• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Heydər Əliyev ideyaları bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

Siyasət

13-03-2023, 23:38

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gələn millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Ulu öndərin fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə, əsirgəməyən Ulu Öndər 1993-cü il iyunun 9-da Muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. Milli tariximizin bu unudulmaz günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən xilas edildi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Milli həmrəylik təmin edildi, dövlətçiliyin əsasları yaradıldı, ölkədə iqtisadi tərəqqiyə geniş yol açıldı. Ulu öndər Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı bir dönəmində öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi. Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Umummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi yüksək fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır.

Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır.Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir. Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, müstəqil Azərbaycan var Ulu öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi ehtiramla anılacaqdır.

Fidan Hüseynova
bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

10-01-2023, 21:30

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Ölkə

15-05-2023, 21:55

Şuşada tarixi gün

İqtisadiyyat

16-03-2023, 20:16

İqtisadiyyat Nazirliyində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş etdirilib - FOTO

Cəmiyyət

11-05-2023, 21:01

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirdi

Cəmiyyət

6-05-2023, 21:19

Əbədiyyətə qovuşan ömür

Cəmiyyət

15-03-2023, 21:31

Fərid Şərifov: Prezident İlham Əliyev tərəfindən 2023-cü il Heydər Əliyev ili elan olunması ilə bağlı qərar hər kəsin ürəyincə oldu

Dünya / Video

10-05-2023, 20:18

“100 il”in diaspor siyasəti “Heydər Əliyev” sənədli filmində - VİDEO

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Ölkə

26-04-2023, 01:56

Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu

Siyasət

17-02-2023, 02:26

Gürcüstan mətbuatı “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə başlayıb

Siyasət

13-03-2023, 23:36

Levan Mamaladze: “Çox xoşbəxtəm ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnmişəm”

Dünya

26-04-2023, 20:39

Roin Metreveli: “Heydər Əliyev bütün dünya üçün tarixi şəxsiyyət, unudulmaz siyasət nəhəngidir” - FOTOLAR

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
Dünən, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Xəbər lenti
  • Bu gün, 12:43
    Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
  • Bu gün, 12:33
    Prezident park salınmasını tapşırdı, Şərurlu İsfəndiyar isə yerində bina tikir - Yasamalda özbaşınalıq VİDEO
  • Bu gün, 11:55
    Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib
  • Bu gün, 11:47
    Tanınmış sənətçinin BANK KARTI QARƏT OLUNDU - "Evin kirayəsini, kommunal xərcləri necə ödəyəcəm?"
  • Bu gün, 11:27
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsinə I oxunuşda baxılacaq
  • Bu gün, 11:18
    Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlara kim hüquqi qiymət verəcək? İTTİHAM
  • Bu gün, 10:42
    Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
  • Bu gün, 10:33
    ​CƏLİLABAD MEŞƏLƏRİNDƏ NƏ BAŞ VERİR? – VİDEO
  • Bu gün, 10:17
    Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Bu gün, 10:03
    Arzuxan Əlizadənin Milli Məclisdə etmədiyi çıxışı: Əhməd necə oğlandı? - AKTUAL
  • Bu gün, 09:38
    Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
  • Bu gün, 09:31
    "Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...
  • Bu gün, 09:00
    Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
  • Dünən, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • Dünən, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
  • Dünən, 18:22
    İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
  • Dünən, 18:14
    Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
  • Dünən, 17:56
    İlham Əliyev İspaniya Kralına başsağlığı verib
  • Dünən, 17:45
    Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
  • Dünən, 17:20
    Ceyranbatanda 10 şagird zəhərlənib
  • Dünən, 16:55
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • Dünən, 16:47
    "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
  • Dünən, 16:29
    Zakir Həsənov Slovakiyanın Baş Qərargah rəisini qəbul edib
  • Dünən, 16:16
    Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
  • Dünən, 15:42
    KİV: İrəvan–Mineralnıye Vodı reysi havada olarkən qəza siqnalı verib
  • Dünən, 15:30
    ADNSU-dan çıxdı, AzTU-ya şöbə müdiri keçdi - BUNDAN SONRA...
  • Dünən, 15:12
    Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
  • Dünən, 15:00
    Neftçala yenə suyun içində – 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir? – VİDEO
  • Dünən, 14:42
    Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
  • Dünən, 13:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dünən, 13:10
    Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:39
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Dünən, 12:31
    Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI - TƏFƏRRÜAT
  • Dünən, 12:14
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Dünən, 11:55
    600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə