Sizin reklam burada 728×90
Son dəqiqə

“EuroHome”da dəhşət - Kombi satanı öldürdülər

18.07.2022 19:49 667 1 dəq oxunur
“EuroHome”da dəhşət - Kombi satanı öldürdülər
Paytaxtın Binəqədi rayonunda yerləşən ticarət mərkəzində qətl törədilib.

bakunews.az apa-ya istinadən bildirir ki, hadisə Bakı-Sumqayıt şossesində yerləşən "EuroHome" ticarət mərkəzində baş verib.

Belə ki, kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslər ərazidən uzaqlaşıb.

Binəqədi Rayon Prokurorluğunun və polis idarəsinin əməkdaşları axtarışa başlayıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az