Sizin reklam burada 728×90
Son dəqiqə

UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Bayer 04"ü qəbul edəcək

07.03.2024 09:39 479 1 dəq oxunur
UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Bayer 04"ü qəbul edəcək
"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın "Bayer 04" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir.

UEFA Avropa Liqası

1/8 final, ilk oyun

7 mart

21:45. "Qarabağ" - "Bayer 04" (Almaniya)

Baş hakim: Benua Bastyen (Fransa).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az