• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Taxılın bahalaşması Azərbaycana da təsirsiz ötüşməyəcək: Ekspertlər əhalini ajiotaja düşməməyə çağırır

İqtisadiyyat

16-08-2022, 13:02

Taxılın bahalaşması Azərbaycana da təsirsiz ötüşməyəcək: Ekspertlər əhalini ajiotaja düşməməyə çağırır.

“Dünya bazarındakı vəziyyət Azərbaycanda da taxılın, unun qiymətində artımı qaçılmaz edir”.

Bunu APA-ya açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Ərzaqlıq buğdanın keyfiyyət göstəricilərinə dair tələblərə dəyişikliklər ediləcəkSaratovdan Azərbaycana 75 min ton buğda və ərzaq qarğıdalı tədarük edilibAzad olunmuş ərazilərin iqtisadi fəaliyyətdə payı artırılacaq

Eyyub Hüseynov deyib ki, Azərbaycanda taxıl və taxıl məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir: “Azərbaycan bazarı da dünya bazarına inteqrasiya olunub, dünya bazarının bir hissəsidir. Bəzi malların qiyməti artanda Azərbaycan bazarı da ona reaksiya verməyə məcbur və məhkumdur. Obyektiv amillər var ki, bəzi malların, məhsulların qiyməti qalxa bilər, bu, gözlənilir. Azərbaycan da buna hazır olmalıdır. O cümlədən taxıl məhsulları ilə bağlı da problem var”.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri bir sıra məqamları da nəzərə almağı vacib sayır: “Dünyada əsas taxıl ixracatçıları Rusiya və Qazaxıstan xaricə satışa limit qoyub. Ukrayna müharibəsi nəticəsində bu ölkənin taxıl ixracında problemlər yaranıb. Azərbaycan da taxılı idxal edir, ona görə artıq digər ölkələrdə olduğu kimi, taxılın, unun qiymətində artım qaçılmaz görünür. İndiyədək dövlət subsidiya hesabına bunun qarşısını alır, amma Ukraynada müharibənin uzanması gec-tez qiymətə təsir edəcək”.

Eyyub Hüseynov bununla belə, ajiotaja düşməməyə çağırıb: “Dünya bazarı ilə müqayisədə taxıl və unun qiymətində çox kiçik miqdarda bahalaşma ola bilər. Azərbaycan hökuməti lazımi tədbirlər görür ki, böyük bahalaşma olmasın. Ölkədə də kifayət qədər taxıl ehtiyatı var. Lakin Azərbaycan bazarı dünya bazarının bir parçası olduğu üçün ölkədə taxıl məhsullarının, o cümlədən unun qiymətinin qalxması gözlənilir. Camaat ajiotaja düşüb çoxlu taxıl, un ehtiyatı toplamasın. Belə hallar olanda alınan taxıl, un xarab olur və heyvan yeminə çevrilir. Azərbaycanda taxılın, o cümlədən unun qiymətində kiçik qiymət artımı gözlənilir ki, bu da bazarın tələbidir. İstehlakçılar da buna hazır olmalıdır”.

O, istehlakçıları israfçılığı azaltmağa da çağırıb: “Dünyada ən çox çörək yeyən xalqların sırasındayıq. Bir çox uzunömürlü ölkələrin xalqları isə çörəkdən az istifadə edir. Azərbaycan xalqı da buna uyğunlaşmalıdır. Kiçik qiymət artımından heç bir ajiotaja düşmək lazım deyil. Azərbaycan hökuməti bütün tədbirləri görüb və görür ki, heç bir qıtlıq olmasın”.

"Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin sədri Emin Əliyev APA-ya açıqlamasında Azərbaycanın özünü taxıllı tam təmin etmədiyini söyləyib: “Azərbaycanın torpaq ehtiyatları, iqlim şəraiti ölkəmizdə bütün əkin ərazilərində yüksək, keyfiyyətli məhsuldarlıq əldə etməyə imkan vermir. Bu onu göstərir ki, ölkəmiz uzun illər taxılla, xüsusilə də toxumçuluq və yem taxılı üzrə xarici bazarlardan asılı olacaq. Dünyada baş verən tendensiyalar isə göstərir ki, taxıl növlərinin qiyməti gündən-günə artır. Kataklizmlər, siyasi, iqtisadi, hərbi böhranlar qiymət artımını daha da körükləyir. Yəqin ki, qiymət artımı hələ uzun illər davam edəcək. Digər tərəfdən, hər kəsə bəllidir ki, hökumət uzun illər bu sahəni dotasiya və subsidiya ilə qorumağa çalışıb. Çünki Azərbaycan əhalisi dünyada ən çox taxıl, un və un məhsulları istehlak edən xalqlardan sayılır. Ona görə də Azərbaycanda taxılın qiymətinin artımı bütün istehlakçılara təsir edə bilir. Lakin qəbul etmək lazımdır ki, dünyada, o cümlədən Azərbaycanda iqtisadiyyat tədricən liberallaşmağa, daha çox sərbəst bazar iqtisadiyyatının tələblərinə uyğun inkişaf etməyə doğru gedir. Bu, çox müsbət və hər kəsin arzu etdiyi haldır. Lakin bu zaman həm də müəyyən risklər yaranır. Bu risklər isə dünyada baş verən bütün iqtisadi proseslərin dövlətin dəstək süzgəcləri olmadan birbaşa vətəndaşa təsir risklərinə səbəb olur. Hazırkı vəziyyət göstərir ki, dünyada taxılın qiyməti həddindən artıq bahalaşıb. Bir, iki il əvvəlki qiymətlərlə müqayisədə qiymət dəfələrlə qalxıb. Ölkəmiz isə həm qida üçün buğda, həm də heyvan üçün taxıl məhsulları baxımından idxaldan asılıdır. Ona görə də bu, un və un məhsullarına, xüsusən ölkə əhalisinin ən çox istehlak etdiyi çörəyin də qiymətinin artması ilə nəticələnəcək. Bu, qaçılmazdır”.

Qiymət artımına qarşı atılacaq addımlara gəlincə, Emin Əliyev deyib ki, Prezident İlham Əliyev son müsahibəsində strateji hədəfləri müəyyənləşdirib: “Azad edilmiş ərazilərdə təxminən 100 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi, digər ərazilərimizdə müasir dövrün tələblərinə uyğun olaraq aqrotexnik qulluq tələbləri əsasında yeni torpaq sahələrinin taxıl məhsullarının yetişdirilməsinə cəlb edilməsi ilə bağlı hədəflər müəyyənləşdirdi. Bu da gələcəkdə ölkəmizin bu sahədə xaricdən asılılığını azaldacaq, minimuma endirəcək. Digər tərəfdən, qida və sağlamlıq məsələləri var. Un və un məhsulları ilə qidalanmaq sağlamlıq riskləri yaradır, bununla bağlı müvafiq ekspertlərin fikirləri var. Bu baxımdan insanlarımız un və un məhsullarından çox istifadə etməkdən çəkinməli, bu məhsullarının gündəlik qida rasionunda çəkisi azaldılmalıdır”.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

---

18-08-2022, 09:39

Çörək 5-7 qəpik bahalaşa bilər (VİDEO)

Cəmiyyət

19-08-2022, 11:20

Azərbaycanda çörəyin qiyməti BAHALAŞDI - YENİ QİYMƏT

Cəmiyyət

6-01-2023, 00:23

Un ucuzlaşdı: Çörək də ucuzlaşacaqmı?

İqtisadiyyat

28-07-2022, 16:50

Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyənləşdi (RƏSMİ)

İqtisadiyyat

19-08-2022, 15:40

Un və çörək satışı bazarında monitorinqlər aparılır

İqtisadiyyat

8-08-2022, 11:37

Azərbaycanda unun qiyməti bahalaşacaq - Çörəyin qiyməti isə... - VİDEO

İqtisadiyyat

16-08-2022, 19:45

Dünya taxıl bazarında KRİTİK VƏZİYYƏT: Azərbaycanda UN BAHALAŞACAQ?

İqtisadiyyat

6-08-2022, 18:57

“Bu ərzağın qiymətində bahalaşma gözlənilir”

Cəmiyyət / Video

11-07-2022, 11:51

Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşa bilər - Video

Cəmiyyət

17-08-2022, 13:04

Çörəyin qiyməti 1 manat ola bilər – Ekspert

İqtisadiyyat

22-07-2022, 20:36

Pomidorun qiyməti niyə bahalaşıb?

Siyasət

13-08-2022, 15:32

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə planlı şəkildə görülən işlər Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatır - Sevil Mikayılova

Araşdırma
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Hadisə
Bu gün, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
Xəbər lenti
  • Bu gün, 17:18
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
  • Bu gün, 15:40
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • Bu gün, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • Bu gün, 14:37
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • Bu gün, 13:25
    17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
  • Bu gün, 13:24
    Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi
  • Bu gün, 13:22
    Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
  • Bu gün, 13:22
    Türkiyə İran Bankı Mellatın lisenziyasını ləğv edib
  • Bu gün, 13:20
    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı
  • Bu gün, 13:18
    Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
  • Bu gün, 13:14
    Attestasiya işində hüquqşünasın mühüm uğuru
  • Bu gün, 12:47
    Bazar günü arabir yağış yağacaq
  • Bu gün, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • Bu gün, 11:55
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 10:19
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • Bu gün, 09:47
    Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:22
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • Bu gün, 09:01
    "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • Bu gün, 08:47
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • Dünən, 19:00
    Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
  • Dünən, 18:30
    Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
  • Dünən, 18:00
    Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
  • Dünən, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • Dünən, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • Dünən, 17:38
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • Dünən, 17:26
    Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:26
    Şəki Apellyasiya Məhkəməsinin hakimi Elman İsayevdən şikayət: “Məhkəməyə teleqram vurdum, amma iştirakım təmin edilmədi”
  • Dünən, 17:01
    FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin də ÖZ MEHDİYEVİ VAR... - İTTİHAM VAR...
  • Dünən, 16:31
    Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH
  • Dünən, 16:22
    "Range Rover"imi satıb pulunu götürdü - Könül Həmzəyevanın MƏHKƏMƏSİ
  • Dünən, 16:08
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • Dünən, 15:52
    Moskva Kyuşu adasında Typhon raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Tokioya etiraz notası göndərib
  • Dünən, 15:42
    Novxanıda Ramiz Mehdiyevə məxsus 5 hektar torpaq sahəsi iş adamına satılıb – Əcaba necə?
  • Dünən, 15:36
    Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
  • Dünən, 15:09
    “Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə