Sizin reklam burada 728×90
Son dəqiqə

UEFA Gənclər Liqası: “Qəbələ”nin ikinci mərhələdəki oyunlarının vaxtı və yeri müəyyənləşib

30.10.2023 18:14 415 1 dəq oxunur
UEFA Gənclər Liqası: “Qəbələ”nin ikinci mərhələdəki oyunlarının vaxtı və yeri müəyyənləşib
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.

BakuNews.az xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. “Olimpiakos” Məşq Mərkəzində reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.
Qeyd edək ki, “Qəbələ” birinci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az