Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda kişi keçmiş arvadının maşınını qaçırarkən mağazaya çırpdı -

07.09.2023 18:23 325 1 dəq oxunur
Bakıda kişi keçmiş arvadının maşınını qaçırarkən mağazaya çırpdı -
Ötən gecə Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Hadisə Hüseynbala Əliyev küçəsi 5 ünvanında baş verib.

Guşbər Feyziyeva metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib. Mübahisə zamanı Ceyhun Guşbərə məxsus "Hyundai” markalı avtomobilə əyləşərək onu qaçırmaq istəyib. Ceyhunun idarəetməsindən çıxan avtomobil yaxınlıqdakı zirzəmidə yerləşən mobil aksesuarlar dükanına düşüb.

Hadisəni törədən şəxs ərazidən qaçaraq uzaqlaşıb. Qadın polisə müraciət edib.

Əraziyə yanacaq dağıldığına görə FHN-in DYMX-nin əməkdaşları, o cümlədən polislər cəlb edilib. Zərərçəkən dükan sahibi mağazaya təxminən 10 min manat ziyan dəydiyini bildirib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az