• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Şuşada tarixi gün

Ölkə

15-05-2023, 21:55

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. May ayının 10-da Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türk dilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük həyəcan və sevinclə qarşıladı.

2023-cü il bütövlükdə Ulu Öndərin adı ilə bağlıdır. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Həmin Sərəncamda deyilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

May ayının 10-da Dövlət başçısı İlham Əliyevin Ümummili liderin 100 illik yubileyi ilə bağlı müraciətini Şuşadan etməsi əlbəttə ki, heç də təsadüfi deyil və həm siyasi-mənəvi, həm də tarixi baxımdan xüsusi önəm kəsb edir.

Ulu öndərin 100 illiyi ilə bağlı bu möhtəşəm çıxışın Şuşadan edilməsi hər şeydən öncə Heydər Əliyevin ruhuna, onun böyüklüyünə, şəxsiyyətinə olan sonsuz hörmət və ehtiramın nümunəsi idi. Çünki Ulu öndərin ən böyük arzusu bütün torpaqlarımızın, eyni zamanda Qarabağın tacı sayılan Şuşanın işğaldan azad edilməsi idi. Təsadüfi deyil ki, dövlət başçısı çıxışında bildirdi ki, məhz Şuşanın azad olunması ilə Heydər Əliyevin əsas arzusu yerinə yetirildi. Prezident çıxışında bu fakta diqqət çəkərək demişdir: “ Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, tapşırıq yerinə yetirildi. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan xalqının, onun əbədi lideri Heydər Əliyevin arzusuna, vətənin sərhədlərini, ərazi bütövlüyünü təmin etmək zərurətinə necə böyük önəm verdiyini göstərir.

Dövlət başçısının Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi fikirlər də qürurvericidir. Dövlət başçısı Şuşadakı tarixi çıxışında Azərbaycan gəncliyinə, onun qəhrəmanlığına da xüsusi diqqət yetirdi. Prezident qeyd etdi ki, Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə bağlıdır. Ölkə başçısı gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan iftixarla bəhs etdi. Gənclərin yüksək mənəvi-fiziki göstəricilərə malik olması, Şuşa kimi alınmaz qalanın yüngül atıcı silahlarla alınması gerçəyi də dövlət başçımızın çıxışında yer tutan mühüm məqamlardan idi.

Prezident Ulu öndərin ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə də diqqət çəkdi. Vurğuladı ki, Azərbaycanda nizami ordunun yaranması məhz Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin ağır iqtisadi-maliyyə şəraitində belə ordu quruculuğu istiqamətində mühüm addımlar atması, ordunun hərbi kadrlarla, gərəkli maddi-texniki baza ilə təmin etməsi yaxın keçmişimizin məlum həqiqətlərindəndir.

Bizim üçün sevindiricidir ki, vaxtilə Ulu öndər Heydər Əliyevin yaratdığı nizami ordu bu gün nəinki regionun ən güclü ordusudur, həm də dünyanın ən qüdrətli ordularından biridir. İkinci Qarabağ müharibəsində ordumuzun düşmən üzərində əldə etdiyi tarixi zəfər bu həqiqəti bir daha sübut etdi. Bu zəfər həm də onu göstərdi ki, heç kim Azərbaycan xalqının, onun Prezidentinin, qüdrətli ordumuzun iradəsi qarşısında davam gətirə bilmədi və bundan sonra da davam gətirə bilməyəcək.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-04-2023, 21:54

BDU-nin 1-ci kurs tələbəsi Aysel Quliyeva Ulu Öndər Heydər Əliyevlə bağlı yazdı - FOTO

Cəmiyyət

11-05-2023, 21:01

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirdi

Siyasət

13-03-2023, 23:38

Heydər Əliyev ideyaları bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Siyasət

13-03-2023, 23:36

Levan Mamaladze: “Çox xoşbəxtəm ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnmişəm”

Mədəniyyət

10-01-2023, 21:30

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Siyasət

17-02-2023, 02:26

Gürcüstan mətbuatı “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə başlayıb

Siyasət

28-03-2023, 19:17

Gürcüstanın Azərbaycandakı sabiq səfiri: “Heydər Əliyev öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”

Dünya

26-04-2023, 20:39

Roin Metreveli: “Heydər Əliyev bütün dünya üçün tarixi şəxsiyyət, unudulmaz siyasət nəhəngidir” - FOTOLAR

Cəmiyyət

19-08-2022, 19:30

Dövlət və dövlətçiliyimin siyasətinə xidmət edirəm

Video

16-05-2023, 00:01

Londonda Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlanıb - VİDEO

Dünya / Mədəniyyət

29-04-2023, 16:16

Parisdə Heydər Əliyevin 100 illiyi qeyd olunub - FOTO

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 16:39
Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
23-07-2026, 18:00
Meyvə bağındakı hovuzda boğulub öldü
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
17-07-2026, 13:42
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
16-07-2026, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
16-07-2026, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Xəbər lenti
  • Dünən, 19:00
    ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 18:33
    Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib
  • Dünən, 18:16
    İran Küveyt və Bəhreyni vurdu
  • Dünən, 17:56
    “Space TV”nin bank hesablarına həbs qoyuldu
  • Dünən, 17:49
    PVC xərək qalmaqalından sonra daha bir uyğunsuzluq - KTM-in saytı aylardır yenilənmir
  • Dünən, 17:29
    Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı
  • Dünən, 17:17
    Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
  • Dünən, 17:05
    Milli Məclisin deputatı İranda səfərdədir
  • Dünən, 16:56
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • Dünən, 16:39
    Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
  • Dünən, 16:04
    Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO
  • Dünən, 15:44
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • Dünən, 15:33
    “Azza”dan alınan məhsul xarab çıxdı – Video
  • Dünən, 15:15
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • Dünən, 15:05
    Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
  • Dünən, 14:54
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 14:41
    Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR
  • Dünən, 14:31
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • Dünən, 13:15
    Analitik Ekspertiza Mərkəzində ciddi böhran: Səhiyyə sistemində nəzarətsizlik və bürokratiya dalanı
  • Dünən, 13:09
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • Dünən, 12:47
    Bakı Qızlar Universitetində GƏRGİNLİK
  • Dünən, 12:41
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • Dünən, 12:26
    Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü
  • Dünən, 12:16
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • Dünən, 12:04
    Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…
  • Dünən, 11:54
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • Dünən, 11:33
    400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO
  • Dünən, 11:06
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Dünən, 10:47
    “Azəriqaz” işçilərini ixtisar edir - Azər Məmmədovun məqsədi nədir? - Şikayət
  • Dünən, 10:21
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • Dünən, 10:05
    Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
  • Dünən, 09:57
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • Dünən, 09:48
    İş adamının 10 milyon dollarlıq boru - Xidməti avtomobili və mülklərinə qadağa qoyuldu
  • Dünən, 09:38
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • Dünən, 09:29
    “Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir - VİDEO MÜRACİƏT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə