Sizin reklam burada 728×90
Son dəqiqə

Avropa Liqası: "Zirə" bu gün "Şerif"lə üz-üzə gələcək

11.07.2024 09:27 525 1 dəq oxunur
Avropa Liqası: "Zirə" bu gün "Şerif"lə üz-üzə gələcək
"Zirə" bu gün UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirin I təsnifat mərhələsi çərçivəsində Moldovada "Şerif"in qonağı olacaq.

Tiraspol şəhərindəki "Şerif Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az