
    Paşinyanın Kreml dilemması - Avropaya baxır, Moskvadan gözünü çəkə bilmir - ŞƏRH
  • Dünən, 18:30
    Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
  • Dünən, 18:08
    Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
  • Dünən, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Dünən, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Dünən, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Dünən, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Dünən, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Dünən, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Dünən, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Dünən, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Dünən, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Dünən, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Dünən, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Dünən, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Dünən, 12:36
    Türkiyədə zəlzələ olub
  • Dünən, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Dünən, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Dünən, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Dünən, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Dünən, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Dünən, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Dünən, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Dünən, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Dünən, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 23-09-2026, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • 23-09-2026, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • 23-09-2026, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • 23-09-2026, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • 23-09-2026, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • 23-09-2026, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə