Sizin reklam burada 728×90
Son dəqiqə

Sakit Muradov: “Kadr var vəzifə tutur, kadr da var, vəzifəyə dəyər qatır”

24.11.2026 10:49 75 1 dəq oxunur
Sakit Muradov: “Kadr var vəzifə tutur, kadr da var, vəzifəyə dəyər qatır”
Təhsil eksperti Sakit Muradov İlhamə Abdullayevanın Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) şöbə müdiri vəzifəsinə təyin olunmasına münasibət bildirib.

Ekspert təhsil idarəçiliyində insan kapitalının düzgün qiymətləndirilməsinin, peşəkar və təşəbbüskar kadrların potensialından səmərəli istifadənin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Vəzifə insanın kim olduğunu müəyyənləşdirməməlidir, əksinə, insan öz fəaliyyəti ilə tutduğu vəzifənin səviyyəsini müəyyən etməlidir”, – deyə Muradov qeyd edib.

İlhamə Abdullayevanın işgüzarlığını, peşəkarlığını, ünsiyyət mədəniyyətini və təhsil məsələlərinə həssas yanaşmasını yüksək qiymətləndirən ekspert onun yeni təyinatını idarəçilik təcrübəsinin daha geniş müstəvidə tətbiqi üçün mühüm imkan hesab edərək, bu potensialın Azərbaycan təhsilinin inkişafına töhfə verəcəyinə ümidini ifadə edib və yeni vəzifəsində uğurlar arzulayıb.

“İnsanın böyüklüyü kabinetinin qapısındakı lövhə ilə deyil, o qapıdan içəri girən insanların nə qədər ümidlə, nə qədər inamla çıxdığı ilə ölçülür. Vəzifələr dəyişər, kabinetlər dəyişər, adlar dəyişər... Amma peşəkarlığın və insanlığın qoyduğu iz zamanın yaddaşından silinməz”, – deyə Sakit Muradov fikirlərini yekunlaşdırıb.

BNTV.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az