• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA

Səhiyyə

12-07-2025, 10:50

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi neçə ildir ki, tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı, dərman preparatlarının alınması, bir sıra cərrahi əməliyyatların icrası ilə bağlı tenderlər keçirir və şirkətlərlə milyonlarla manat dəyərində müqavilələr imzalayır. Təkcə 2024-cü ildə mərkəz tərəfindən toplam 74 tender keçirilib.
Teleqraf xəbər verir ki, son vaxtlar mərkəzin elan etdiyi tenderlərdə "Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Medsol" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Azfar Med" Qapalı Səhmdar Cəmiyyəti qalib olub.

“Zeytun Pharmaceuticals” ilə 30 milyon manata yaxın müqavilə imzalanıb

Mərkəz 2019-ci ildən “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyət ilə əməkdaşlıq edir. MMC ilə ən son xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin alınması üçün müqavilə bağlanıb. 2025-ci ildə icrası nəzərdə tutulan müqavilənin dəyəri 15 milyon 259 min 43 manat olub. İşlərə isə iyulun 1-dən başlanılıb, bu ilin sonuna qədər sona çatdırdırılması planlaşdırılıb.

Daha əvvəl isə şirkətlə dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair xərclər çərçivəsində dərman vasitələrinin alınması üçün 697 min manatlıq, şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində tibbi cihaz və sərfiyyat mallarının alınması üçün isə 10 milyon 367 min manatlıq razılaşmalar əldə edilib. Hər iki müqavilə üzrə işlərə iyun ayından başlanılıb bu il ərzində bitməsi nəzərdə tutulur. Bundan başqa bu ilin mayından dekabra qədər olan müddətdə əldə olunan razılaşmaya görə, xroniki böyrək çatışmazlığı üzrə sərfiyyat mallarının alınması üçün "İnnovasiya və Təchizat Mərkəzi" “Zeytun Pharmaceuticals MMC-yə 544 min manat vəsait ödəyib.

Mart ayının 10-dan ilin sonunadək olan müddət üçün bağlanmış müqaviləyə əsasən dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair xərclər çərçivəsində dərman vasitələrinin alınması üçün 6 milyon 794 min manat, fevralın 21-dən bu ayın 31-ə qədər olan müddətdə əldə edilən razılaşmaya görə isə 2025-ci il üzrə uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınması üçün MMC-yə 592 min 461 min manat vəsait ödənilib.

Əsasən metrostansiyalarda fəaliyyət göstərən “Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə təsis edilib. Nizamnamə kapitalı 4 000 manat olan qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi “Rəvan” futbol klubunun keçmiş vitse-prezidenti Bəhruz Şirəliyevdir. Amma bu qədər böyük dövlət sifarişləri alan MMC-nin hüquqi bazası xeyli zəif görünür: 4 min manatlıq nizamnamə kapitalı olan qurum müxtəlif illərdə qanun pozuntularına görə maliyyə sanksiyası ilə cəzalandırılıb. Belə ki, MMC-yə qarşı müxtəlif illərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğu üçün 40 min manatdan çox maliyyə sanksiyası tətbiq edilib, 2017-ci ildə isə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən 2 hal üzrə ümumilikdə 80.000 manat maliyyə sanksiyası alıb.

"Medsol" MMC ilə milyonluq müqavilələr

"Medsol" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə isə mərkəzin ötən ilin avqust ayından etibarən əməkdaşlığı var. Bu MMC ilə ən son imzalanan müqavilə 919 min 679 manat dəyərində olub. Mərkəz bu məbləğə "Medsol" MMC-dən tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıq, cihaz və tibbi inventarların alacaq. Müvafiq işlərin icrasına iyulun 1 -dən başlanılıb, il sonuna qədər davam edəcək. Bundan başqa fizioterapiya üçün tələb olunan spesifik cihaz və avadanlıqların alınması üçün 9 milyon 152 manat məbləğində, "Maqnit Rezonans Tomoqrafiya" (MRT) avadanlıqları üçün maye halında helium qazının (dolum xidmətləri daxil) və ehtiyyat hissələrinin alınaması üçün isə 521 min 713 manat dəyərində müqavilələr bağlanılıb. Ötən ilin dekabrından 2027-ci ilə qədər əldə edilən razılaşmaya görə isə "Medsol" MMC-yə 7 milyon 310 min 822 manat vəsait ödəcəyək.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi üç dəfə adını dəyişdiyi göstərilir. İlk adı “PAY” MMC olub. 2016-cı ildə “Alo 24”, 2021-ci ildən isə “Medsol” adlandırılır. Şirkətin qanuni təmsilçisi Salmanov Qabil Nazim oğludur. Nizamnamə kapitalı 17 milyon 975 min manatdır.

Şirkətin rəsmi veb səhfəsində “Medsol”un 2013-cü ildə yaradıldığı bildirilir. Görünür, MMC “Dövlət satınalmaları” haqqında qanunun 6-cı maddəsinin 6.2.6.bəndini “nəzərə alıb”. Qanuna görə, podradçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində peşəkar fəaliyyətə malik olmalıdırlar.

"Azfar Med" QSC ilə 60 milyonluq razılaşmalar

"Azfar Med" Qapalı Səhmdar Cəmiyyəti ilə xroniki böyrək çatışmazlığı üzrə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan sərfiyyat mallarının və dializ aparatlarının alınması ilə bağlı ümumilikdə 4 müqavilə üzrə 59 milyon 126 min 769 manat dəyərində razılaşmalar əldə edilib. Bundan başqa ümumi cərrahiyyə və diaqnostik müayinələr üzrə tibbi sərfiyyat mallarının alınması üçün "Azfar Med" QSC-yə 2 milyon 215 min 703 manat vəsait ödəyib. Malların alınmasına ötən ilin dekabrından başlanılmışdı, bu ilin iyununda artıq işlərə yekun vurulub.

