Sizin reklam burada 728×90
Son dəqiqə

Premyer Liqa: “Zəfər turu” “Səbail” - “Turan Tovuz” oyunu ilə start götürəcək

03.11.2023 11:27 566 1 dəq oxunur
Premyer Liqa: “Zəfər turu” “Səbail” - “Turan Tovuz” oyunu ilə start götürəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

“Report”un məlumatına görə, “Zəfər turu”nun açılış matçında “Səbail” “Turan Tovuz”u qəbul edəcək.

“ASCO Arena”da reallaşan qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt təmsilçisi 18 xalla 4-cü, Tovuz klubu 15 xalla 6-cı pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XII tur

19:00. “Səbail” - “Turan Tovuz”

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

“ASCO Arena”

Qeyd edək ki, XII turun digər görüşləri noyabrın 4-5-də gerçəkləşəcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az