• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Fərid Şərifov: İrandakı səfirliyimizə hücum planlaşdırılmış şəkildə olaraq terror aktıdır - VİDEOFAKT

Ölkə

28-01-2023, 21:55

27 yanvar Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə açdı. “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirdi, iki nəfəri yaraladı. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirdi.

İran tərəfinin etdiyi isə o oldu ki, hücumdan sonra tələm-tələsik açıqlama verən Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi hadisənin motivini təhrif etməyə cəhd göstərib. Yalandan bildirib ki, guya hadisəni törədən şəxs səfirliyə iki uşağı ilə gəlib, hücum ailə-məişət zəminində baş verib.

Lakin kamera görüntüləri onun yalanını ifşa edib. Görüntülərdən aydın olur ki, həmin şəxs səfirliyin qarşısına tək gəlib, maşından düşüb, əlində silah səfirliyin binasına daxil olub, atəş açmağa başlayıb. Kamera görüntülərindən o da aydın olur ki, terrorçu binaya daxil olarkən xidmətdə olan İran polisinə əli ilə nəsə işarə edir, polis də heç bir reaksiya vermir, hətta terrorçu binaya daxil olandan sonra belə onun ardınca binaya daxil olub nəsə etmir. Görüntülərdə nə uşaq var, nə də başqası. Ən azı bu faktlar Tehranın polis rəisinin yalanlarını ifşa etmək üçün yetərlidir.

Hadisəni törədən şəxsin Yasin Hüseynzadə adlı İran vətəndaşıdır. Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var.

Çox güman ki, Azərbaycan səfirliyinin əməkdaşı terrorçunu zərərsizləşdirib, tutmasaydı, faciənin miqyası daha böyük olacaq, bütün səfirlik əməkdaşları qətlə yetiriləcəkdi.

Terrorçu hadisəni törədəndən sonra isə əlini-qolunu sallayıb oradan gedəcək, İran dövləti də aşkarda guya onu axtarıldığı bildirib, gizlində isə tapşırığı uğurla yerinə yetirdiyinə görə qəhrəman elan edəcəkdi. Lakin məhz Azərbaycan səfirliyinin əməkdaşının fədakarlığı sayəsində planlaşdırılan qətliamın həyata keçməsi mümkün olmayıb.

İran tərəfinin ən müxtəlif səviyyələrdə verdiyi açıqlamalarda hadisəyə məişət donu geyindirməyə çalışması qeyd olunan arqumentləri daha da gücləndirir.

Tehran terrorun məsuliyyətini üzərindən atmaq üçün hadisə baş verən andan müxtəlif feyk xəbərlər və açıqlamalar yayaraq, hadisənin mahiyyətini təhrif etməyə çalışır. Lakin bütün bunlar yalandır, İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür.

İranın hadisənin mahiyyətini təhrif etmək üçün yaydığı daha bir yalan isə guya hücumun erməni kimlikli şəxs tərəfindən edilməsi ilə bağlıdır. Yasin Hüseynzadə İran vətəndaşıdır. Ad və soyadı da erməni kökənli olmadığını göstərir.

İranın bütün cəhdlərinə baxmayaraq, bu xain hücumun məqsədinin Azərbaycan səfirliyinə və diplomatlarına qarşı yönəldilmiş terror aksiyası olduğu artıq bəllidir. Üstəlik, İran polisi terrorun baş verməsinin qarşısını almaq üçün heç bir addım atmayıb.

Bununla belə, rəsmi Tehran bir məsələni də unudur ki, motivindən asılı olmayaraq, səfirliyə hücuma görə məhz o məsuliyyət daşıyır. Çünki səfirliklərin mühafizəsi onların yerləşdiyi ölkələrin öhdəliyindədir, İran isə bu öhdəliyi nəinki yerinə yetirir, əskinə, diplomatik nümayəndəliklərə hücumlara özü şərait yaradır.

Azərbaycan Xarici İşlər Nazirliyi də hadisə barədə yaydığı bəyanatında bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.

“İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik”, - deyə XİN-in bəyanatında vurğulanır.

İran hər zaman terrora dəstək verdiyi bütün dünyaya məlumdur. Tarixə nəzər yetirsək, indiyə qədər İranda səfirlik, konsulluq, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlarla hücumlarla bağlı xeyli fakt görə bilərik. İranın tarixi xarici diplomatlara və diplomatik nümayəndəliklərə terrorçu münasibəti ilə zəngindir. Uzaq 1829-cu il yanvarın 30-da tehranlılar Çar Rusiyasının İrandakı səfirliyinə hücum edib, səfir, tanınmış rus yazıçısı Aleksandr Qriboyedov və səfirliyin mühafizəsini təşkil edən 35 kazakı qətlə yetirmişdilər.

Qriboyedovun meyiti tanınmaz hala salınmışdı.

1979-cu ildə İranda özlərini "İmam Xomeyni yolçuları" adlandıran bir qrup tələbə ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerikalını girov götürüb, onları 444 gün girov saxlayıb.

2011-ci ildə yüzlərlə tələbə Böyük Britaniyanın İrandakı səfirliyinə hücum edib, səfirliyin binasının ələ keçirib, pəncərələri sındırıb, səfirliyi talan edib.

Növbəti oxşar hadisə isə 2016-cı ildə baş verib. İranda radikal kütlə tərəfindən Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğunun binaları yandırılıb.