"Azfar Med" Qapalı Səhmdar Cəmiyyəti 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 000 manat olan şirkətin qanuni təmsilçisi Tağızadə Toğrul Eldar oğludur. QSC 2023-cü ildə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə 40.00 manat maliyyə sanksiyası tətbiq edilib.

Xatırladaq ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün 2023-cü ildə Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib. Mərkəzin nizamnamə kapitalı 836 501.5 manatdır, qanuni təmsilçisi isə Quliyev Nurlan Rauf oğludur.

Onu da bildirək ki, Hesablama Palatasının “İnnovasiya və Təchizat Mərkəzi”nin 2020-2021-ci illərdəki fəaliyyəti ilə bağlı yoxlama zamanı bir sıra nöqsanlar üzə çıxıb. Palatadan bildirilib ki, Mərkəzin işi düzgün planlaşdırılmayıb və dövlətin pullarından səmərəli istifadə olunmayıb. Yoxlama zamanı bəlli olub ki, Mərkəz bu illərdə ümumilikdə 228,1 milyon manat vəsait xərcləyib. Bu pulların böyük hissəsi – 202,5 milyon manatı dərman və tibbi ləvazimatların, 18,7 milyon manatı isə tibbi avadanlıqların alınmasına sərf olunub. Bundan başqa, 17,6 milyon manat dəyərində dərman və tibbi avadanlıq Mərkəzə beynəlxalq təşkilatlar tərəfindən pulsuz verilib.

Araşdırma göstərib ki, ehtiyac düzgün hesablanmadığı üçün bəzi hallarda lazım olandan artıq dərman alınıb. Bu da bəzi xəstəxanalarda bir xəstəyə daha çox, digərində isə daha az dərman düşməsi ilə nəticələnib.

Bundan əlavə, 2018-2021-ci illərdə alınan 3,3 milyon manatlıq avadanlıq və ehtiyatlar, o cümlədən 623 min manatlıq humanitar tibbi avadanlıq istifadəyə verilmədən anbarda qalıb və köhnəlib. 215 min manatlıq dərman və ləvazimat da vaxtında istifadə olunmadığı üçün yararsız hala düşüb.

Qanuna zidd olaraq, 1,2 milyon manatlıq dərmanların istifadə təlimatları Azərbaycan dilinə tərcümə olunmayıb. Həmçinin bəzi hallarda eyni tərkibli, amma daha ucuz dərmanlar alınmaq əvəzinə, daha bahalıları seçilib və bu da əlavə xərcə səbəb olub.

Maliyyə sahəsində də ciddi problemlər aşkarlanıb. Belə ki, 847,9 min manat dövlət pulu faktiki xərclənməsə də, sənədlərdə xərclənmiş kimi göstərilib. Bu isə hesabatlarda düzgün olmayan məlumatlara səbəb olub.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

23-11-2024, 08:44

“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Cəmiyyət

23-05-2025, 12:51

 TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...

Cəmiyyət

7-02-2025, 09:59

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ki nəfər işçisi olan şirkətlə 2,6 milyon manatlıq müqavilə bağlayıb -TƏFƏRRÜAT

Cəmiyyət

17-01-2025, 17:08

Hacı Ramazanın şirkəti 32 milyon manatlıq tenderi uddu

Cəmiyyət / Səhiyyə

24-07-2023, 10:41

“Solamedical” MMC MÖCÜZƏSİ DAVAM EDİR... - TENDER ÇEMPİONU...

Bölgə / Olay

22-11-2023, 11:48

Şəmkir Rayon İcra Hakimiyyətinin YOLA DÜZÜLƏN TENDER PULLARI... - FOTOLAR

Cəmiyyət

17-03-2025, 18:24

Qida Təhlükəsizliyi İnstitutunu “Plastprof” MMC ilə işbirliyi qurmağa nə sövq edir

Gündəm / Cəmiyyət

20-01-2025, 11:34

Tender kralı Hacı Ramazana 32 milyonluq tender verildi

Cəmiyyət

16-01-2025, 12:57

Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?

Cəmiyyət

31-07-2024, 14:23

Deputatın qurduğu şirkət TƏBİB-ə 50 milyonluq dərman satacaq - TƏFƏRRÜAT

Cəmiyyət

20-11-2024, 10:41

“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?

Gündəm / Sosial

1-04-2025, 14:55

5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Bu gün, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Bu gün, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Bu gün, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Bu gün, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Bu gün, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Bu gün, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Bu gün, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Bu gün, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Bu gün, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Bu gün, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Bu gün, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Bu gün, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Bu gün, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Bu gün, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Bu gün, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Bu gün, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Bu gün, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Bu gün, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Bu gün, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Bu gün, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Bu gün, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • Bu gün, 09:45
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Bu gün, 09:35
    SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
  • Bu gün, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • Dünən, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • Dünən, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • Dünən, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
  • Dünən, 17:54
    İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
  • Dünən, 17:47
    AAYDA-da kütləvi ləğvlər və... - Vüsal Nəsirli 10 aydır nə ilə məşğuldur?
  • Dünən, 17:36
    Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
  • Dünən, 17:30
    Keşlədə 1 ildən çoxdur su xətti deşikdir... - Zaur Mikayılov tonlarla içməli suyu küçəyə axıdır - VİDEO
  • Dünən, 17:07
    Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
  • Dünən, 16:34
    Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
  • Dünən, 16:26
    Sabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır - Sakinlər DAD DEYİR...
  • Dünən, 15:53
    Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə