Sizin reklam burada 728×90
Son dəqiqə

Metronun “Memar Əcəmi” stansiyasında sərnişin qatar yoluna düşdü

23.04.2023 19:29 753 1 dəq oxunur
Metronun “Memar Əcəmi” stansiyasında sərnişin qatar yoluna düşdü
Bakı metrosunun “Memar Əcəmi” stansiyasında orta yaşlı kişi sərnişin stansiya yoluna düşüb.

bakunews.az oxu.Az-a istinadən xəbər verir ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb.

Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.

Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb.
Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Könül Cəfərli
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az