• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -Emin Əmrullayevə MÜRACİƏT

Gündəm / Cəmiyyət

19-09-2025, 18:34

Gəncədə, eləcə də ətraf rayonlarda “matan” ləqəbi ilə tanınaraq, yüngül həyat tərzi keçirən, kef məclislərində qonaqları əyləndirən bu qadın pedaqoji kadrların yetişdirildiyi böyük bir universitetdə işləyir…

Bu iddia Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşının Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevə ünvanladığı müraciətdə yer alır. Bir surəti də, “Yenixeber.org”-a daxil olmuş müraciətdə universitetin bir xanım əməkdaşının “özfəaliyyət”indən bəhs edilir. Çox ciddi və rüsvayçı iddialar sadalanır…

Biz “Yenixeber.org” olaraq bir təhsil ocağına, universitetə yumşaq desək yaraşmayan bu iddiaların araşdırılması ilə bağlı müraciəti universitet rəhbərliyinə göndərdik. Əvvəlcə müvafiq araşdırma aparıb, redaksiyamıza təqdim ediləcəyini desələr də, olmadı(?)

Biz məlum aktuallığını nəzərə alıb, kəskin ixtisar və düzəlişlərlə müraciəti dərc edirik:

Hörmətli Emin müəllim, Gəncə Dövlət Universitetində baş verən, Azərbaycanın təhsil sisteminə ləkə olan bir xoşagəlməz hadisə barəsində Sizə məlumat vermək istəyirik. Bu olay bir dəfə baş vermir, illərlə müxtəlif variantlarda təkrarlanır, rəhbərlik isə bununla bağlı heç bir tədbir görmür və görmək iqtidarında da deyil.

Məlumat üçün Sizə bildiririk ki, Gəncə Dövlət Universitetinin əməkdaşı Zinyət Şənlikova (Ad və soyad şərtidir. Red.) nəinki təhsilimizin, sözün tam mənasında cəmiyyətimizin üz qarasıdır. Çox utancverici və acınacaqlı bir haldır ki, nəinki Gəncədə, eləcə də ətraf rayonlarda belə “matan” ləqəbi ilə tanınaraq yüngül həyat tərzi keçirən, kef məclislərində qonaqları əyləndirən bu qadın pedaqoji kadrların yetişdirildiyi böyük bir universitetdə işləyir. Bu şəxs elə bizim universitetin Rus dili ixtisasını güc-bəla ilə bitirib, pedaqogikadan xəbəri olmasa belə, müəllim işləyir, dosent adını almağa belə nail olub.

Onun “sərgüzəştləri” universitetin hüdudlarından kənarda da çox yaxşı məlumdur. Özünün qeyri-əxlaqi, mənəviyyatsız yaşam tərzi ilə fəxr edən bu adam keçmişdə və hal-hazırda yüksək vəzifədə çalışan məmurlarla eşq macəraları yaşadığını başqalarına həvəslə danışaraq onların çətiri altında olduğunu bildirir. Bununla da universitet rəhbərliyinə və kollektivə özünün toxunulmazlığını nümayiş etdirmək istəyir və buna nail olur.

Lakin onu həqiqətən tanıyan iş yoldaşları, məzunlar və hazırda təhsil alan tələbələr, eləcə də şəhər sakinləri yaxşı bilirlər ki, o nə qədər gənc insanların həyatını məhv etmişdir. Əvvəllər o dəfələrlə auditoriyada oğlan tələbələrlə biabırçı vəziyyətdə yaxalanmışdır. İndi isə öz tələbələrini auditoriyadan birbaşa “qonaqlığa” aparır. Evində olan zaman…əvvəlcədən quraşdırdığı cihazlar vasitəsilə həmin gənclərin məlum görüntülərini qeydə alır. Sonra isə həmin görüntüləri sosial şəbəkədə yayacağı ilə gəncləri şantaj edərək özünə tabe edir. Hətta müxtəlif güc strukturlarında “dostları” olmasını bildirərək, ondan uzaqlaşacaqları təqdirdə bu gənclər haqqında hüquq-mühafizə orqanlarına ifşaedici səs yazıları və video görüntüləri ötürəcəyi ilə onları hədələyir.

Bu tələbələrdən biri, məsələn Sərvət Azad oğlu Şəmmədov və Elgün Aldiyevdir. (Ad və soyadlar şərtidir. Red.) Bu tələbələr ata-analarının üzünə belə həsrət qalıblar. Bu tələbələri müxtəlif vaxtlarda evində saxlayır. Ayrılıb gedəcəyi təqdirdə onların məlum görüntülərini yayacağı ilə hədələyir. Hətta Sərvət Azad oğlu Şəmmədovu Pedaqogika kafedrasına müəllim götürtdürmək üçün rektorluğa müxtəlif vasitələrlə təzyiq edir. Çox maraqlıdır, bu Sərvət Azad oğlu Şəmmədov İdman ixtisasını bitirib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. Bu adamı GDU-nun rektoru Yusif Yusibov … kafedrasına yarımştat müəllim götürüb. İdman hara, pedaqogika müəllimliyi hara??? Araşdırın görək, Yusif Yusibov niyə Zinyət Şənlikovadan qorxur, onun hədə qorxusu ilə bu əmri imzalayıb.

Zinyət Şənlikova tələbə qızlarla da, “rəfiqəlik” edir. İş yoldaşları da, qonşuları da bu adamın əlindən zara gəliblər. Qohum-əqrəbası isə çoxdan bu adamdan üz döndərib, xəcalət çəkdikləri üçün onunla qohum olduqlarını inkar edir, onu tanımaq belə istəmirlər. Çünki onların da papağını yerə soxub. Onun qurbanına çevrilmiş gənclər səhvlərini başa düşüb, ondan uzaqlaşanda isə onları və valideynlərini şərləyir, polis və digər orqanlara müraciət edərək guya həmin insanların onu öldürmək istədiklərini bildirir.

Tez-tez növbəti…planı baş tutmadığı, yaxud çirkin məqsədlərinə nail ola bilmədiyi üçün psixoloji durumu normal olmur. Belə olduqda hədyan qopardaraq hər kəsi provakasiya edir, tələbə və müəllimləri kişilərin dilinə gətirə bilmədiyi küçə ifadələri ilə təhqir edir. Bu adam universitetin söyüş müxalifətidir. Özü cəmiyyətin tullantısı olduğu halda, başqalarının uğurlarını gözü götürmədiyi üçün hər kəsi ləkələməyə, provakasiyaya çəkməyə çalışır. Sanki bununla özünün iyrənc davranışına bəraət qazandırır. Normal insanlar ona adekvat cavab verə bilməyəcəyini başa düşdüyündən biabır olmamaq üçün kənar qaçır.

Təsəvvür edin ki, bütün bunlar universitetin otaqlarında və ya koridorlarda, yəni müəllim və tələbələrin gözü qarşısında baş verir. Auditoriyada tələbələrə qarşı nalayiq, təhqiramiz ifadələr işlədərək gənclərin qarşısında milli-mənəvi dəyərlərimizi yerə vurur. Yol verdiyi neqativ hallara rəğmən başqalarını günahkar çıxararaq Elm və Təhsil Nazirinin, Millət vəkillərinin, universitetin rəhbərliyinin ünvanına ən biabırçı ifadələr səsləndirərək onları aşağılayır. Onun üçün küçə ilə auditoriyanın fərqi yoxdur. İstənilən yerdə istənilən ifadəni işlədir. Dəfələrlə valideynlər, tələbələr və müəllimlər tərəfindən şikayət olunmasına baxmayaraq rəhbərlik bu adam haqqında tədbir görməkdə acizdir. Çünki onun şər-böhtanından, söyüş və təhqirlərindən tam mənada qorxurlar. Hətta universitet rəhbərliyi “səsini batırmaq” üçün ona müxtəlif mükafatlar, diferensiallaşmış əmək haqqı verir.

Halbuki diferensiallaşmış əmək haqqı yüksək reytinqli jurnallarda elmi məqalələri dərc olunmuş əməkdaşlar üçün nəzərdə tutulmuşdur. Sual olunur ki, nəyə görə universiteti biabır edən bir adama elmi məqaləsi, dərs vəsaiti və digər göstəriciləri olmadan universitetin büdcəsindən saxta mükafat yazırsınız? Universitetdə dərs yükü kəskin çatışmadığı halda rəhbərliyin göstərişi ilə ona 1,5 ştat dərs saatı ayrılır. Halbuki savadlı, tərbiyəli, məsuliyyətli müəllimlər 1 ştat dərs almaqda çətinlik çəkirlər.

Hörmətli cənab Nazir!

Qısa bir məktubda həm etik baxımdan, həm də digər səbəblərdən yolunu azmış bir insan haqqında tam təsəvvür yaratmaq çətindir. Universitetimizin akkreditasiyasını həyata keçirən komissiya müəllimlər, tələbələr, məzunlar arasında sorğu keçirmişdir. Xahiş edirik ki, təkrar akkreditasiya zamanı həmin kateqoriyadan olan insanlardan Zinyət Şənlikova haqqında da sorğular aparılsın. O zaman onun əsl siması bütün çılpaqlığı ilə Sizə daha yaxşı məlum olacaq.

Məktubda qeyd olunanların doğruluğunu yoxlayaraq, müəllim adı altında təhsilimizi, mənəviyyatımızı, gənclərimizi korlayan bir şəxs haqqında müvafiq tədbir görməyinizi xahiş edirik.

Yenixeber.org

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

17-06-2025, 10:13

Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT

Gündəm / Cəmiyyət

11-07-2025, 12:19

Yusif Yusibovun əməlləri ifşa olunur

Gündəm / Cəmiyyət

16-07-2025, 13:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur

Cəmiyyət

24-10-2024, 14:03

Emin Əmrullayev: Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik

Gündəm / Cəmiyyət

30-11-2024, 10:04

Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...

Gündəm / Cəmiyyət

17-10-2024, 18:57

"Müəllimlər kütləvi şəkildə işdən çıxarılır" - TOTAL NARAZILIQ!

Cəmiyyət

13-06-2025, 14:59

“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı

Cəmiyyət

11-06-2025, 11:17

Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:Zaur Mikayılova XATIRLATMA

Gündəm / Cəmiyyət

10-03-2025, 11:29

Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -Gəncə Dövlət Universitetində bitməyən talançılıq…

Gündəm / Cəmiyyət

21-10-2024, 11:23

Gəncə Dövlət Universitetinin əməkdaşlarının rektora müraciəti: Cənab rektor,... fəaliyyətinizi düzəldin

Gündəm / Cəmiyyət

17-10-2024, 11:10

UNEC-in Dərbənd filialı: Diplomlar NİYƏ VERİLMİR? - Görünəni odur ki...

Təhsil

30-10-2024, 15:20

İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edildi

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:57
Bakıda məktəbli bıçaqlanıb
Xəbər lenti
  • Dünən, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • Dünən, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • Dünən, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • Dünən, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • Dünən, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • Dünən, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • Dünən, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
  • Dünən, 13:00
    Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
  • Dünən, 12:00
    Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
  • Dünən, 11:00
    "Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
  • Dünən, 10:30
    Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
  • Dünən, 10:00
    Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
  • 10-10-2026, 19:00
    İran Ordusunun Quru Qoşunlarının komandanı: Müharibə başlayandan sonra sərhədlərdə 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirilib
  • 10-10-2026, 18:30
    Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək
  • 10-10-2026, 18:00
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • 10-10-2026, 17:30
    Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
  • 10-10-2026, 17:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • 10-10-2026, 17:02
    “Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
  • 10-10-2026, 16:44
    Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
  • 10-10-2026, 14:32
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • 10-10-2026, 14:21
    III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
  • 10-10-2026, 13:25
    Sumqayıt Dövlət Universitetinin III korpusunda BİABIRÇI VƏZİYYƏT – Tələbələrdən sərt şikayət: “Bura universitetdən çox həbsxanaya bənzəyir!”
  • 10-10-2026, 13:17
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • 10-10-2026, 13:03
    Bir işçi üç işçinin yerinə İŞLƏDİLİR - NARAZILIQ VAR...
  • 10-10-2026, 12:36
    ISW: Rusiya dizel razılaşması müqabilində ABŞ-yə Ukrayna ilə bağlı güzəştlər təklif etməyib
  • 10-10-2026, 12:24
    Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
  • 10-10-2026, 12:04
    Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
  • 10-10-2026, 11:16
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • 10-10-2026, 10:56
    “Tükəzban İsmayılova sağ olanda Gülbahar qorxusundan İlhaməyə yaxın gəlmirdi; - o, kimdir ki, mənə qadağa qoysun?”
  • 10-10-2026, 10:28
    Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
  • 10-10-2026, 10:16
    Elnur Əliyev ARTİ ilə vidalaşır? - İDDİA
  • 10-10-2026, 09:40
    Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
  • 9-10-2026, 19:00
    Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
  • 9-10-2026, 18:30
    Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
  • 9-10-2026, 18:00
    Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə