• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Məndə heç bir həyəcan yoxdur" - Qurban Qurbanov

İdman

2-08-2022, 19:20

"Yaxşı komandaya qarşı oynayacağıq. Çox yaxşı, təcrübəli baş məşqçisi olan rəqibdir".


Bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah Macarıstanın "Ferentsvaroş" klubu ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Rəqibin baş məşqçisi Stanislav Çerçesovu tərifləyən Qurbanov öz komandasına inandığını bildirib: "Çerçesov Rusiyada ən öndə gedən simalardan biridir. Həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. Bu komandaya qarşı çox diqqətli olmalıyıq. Yaxşı müdafiə xətləri var. Rəqibi daha yaxından tanımağa çalışdıq. Sabah futbolçularımın üzərinə böyük yük düşəcək. Onların bunu bacaracağına inanıram".

Baş məşqçi Rusiya mətbuatının sabahkı oyunu daha çox Qurban Qurbanov - Stanislav Çerçesov dueli kimi qələmə verməsinə münasibət bildirib: "Bu günlərdə mətbuatdan uzaq olmağa çalışırdım. Çünki ilk günlərdə gördüm ki, həddən artıq çox fikir bildirilir. Amma buna normal baxıram. Hərtərəfli maraqlı qarşılaşmadır. Məndə heç bir həyəcan, təsir yoxdur. Əksinə, yaxşı komandalara, məşqçilərə qarşı oynamaq mənim üçün maraqlı olur. Təcrübəm, potensialımı daha da artırmaq baxımından. Gələcək işim, düşüncələrim üçün də maraqlı görüş olacaq. Fərqli düşüncələri, oyun üslubu olan məşqçiyə qarşı oynamaq maraqlıdır. Bu, gələcəkdə işimin yaxşılaşmasına səbəb olacaq".
Q.Qurbanov ÇL oyunlarına görə çempionat matçlarının təxirə salınmasının tərəfdarı olmadığını qeyd edib: "AFFA-dan maraqlandılar ki, təxirə salmaq üçün müraciət etmək fikriniz varmı? Amma biz müraciət etmədik. Digər oyunçularımız var ki, onların da oyun təcrübəsinin yaxşılaşmasını istəyirik. İtkilərimiz var, amma futbol mübarizədir, belə bir oyundur. Çempionlar Liqasının yükü böyükdür, digər turnirlərdən daha çox enerji itirirsən, emosiyalarını saxlaya bilmirsən.

Qurbanov "Qarabağ"a bu mövsüm düşən ən güclü rəqib "Ferensvaroş"durmu" sualını belə cavablandırıb: "Bizə hər mərhələdə ən yaxşı rəqib düşür. Bu mərhələyə böyük üstünlüklə gəlib çıxıbsa, hazırda "Ferentsvaroş" daha yaxşı formadadır. Ümumi çempionatları nəzərə ala bilərik. Liqaları bizimkindən üstündür. Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmaq istəyirik. Balanslı komandaya qarşı oynayacağıq. Hər mövqeyində keyfiyyətli futbolçular cəmləşib. Biz də bura kimi gəlmişiksə, deməli, hədəfimiz bir o qədər az deyil".

Təcrübəli çalışdırıcı bu mövsüm ÇL-dəki oyunlarında ilk dəfə VAR sistemindən istifadə olunacağından da danışıb: "Bizim üçün bir neçə detal varsa, ondan istifadə etməyə çalışırıq. El epizodlar var ki, bu sistem olmayanda o qədər də diqqət yetirilmir. Amma VAR olduqda gözdən qaçmır. Belə olan halda futbolçular da meydanda daha diqqətli olurlar. İstəməzdim ki, sabah kimsə bunun acısını çəksin. VAR sisteminin olmasına sevinirəm. İnanıram ki, sabah ədalətli qərarlar verəcəklər. Hətta bəzən VAR sisteminə əsasən verilən qərara da etiraz olur. İstəməzdim ki, hansısa epizod saxlanılsın, VAR-da müzakirə olunsun. Lakin bu da futbolda yeniliklərdən biridir".\milli.az

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

5-07-2022, 16:45

Qurban Qurbanov: "Bizi çox çətin oyun gözləyir"

İdman

19-07-2022, 22:11

Qurban Qurbanov: "Cavab matçında daha yaxşı oynayacağıq"

İdman

8-08-2022, 15:26

Stanislav Çerçesov: "Qarabağ" hazırlıqlı komandadır"

İdman

15-08-2022, 00:47

Çerçesov "Qarabağ"la oyun haqda danışdı

İdman

16-08-2022, 13:26

Qurban Qurbanov: "Azarkeşləri küsdürmək olmaz"

İdman

6-07-2022, 18:53

"Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı" - Qurban Qurbanov

İdman

13-08-2022, 20:57

Qurban Qurbanov: "İntizamlı komanda ilə oyunda vacib qələbə qazandıq"

İdman

10-08-2022, 16:54

Qurban Qurbanov futbolçuları belə təbrik etdi

İdman

29-07-2022, 21:10

"Elə bilirdik ki, "Qarabağ" kənd klubudur, gördük ki..."

İdman

20-07-2022, 19:43

"Aris"in baş məşqçisi: "Neftçi"dən çəkinmirik"

İdman

2-09-2022, 17:36

Məşhur klubdan Qurban Qurbanova təklif

İdman

22-08-2022, 21:10

""Qarabağ" məhz bunu istəyir"

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Bu gün, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Bu gün, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Bu gün, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Bu gün, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Bu gün, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Bu gün, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Bu gün, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Bu gün, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Bu gün, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Bu gün, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Bu gün, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Bu gün, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Bu gün, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Bu gün, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Bu gün, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Bu gün, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Bu gün, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Bu gün, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Bu gün, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Bu gün, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Bu gün, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Bu gün, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Bu gün, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Bu gün, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Bu gün, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Bu gün, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Bu gün, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Bu gün, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Bu gün, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Bu gün, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Bu gün, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • Bu gün, 09:45
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Bu gün, 09:35
    SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
  • Bu gün, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • Dünən, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • Dünən, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • Dünən, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
  • Dünən, 17:54
    İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə