• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Fərid Şərifov: Mehriban Əliyevanın zəlzələdən zərərçəkənlərlə bağlı göstərdiyi qayğı və diqqəti humanizm nümunəsidir

Gündəm

11-02-2023, 23:05

Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti öz dəstəyini və həmrəyliyini göstərdi. Bu proses hazırda da davam etməkdədir. Hər zaman öz xeyirxahlığı, dara düşənlərə göstərdiyi dəstəyi, humanizm prinsiplərinə sədaqəti ilə seçilən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu prosesdə ön sıradadır.


Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edən Mehriban xanım eyni zamanda onlara yardım göndərilməsi üçün müvafiq tapşırıqlar verib. Artıq həmin yardımlar qardaş ölkəyə çatdırılıb. Mehriban xanım Əliyevanın bu humanist addımının əsasında onun xalq sevgisi, vətənpərvərliyi, bəşəri ideallara sadiqliyi, zərif humanizmi durur. Bu gün Mehriban xanım özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə tarixə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini yazır.

Azərbaycanın Birinci vitse-prezidentinin Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımı bir daha onu göstərir ki, Mehriban xanım qardaş ölkədə baş verənləri çox böyük ürək yanğısı ilə izləyir və hər bir kəsin əməyini dəyərləndiməklə yanaşı, onları bu işə ciddi-səylə yanaşmağa çağırır. Mehriban xanım müraciətində insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan münasibətini, dəstəyini yüksək qiymətləndirir. Bütün bunlar bir daha sübut edir ki, Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq, mərhəmətli, xeyirxah, humanist olan Azərbaycan qadınının yeni simasıdır.

Mehriban xanımın Prezident İlham Əliyevin ən yaxın silahdaşı və Heydər Əliyev irsinin yaşadılması prosesinə birbaşa rəhbərlik edən şəxs, o cümlədən dövlət və xalq qarşısında müstəsna xidmətləri olan dövlət xadimi kimi xalq arasında nüfuzu əlbəttə, ona bu kimi müraciəti etməyə mənəvi haqq verir. Lakin xalq bu müraciətə həm də ona görə doğma və səmimi yanaşdı ki, Mehriban xanım Əliyevanın özü yardım edənlərin ilk sırasında gəlirdi. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlət qurumlarını çıxmaqla Azərbaycandan Türkiyəyə göndərilən ən iri yardımı həyata keçirən təşkilat oldu. Eyni zamanda, birinci xanımın çağırışına müvafiq olaraq ictimai təşkilatlar və biznes strukturları tərəfindən başlanan nəhəng kampaniya həcmi və əhəmiyyətinə görə misilsiz oldu. Bu prosesdə “PAŞA Holdinq”i və bu biznes qrupuna daxil şirkətləri xüsusi qeyd etmək lazımdır.

Qürurvericidir ki, dövlət başçısının və Mehriban xanım Əliyevanın sərgilədiyi mövqeyə uyğun olaraq ölkəmizdəki demək olar ki, bütün iri şirkətlər, təşkilat və müəssisələr də qardaş Türkiyəyə yardım kampaniyasında yaxından iştirak etdi. Türk xalqının yanında olduqlarını əməli surətdə qardaş ölkədəki qardaş-bacılarımızın diqqətinə çatdırdı. Bu cür şirkətlərdən biri də “PAŞA Holding” oldu. “PAŞA Holding” və onun törəmə şirkətləri zəlzələdən zərər çəkmiş şəxslərə dəstək olmaq məqsədilə Türkiyənin iki önəmli yardım fonduna – AHBAP-ın və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hər birinə 500 min dollar olmaqla ümumilikdə 1 milyon dollar ianə etdi. “PAŞA Holding” zəlzələ ilə bağlı verdiyi açıqlamada türk xalqı ilə mənəvi baxımdan da həmrəylik sərgilədi, xoş məramını ortaya qoydu”.

Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərəcək. Türkiyəyə göndəriləcək humanitar yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara çatdırılacaq.

Mehriban xanımın zəlzələdən zərərçəkənlərlə bağlı sərgilədiyi mövqe xalqımızın həm də ümumbəşəri dəyərlərə, insani prinsiplərə nə qədər dərindən bağlı olduğunu göstərdi.
Türkiyədəki zəlzələdə zərərçəkənlərə dəstək verən hər bir fərdin fəaliyyəti də Mehriban xanım tərəfindən yüksək qiymətləndirilməkdədir.

Mən Fərid Şərifov qeyd etmək istəyirəm ki, Mehriban Əliyevanın zəlzələdən zərərçəkənlərlə bağlı göstərdiyi diqqət və qayğı humanizm nümunəsidir

Türkiyədə baş verən bu dəhşətli zəlzələdə dünyasını dəyişənlərə Allah rəhmət etsin, qalanlara şəfa arzulayıram.

Hörmətlə YAP-ın üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, 1-ci Vitse Prezident Mehriban xanım Əliyevanın könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, İrəli ictimai Birliyin üzvü, Böyük Qayıdış Gənclər Təşkilatının üzvü, Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyin üzvü və könüllüsü, Ulutv.İnfo xəbər portalının əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

13-02-2023, 00:35

1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın könüllüsü Fərid Şərifov qardaş Türkiyədə olan zəlzələdən zərərçəkənlərə maddi dəstək oldu

Siyasət

15-11-2022, 23:00

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizdir.

Gündəm

15-02-2023, 23:03

Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşüb

Cəmiyyət

9-02-2023, 21:11

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərib

Cəmiyyət

1-03-2023, 00:22

Fərid Şərifov Od Çərşənbəsi münasibətilə Azərbaycanı, Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Təbrik etdi

Siyasət

12-08-2022, 10:52

Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib

Cəmiyyət

15-02-2023, 17:18

Sevinci və kədəri bir olan bir millət iki dövlətin birliyi sarsılmazdır, əbədidir

Siyasət

25-08-2022, 23:46

Bugün Avqustun 26-da Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Gündəm / Ölkə

7-02-2023, 20:16

Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir.

Siyasət

12-08-2022, 11:12

Prezident və xanımı Qobustanda...

Gündəm

10-02-2023, 23:43

Fərid Şərifov: Türkiyə Azərbaycan qardaşlığı, birliyi bütün dünya üçün nümunədir

Cəmiyyət

22-05-2023, 01:53

O Xalqımızın, Bizim Mehribandır.

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Dünən, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Dünən, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Dünən, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Dünən, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Dünən, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Dünən, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Dünən, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Dünən, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Dünən, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Dünən, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Dünən, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Dünən, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Dünən, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Dünən, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Dünən, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Dünən, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Dünən, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Dünən, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Dünən, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Dünən, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Dünən, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Dünən, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Dünən, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Dünən, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Dünən, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Dünən, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Dünən, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Dünən, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • Dünən, 09:45
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Dünən, 09:35
    SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
  • Dünən, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • 3-11-2026, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • 3-11-2026, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • 3-11-2026, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə