Sizin reklam burada 728×90
Son dəqiqə

Elçin Babayevin işdən çıxarılmasının detalları - Oteldə imiş...

23.11.2026 18:24 25 1 dəq oxunur
Elçin Babayevin işdən çıxarılmasının detalları - Oteldə imiş...

Bakı Dövlət Universtetinin rektoru vəzifəsindən azad edilən Elçin Babayev işdən çıxarılma xəbərini Qazaxıstanda - Astanada alıb.

Elçin Babayev noyabrın 18-də Qazaxıstanın paytaxtı Astanada keçirilən III İllik Beynəlxalq Strateji Tərəfdaşlar forumunda iştirak etmək üçün ora yola düşübmüş.

Noyabrın 19-da rektor E.Babayev "Hilton Astana" hotelində Strateji Tərəfdaşlar forumunun əsas plenar iclasında iştirak edəcəkmiş. Elə iclas vaxtı sabiq rektor işdən çıxarılma xəbərini alıb.

Dərhal iclası tərk edərək təcili Azərbaycana qayıdıb.

Faktlar onu göstərir ki, 2-ci müddətə BDU-nun rektoru vəzifəsinə təyin edilən Elçin Babayevin işdən çıxarılması onun üçün müəmmalı olub. Qeyd edək ki, Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə yenidən 2-ci müddətə BDU-nun rektoru təyin edilmişdi. /Manset.az/
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az