Bütün bunların ardınca, bu gün də Azərbaycan səfirliyinə silahlı hücum onu deməyə əsas verir ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur.

Şübhə doğurmayan digər məsələ isə odur ki, İran baş vermiş terror aktı ilə bağlı araşdırmanı obyektiv aparmayacaq. Tehran polisinin rəisi, eləcə də İran Xarici İşlər Nazirliyinin açıqlamalarının bunun məhz belə olacağının anonsu hesab etmək olar.

Hadisənin baş verdiyi andan terrorun ört-basdır edilməsi, terrorçunun qorunması, terrorun mahiyyətinin təhrif edilməsi üçün bir-birinin ardınca yalan məlumatlar və açıqlamalar yayan İranın bu xain hücumu obyektiv araşdırmayacağını bəri başdan əminliklə söyləmək olar.

Mən Fərid Şərifov bir gənc olaraq bildirmək istəyirəm ki Mən, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücumu hiddətlə pisləyirəm.

Bir gənc olaraq qeyd etmək istəyirəm ki, Biz təcavüzkarı nəzarət altına almağı bacarmaqla qırğına son qoymuş əməkdaşlardan birinin qəhrəmanlıq və cəsarət göstərmişdir.

Regionda sülh və əməkdaşlığa töhfələrini verən Azərbaycanın bu mövqeyi rəsmi Tehranı çox narahat edir və dövlətimizə qarşı olan bu və ya digər qərəzli münasibətlər baş qaldırır. Azərbaycanın regionda artan gücü, beynəlxalq miqyasdakı mövqeyi onun artan gücünün göstəricisidir. İran regionda dayanıqlı sülhə, təhlükəsizliyə, sabitliyə yönəlmiş bütün addımlara olan mövqeyini ifadə edərkən görürük ki, bu anti-Azərbaycan siyasətidir. İnsanlığa sığmayan, milli və dini dəyərlərə, sivil münasibətlərə və beynəlxalq hüquq normalarına zidd olan bu cür çirkin əməllər Azərbaycanın inkişafına, onun mövqeyinə təsir edə bilməz. Bu gün baş vermiş terror aktı lazımı şəkildə öz hüquqi qiymətini alacaqdır.

Haşiyə: Bldirmək istəyirəm ki, hər kəs, həm vətəndaşlarımız, həm də hadisənin arxasında dayananlar bilsin ki, belə cılız aktlarla Azərbaycanın güclənməsinin qarşısını almaq mümkün deyil və heçvaxt mümkün olmayacaq. randakı səfirliyimizə hücum planlaşdırılmış şəkildə olaraq terror aktıdır.

Səfirliydə olan hücumda dünyasını dəyişənlərə Allah rəhmət etsin, yaralananlara şəfa arzulayıram.

Tanrı Azərbaycanı, xalqımızı, Prezidentimizi qorusun.

Hörmətlə, Fərid Şərifov
Ulutv.İnfo

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Video / Kriminal

27-01-2023, 18:53

Səfirliyə hücum edən şəxsin kimliyi bilindi - VİDEO

Gündəm / Ölkə

27-01-2023, 19:07

QMİ Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yaydı

Gündəm

7-08-2022, 19:20

İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Gündəm

27-01-2023, 18:48

Azərbaycanın Dostları Assosiasiyası Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücumu hiddətlə pisləyir

Gündəm / Video

29-01-2023, 20:58

İrandan diplomatlarımızı gətirməli olan təyyarənin uçuş vaxtı təxirə salındı - YENİLƏNİB (VİDEO)

Gündəm

5-08-2022, 04:23

SON DƏQİQƏ! Radikal dini dəstə səfirliyimizə hücum etdi - ANBAAN VİDEO

Dünya

27-01-2023, 18:56

Türkiyədəki diasporumuz Tehrandakı səfirliyimizə silahlı basqını ölkəmizin ərazi bütövlüyünə qəsd kimi qiymətləndirib

Siyasət

31-01-2023, 19:51

Tehrandakı Səfirliyimizdə törədilmiş terror aktı xarici ekspertlərin gözü ilə

Gündəm

27-01-2023, 18:35

Dünya azərbaycanlılarının ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terrorla bağlı BƏYANATI

Cəmiyyət

5-08-2022, 14:30

Bakıda Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib

Siyasət

31-01-2023, 19:40

Braziliyanın Xarici İşlər Nazirliyinin internet səhifəsində Səfirliyimizdə törədilmiş terror aktından bəhs edilib

Siyasət

29-01-2023, 19:49

İslandiyadakı icmamız beynəlxalq birliyə müraciət edib BƏYANAT

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Bu gün, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Bu gün, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Bu gün, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Bu gün, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Bu gün, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Bu gün, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Bu gün, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Bu gün, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Bu gün, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Bu gün, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Bu gün, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Bu gün, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Bu gün, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Bu gün, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Bu gün, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Bu gün, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Bu gün, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Bu gün, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Bu gün, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Bu gün, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Bu gün, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Bu gün, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Bu gün, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Bu gün, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Bu gün, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Bu gün, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Bu gün, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Bu gün, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Bu gün, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Bu gün, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Bu gün, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Bu gün, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • Bu gün, 09:45
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Bu gün, 09:35
    SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
  • Bu gün, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • Dünən, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • Dünən, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • Dünən, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə